Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıŞah Abbas məscidi

İrəvan məscidləri arasında sənət dəyəri baxımından Şah Abbas məscidinin əhəmiyyətli bir yeri vardı. 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını vermişdir. Eyni zamanlarda Gəncədə inşa edilən məscid də eyni memar - Şeyx Bahəddin tərəfindən inşa edildiyindən bir-birlərinə çox bənzəmişlər.

Sərdar sarayının şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir.

İrəvan xanlığı zamanında məscidin aş evində kasıblara gündə üç pay yemək verilməkdə idi. Dini bir məkan olmaqdan başqa, ictimai bir quruluş olan bu məscid ermənilər tərəfindən hər fürsətdə korlandığından bu gün xaraba halındadır. Ardı »

Azərbaycan xanlıqları1797-ci ildə Dizaq və Xırdapara-Dizaq mahalları

1.Qarasular 2.Ağdam 3.Narcağ 4.Kavallı 5.Kilicçi 6.Dоndarlı 7.Qarıqışlaq 8.Əmirli 9.Dövlətyarlı 10.Pirəhmədli 11.Mandı 12.Yemişcəli 13.Mоllavəlili 14.Rəfiəddinli 15.Qarakоllu 16.Gоrazıllı 17.Güzlək 18.Mirağalı 19.Əhmədbəyli 20.Yengicəli 21.Qaradağlı 22.Saracıq 23.Xatınbulağı 24.Qоrqan 25.Qızоğlu 26.Murğuzlu 27.Işıqlı 28.Rəbənd 29.Ipəkli 30.Xədicəxanımlı 31.Tərxanlı 32.Qoçəhmədli 33.Arış 34.Keçidərə 35.Qarğabazarı 36.Xələfşahlı 37.Cuvarlı 38.Haxulu 39.Gavşatlı 40.Çəmənli 41.Hоğa 42.Şıxımlı 43.Qızılqışlaq 44.Quzey Bürcü 45.Güney Bürcü 46.Alagöz 47.Miyan 48.Çərəkən 49.Meydancıq 50.Rizvan 51.Şəbədinli 52.Səlakətin 53.Оxçu 54.Məraxatun 55.Azıx 56.Kütül paraq 57.Yaycı 58.Palıd 59.Hоğa 60.Düdükçü 61.Xələfşahlı 62.Ərgünəş 63.Çəmənli 64.Türkeş 65.Dərətünüb 66.Qоrzulu 67.Pul Ardı »

Azərbaycan xanlıqlarıKərmədüz mahalı

Mahal haqqında[redaktə]
Kərmədüz mahalı Qaradağ xanlığının 18 mahalından biri idi. Baş kəndi Həsrətan şenliyi sayılırdı.



Tarixi[redaktə]
Zeynalabidin Əli "Təkmilət-ül əxbər" əsərində yazır ki, göstərdiyi igidliyə görə "Tozqoparan" ləqəbini almış Qara Piri bəy Qacar İsmayıl tərəfindən 1501-ci ildə Ağqoyunlu Əlvəndə qarşı göndərilmiş avanqard qoşuna rəhbər təyin edilmişdi. Ağqoyunlu qüvvələri Hüseyn Ağa Şükür oğlunun başçılığı altında Meşkin mahalında Kərmədüz adlı yerdə Qara Piri bəy Qacarın yaxınlaşdığını xəbər tutaraq qaçmış və Sultan Əlvəndin əsas qüvvələrinə qoşulmuşdu.



Əhalisi[redaktə]
Kərmədüz mahalının əsas eli Çələbiyanlı idi. Ardı »

Azərbaycan xanlıqlarıTalış хanlığının İran və Rusiya ilə münasibətləri

Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu, bəzi İran hakimlərini, xüsusilə, gilanlı Hidayət xanı narahat edirdi. 1768-ci ildə Hidayət xan 12 min nəfərlik qoşunla Lənkərana soxuldu, Şindan qalasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də Hidayət xan çoxlu xərac alaraq Qara xanı azad etdi. Qara xan Gilan təcavüzünə qarşı yardım almaq məqsədilə qardaşı Kərbəlayı Sultanı kiçik silahlı dəstə ilə Qubaya, Fətəli xanın hüzuruna göndərdi. 1785-ci ildə Talış xanlığı qubalı Fətəli xanın Azərbaycanın xeyli hissəsini birləşdirdiyi torpaqlara qatıldı. Fətəli xan bütün Azərbaycan xanlıqlarını birləşdirib, güclü bir dövlət yaratmaq istəyirdi. 1789-cu ildə Fətəli xanın ölümündən sonra xanlıq yenidən müstəqil siyasət yürütməyə Ardı »

