Azərbaycan xanlıqları → Tarixi mənbələrdə Seyid Əli Orlatın adı çəkilən bəhslər və məlumatlar
Əmir Teymurun Şəkiyə II hücumu[redaktə]
6 ildən sonra yenə – 3-cü dəfə, İran istiqamətində yürüş edən Əmir Teymur, 1393-cü il yanvar ayının 27-də Sultaniyyədə məskən saldı. 3-cü İran yürüşü də Şəkidən yan keçmir. Belə ki Əmir Teymur Gürcüstandan sonra 1394-cü ilin sentyabr ayında Şəki ölkəsinin ərazisinə girdi və ilk olaraq "vilayət-e Bərtaz"ı talan etdirdi. Daha sonra Şəki ölkəsinin dağlıq tərəflərinə – Seyid Əli Orlatın üstünə qoşun göndərdi. "Zəfərnamə"lərə görə bu zaman Seyid Əli Orlat "mülk və malını atıb qaçmaq yolunu tutdu".
Əmir Teymur 1394-cü ilin sonunda – qış fəsli başlayanda, ordusunu Şəki hökmdarının ərazisindən çıxarıb Kür mənsəbi yaxınlığındakı Mahmudabad şəhəri ətrafına, qışlamağa apardı. Ardı »