Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıİrəvan qalası

İrəvan qalası (erm. Երևանի բերդը Yerevani berdē; rus. Эриванская крепость E'rivanskaya krepost' ; fars. قلعه ایروان‎, Ghaleh-ye Iravân) - 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmiş qala. Səfəvilər dövlətinin sərhəddlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilmişdir.

Qala Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra isə İrəvan adlandırılıb. Qalada 8 məscid, 800 ev olub, burada isə yalnız azərbaycanlılar yaşayıb.

Sonralar Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582-1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirir. Ardı »

Azərbaycan xanlıqlarıHəsən sultan

Həsən sultan — Şəki hökmdarı olmuşdur. Hakimiyyətə gəldiyi vaxt 1497 – 1519-cu illər arasında olduğu güman edilir. Şəki hökmdarı Şahhüsüyn öldürülən sonra hakimiyyətə gəlmişdir. 19-cu əsr Şəki tarixçiləri onu nuxalı Qara keşişin nəslinə, 16-17-cı əsr Səfəvi tarixçisi isə Şirvanşahlar xanədana mənsub hesab edib. Ardı »

Azərbaycan xanlıqlarıİqbalüssəltənə Murtuzaqulu xan Bayat (kitab)

Kitabın mövzusu[redaktə]
Yazıçı-jurnalist Ənvər Çingizoğlunun “İqbalüssəltənə Murtuzaqulu xan Bayat” (tarixi-bioqrafik tədqiqat) adlı kitabı çapdan çıxıb.

Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Tofiq Həsənov, rəyçilər tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Gültəkin Nəcəflidir.

Kitab XVIII əsrin ikinci yarısı - XX əsrin əvvəllərində mövcud olmuş Azərbaycanın ən uzunömürlü xanlıqlarından biri olan Maku xanlığının sonuncu hakimi Murtuzaqulu xan Bayatın həyat salnaməsindən bəhs edir. Kitabda onun şəxsiyyəti barədə ətraflı məlumat verilib, Maku xanlığının genişlənməsi, maariflənməsi yolunda fəaliyyəti təsvir olunub.

Kitabdakı fakt və məlumatların əldə edilməsində rus, türk, gürcü tarixi mənbələrindən, o cümlədən rus səyyahı və diplomatı S. Ardı »

Azərbaycan xanlıqlarıMehrəli bəy Sarıcalı-Cavanşir

Həyatı[redaktə]
Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Araşlı-Avşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi.

İbrahimxəlil ağa əsirlik yaşamından qurtulan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cahangirler-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı.

Mеhrəli xan Fətəli xan Qubalı ilə bağlantıya girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi. Ibrahimxəlil Ardı »

Azərbaycan xanlıqlarıSeyid Əli Orlatın həlak olduğu vaxtın müəyyənləşdirilməsi

Əmir Teymuru Hindistan yürüşü boyu müşayiət etmiş Qiyasəddin Əlinin yazdığına görə onlar geri dönərkən – 1399-cu ilin mart ayının 3-də, Cənavə çayı yaxınlığında Əmiranşahın yolladığı nökərlərlə qarşılaşıblar. Bu adamlar, təlimatlarına uyğun olaraq, öz tərəflərində baş vermiş son hadisələr, o cümlədən Alıncaq qalası ilə bağlı son xəbərləri Əmir Teymura çatdırıblar. Onların Təbrizdən Hindistandakı Cənavə çayı yaxınlığına qədər təxminən 3 min km-lik yolu neçə günə qət etdiklərini bilsəydik, həm də Alıncaq qalası ətrafında baş vermiş məlum hadisənin, o cümlədən Şəki hökmdarı Seyid Əli Orlatın həlak olduğu vaxtı da dəqiqləşdirmiş olardıq. Lakin təəssüf ki bu işdə məsələnin həllinə bir yox, iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Ardı »

Azərbaycan xanlıqlarıCavad xan Həyatı

Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurur. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat edir. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını dəyişmişdir. Məliknisə xanımın məzarı da Şəkidədir. Ardı »

Azərbaycan xanlıqlarıŞirvan xanlığının hərbi-siyasi vəziyyəti

Şamaxı xanlığının hərbi-siyasi vəziyyətinə dair müxtəlif maraqlı məlumatlar vardır. Mənbələrə istinad edən E.Məmmədova göstərir ki Şirvan xanlığı çox güclü hərbi qüvvəyə malik idi və 10 min, bəzən isə 12 min nəfərlik qoşun toplaya bilirdi. Məhz hərbi cəhətdən güclü olmasının nəticəsi idi ki, xanlıq səkkiz il Quba xanlığının birləşdirmə siyasətinə qarşı mübarizə aparmışdı. Qubalı Fətəli xan bu məqsədlə dəfələrlə Şirvab xanlığı üzərinə hərbi yürüş etmiş, lakin hər dəfə itki verərək geri çəkilmiş, yalnız 1768-ci ildə şəkili Hüseyn xan ilə birləşərək xanlığın ərazisini Şimal-Şərqi Azərbaycan torpaqlarına daxil edə bilmişdir. Şamaxı xanlığı Quba xanlığının tərkibində 1789-cu ilə kimi qalmasına baxmayaraq öz müstəqilliyinə yenidən nail Ardı »

Azərbaycan xanlıqlarıZəncan xanlığının süqutu

Abdulla хandan sоnra Zəncana Əmənulla хan Avşar başçılıq еtməyə başladı. Əmənulla хan Qacar dövlətinin adlı-sanlı sərkərdələrindən idi. 1806-cı ildə Fətəli şah Qоvanlı-Qacar Ibrahimхəlil хan Cavanşirin оğlu, İrana tabе оlan Mеhri mahalının başçısı Əbülfət хanı (Əbülfət xan Tuti) qızışdırıb 5 min nəfərlik qоşunla Qarabağa göndərdi. Əbülfət хanın yеznəsi Fərəculla хan Sarıхanbəyli-Şahsеvəni də оna yardımçı təyin еtdi. Iranın adlı-sanlı sərkərdələri, о cümlədən Qəzvinli sərdar Hüsеynqulu хan Qacar, Damğanlı Ismayıl хan, Хəmsəli (Zəncanlı) Əmənulla хan Avşar və başqaları Əbülfət хanın başçılığı altında idi. Ardı »