Azərbaycan xanlıqlarıQarabağ atları haqqında

Bu məlumatlar о qədər də sistеmli göstəriş оlmasa da hər halda Qarabağ xanlığında hеyvandarlıq təsərrüfatının ümumi vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan vеrir. Rzaqulu bəy Mirzə Camal оğlu da Qarabağ atlarının İran, Türkiyədə şöhrət tapdığını, xanın ilxısının sayının ayğırlardan savayı, 3500-dən çоx dоğar madyandan ibarət оlduğunu qеyd еtmişdir.

"Qarabağnamələr"də atçılıq təsərrüfatının bəzi məsələlərinə ətraflı şəkildə tоxunulur. Bu qaynaqlara əsasən iddia еtmək оlar ki, Qarabağ xanlığında atçılıq təsərrüfatın mühüm sahələrdən biri idi. Bütün Cənubi Qafqazda Qarabağ atları cinsi, yaraşığı, dözümlülüyü, yüngüllüyü və qaçışı ilə şöhrət qazanmışdır. İngilislər bu atları hind süvari qоşunu üçün alırdılar. Qarabağ atları qızılı rəngi və gözəl fоrması ilə fərqlənirdi.

Məlumdur Ardı »

Azərbaycan xanlıqlarıXV-XVIII yüzillərdə Azərbaycan memar, bənna və ustaları

Ustad Hacının oğlu (memar; Mərəzədəki Diribaba türbəsi, 1402),
Məhəmməd Məcid Təbrizi (nəqqaş; Bursadakı Yaşıl camenin mehrabı, 1424),
Əli ibn Hacı Əhməd (ağac üzərində oyma ustası; Bursadakı camenin qapısı),
memar Əli (Məhəmməd Əli; Bakıda Şirvanşahlar sarayı kompleksində 1435 il tarixli türbə),
Hacı Əhməd (memar; Dərbənddəki, "Qırxlar darvazası" və "Böyük məscid, XV yüzil),
Yusif ibn Ustad Zahir (memar; Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Bədrəddin türbəsi, 1446), *Tacəddin (memar; Quba rayonunun Agbil kəndində türbə; 1446, qalmışdır),
Xoca Əli Hasil Təbrizi (memar; Heratdakı Müsəlla ansamblının mədrəsəsi, XV yüzil),
Səmsəddin (memar; Məşhəddə Şah məscidi, 1451),
Nemətulla Bəvvab ibn Məhəmməd (xəttat və kaşı ustası; Təbrizdəki Göy məscidin kitabələri, 1465),
Şəmsəddin Təbrizi (memar; İsfahandakı Ali məscid, 1522),
Şəmsəddin Ardı »

Azərbaycan xanlıqlarıQuba xanlığı

Quba xanlığı — XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi.

XVIII əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli xan Qubalı Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş Fətəli xan çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkərana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvələr Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi Ardı »

Azərbaycan xanlıqlarıƏrdəbil xanlığı (kitab)

Kitabın mövzusu[redaktə]
Tanınmış jurnalist-yazıçı Ənvər Çingizoğlu “Ərdəbil xanlığı“ adlı monoqrafik kitabı bu günlərdə nəşr olunub.

Kitab XVIII əsr Ərdəbil xanlığının ictimai-siyasi və sosial-iqtisadi hadisələri, onun təşəkkül tarixindən bəhs edir.

Əsərdə Nadir şah Qirxlı-Avşarın (1688-1747) ölümündən sonra güclənən xanlıq yaranma prosesində meydana gələn Ərdəbil xanlığının Azərbaycanın xanlıqlar sistemində özünəməxsus yer tutduğu göstərilir. XVIII yüzilliyin ikinci yarısında yaranmış Ərdəbil xanlığı Quba, Gilan, Lənkəran xanlıqları arasında fasiləsiz mübarizə obyektinə çevrilib. Ərdəbil xanlığı 1797-ci ildən etibarən özünün siyasi müstəqilliyini itirərək Qacarların hakimiyyəti altına düşüb və İranın ucqar əyalətlərindən biri olub. 260 səhifədən ibarət kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru Tofiq Mustafazadədir. Kitabın rəyçiləri, tarix üzrə fəlsəfə doktorları Ardı »