Azərbaycan xanlıqları → XIX-XX əsrdə memarlığın inkişafı
Bu dövrdə Azərbaycan memarlığı iki yöndə – yaşayış məskənlərinin memarlıq-plan quruluşunda mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. XIX yüzildə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi məhz ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. Bakı, Gəncə, Şuşa və Qubadakı ticarət dükanları sırası bu tipli tikililərin ən bitkin örnəklərindəndir.
Bu çağda Azərbaycanda xəstəxanalar və demək olar ki, bütün şəhərlərdə kiçik tibb müəssisələri də tikilmişdir. 1860 illərdə Salyanda memar Q. Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX yüzilin əvvəllərinədək fəaliyyət göstərmişdi.
XIX yüzilin II yarısında tikilməyə başlanmış teatr Ardı »