Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıRəhim xan Ziyadoğlu-Qacar

Həyatı[redaktə]
1786-cı ildə gəncəlilər üsyаn qаldırıb İbrahimxəlil xanın valisi Həzrətqulu bəyi Qarabağlını Gəncədən qоvdulаr. Gəncənin hакimi Şаhvеrdi хаnın оğlu Rəhim хаn оldu. Rəhim хаn hеç bir il də Gəncəyə bаşçılıq еdə bilmədi. İbrahimxəlil xan Cavanşir оnu yıхıb yеrinə qаrdаşı Cavad xanı təyin еtdi.

Rəhim хаn II Irакlinin yаnınа qаçdı. Irакlidən pul və qоşun аlsа dа, iş аşırа bilmədi. Cavad xan sоnrа Ibrаhimхəlil хаndаn üz döndərib Аğаməhəmməd хаn Qоvаnlı-Qаcаrа bеl bаğlаdı. Elə bu zamanlarda Cavad xan Qarabağdan üz döndərmişdi. Ibrаhimхəlil хаn Rəhim хаnı dəstəкləməyi qərаrа аldı. Müttəfiqlərindən güclü кöməк аlıb Gəncəyə yürüş еtdi. Cavad xan sаvunmаğı bаcаrmаdı. İbrahimxəlil xana oğlunu girov, bаcılаrını zaval və Ardı »

Azərbaycan xanlıqlarıHacısamlı nahiyəsi

Hacısamlı nahiyəsi – Qarabağ xanlığının bir bölgəsi.

İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş, tarixçi Mirzə Camal Cavanşir Qarabaği 1847-ci ildə Vorontsovun tapşırığı ilə yazılan Qarabağ xanlarının tarixinə dair "Qarabağnamə" əsərində yazırdı: "...Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi, Həsənli, Bərgüşad, Qaraçorlu, Hacı Samlı, Kolanı, və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Talış və Xaçın mahallarının məlikləri də bir para vilayət xanları kimi dövlət, əzəmət, cəlal və bünövrə sahibi idilər."

Burada adı çəkilən Hacısamlı nahiyyəsinin ərazisi indiki Laçın rayonunun şimalından Qırqız dağının aşırımına qədər, indiki Kəlbəcər rayonunun sərhəddi boyunca böyük bir ərazini əhatə edir. Aranı və yaylağı olmaqla heyvandarlıq və əkinçilik üçün əlverişli bir ərazidir.

Pənahəli xan Ardı »

Azərbaycan xanlıqlarıƏhər mahalı

Tarixi[redaktə]
Qaradağ xanlığının 18 mahalından birincisi olan Əhər mahalının inzibati mərkəzi Əhər şəhəri idi. Şəhər Əhər çayının sol yaxasında yerləşirdi. Uca dağlarla çevrələnən bu şəhər geniş bir düzənlik boyunca yayılır və dəniz səthindən təxminən 1546 metr hündürlükdədir. Bir çox tədqiqatçılar Əhər şəhərinin adını "hər" və "xur" köklü xurşid-yəni günəş sözündən törəndiyini yazırlar.

Şəhərin salınma tarixi çox qədimdir. Yaqut əı-Həməvi (1179-1229) yazır: "Əhər-kiçik olmasına baxmayaraq gözəl qurulub. Ərdəbil və Təbriz arasında yerləşir. Oranın əmiri İbn Bişkin adlanır. Əhərlə Vəravi arası iki günlük yoldur". Tarixçi Həmdulla Mustovfi Qəzvini (1281-1346) öz ünlü "Nüzhət əl-Qülub" adlı əsərində yazır: "Əhər soyuq iqlimli çox da böyük olmayan şəhərdir. Ardı »

Azərbaycan xanlıqlarıMəhəmmədqulu xan Qaradağlı

Həyatı[redaktə]
Əhər şəhərində anadan olub. İran ordusunun sərkərdələrindən biri olub. Qardaşı Abbasqulu xanın xanlığı dövründə şahzadə Abbas Mirzə Abbasqulu xandan üz döndərmişdi. Məhəmmədqulu xandan da soyumuşdu. 1826-1828-ci illər rus-İran müharibəsi əsnasında Qaradağ xanlığı savaş meydanına dönmüşdü. 1828-ci ildə Məhəmmədqulu xan qardaşı, ailəsi və rəiyyəti ilə birgə Qarabağa köçür. Çar I Nikolayın xüsusi fərmanı ilə mayor rütbəsi və Qaradağ xanlığına işarə edən Xanqaradağski familiyasını almışdı. Şuşa şəhər komendantının hərbi hissəsində çalışırdı. Kəşfiyyat xidmətinin rəisi olub. 1835-ci ildə igidliyinə və xidmətlərinə görə Məhəmmədqulu xana polkovnik rütbəsi verilir. 1840-cı ildə Şuşada vəfat edir. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağski adlı oğulları, Sara xanım adlı Ardı »

Azərbaycan xanlıqlarıAzərbaycan memarlığı İbtidai memarlığın inkişafı

Azərbaycan ərazisində mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların Ardı »