Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıMiranşahın Şəkini talan etdirməsi

"Zəfərnamə"lərə görə, 1396-cı ildə (payıza qədər) Əmirzadə Əmiranşah Xoy ətrafında ov edərkən atdan yıxılmış və beyni silkələnmişdir. Bu hadisədən sonra isə ağlı sürətlə azalma başlayır, nəticədə bir sıra qeyri-düzgün işlərə yol verir. O cümlədən, 1397, yaxud 1398-cü ilin payızında, atasının əsas ordusunun ondan çox-çox uzaqlarda olmasını nəzərə almayaraq Şəkiyə qoşun çəkmiş və bu ölkəni qarət etdirmişdi. Ardı »

Azərbaycan xanlıqlarıTalış xanları sülaləsi haqqında

Talış xanları sülaləsinin mənşəyi haqqında məlumat Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun müəllifi olduğu "Əxbərnamə" (1882) əsərində və Azərbaycan tarixçisi Seyid Əli Kazım bəy oğlunun "Cəvahirnameyi Lənkəran" əsərində verilmişdir. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbarnamə" əsərində qeyd edir ki, Lənkəran xanları sülaləsinin banisi Seyid Abbas bəyin nəsli Güney Azərbaycanın Xalxal mahalının Hir kəndindəndir və Seyid Abbas bəy ağır maliyyə vəziyyətindən dolayı XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvan Bəylərbəyliyinin Talış mahalına – Xarxatan kəndinə köçmüşdür. Seyid Abbas bəyin səfəvi nəslindən gəldiyi bilinir (yüksək ehtimalla ana xətti üzrə).

Seyid Əli Kazım bəy oğlu 1869-cu ildə yazdığı "Cəvahirnameyi Lənkəran" əsasərində II Şah Abbas Səfəvinin Ardı »

Azərbaycan xanlıqlarıŞahbulaq Qıfılı saray kompleksi

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ xanlarının yay iqamətgahlarından biri. Ağdamın Şahbulaq yaylağında yerləşir.

Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleksi "Kilid"-qıfıl adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə olunmuşdur. Ardı »

Azərbaycan xanlıqlarıCаvаnşir-Dizаq mahalı 1831-ci ildə

1.Yаğləvənd оbаsı-dövlət кəndlisi 75 tüstü, 164 кişi
2.Bəhmənli оbаsı-5 bəy tüstüsü, 13 кişi, 1 tüstü mоllа, 3 mоllаyа bаğlı кişi, dövlət кəndlisi 34 tüstü, 73 кişi
3.Аrаspаrlı оbаsı-dövlət кəndlisi 7 tüstü, 13 кişi
4.Seyidmahmudlu оbаsı-1 tüstü mоllа, 2 mоllаyа bаğlı кişi, dövlət кəndlisi 34 tüstü, 71 кişi
5.Mеrdinli оbаsı-dövlət кəndlisi 21 tüstü, 50 кişi
6.Mirzəcаmаllı оbаsı-dövlət кəndlisi 24 tüstü, 68 кişi
7.Hаcılı оbаsı-5 tüstü bəy , 16 кişi, dövlət кəndlisi 110 tüstü, 294 кişi, bəy rəiyyəti 12 tüstü, 36 кişi
8.Əbdürrəhmanbəyli оbаsı-7 tüstü bəy, 23 кişi, dövlət кəndlisi 50 tüstü, 127 кişi
9.Dədəli оbаsı-5 tüstü bəy, 14 кişi, dövlət кəndlisi 5 tüstü, 9 кişi
10.Qаrахаnbəyli оbаsı-3 tüstü bəy, 4 кişi, Ardı »

Azərbaycan xanlıqlarıCavad xanlığı

Cavad xanlığı — bir çox Azərbaycan xanlıqları kimi İran şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Səlyan sultanlığının arasında yerləşirdi.

Cavad xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Cavad şəhəri idi.

1768-ci ildə Cavad xanlığı Quba xanlığının tərkibinə daxil edilir. [1][2]

1781-ci ildə Həsən xanın qoşunu Azərbaycan xanlarının (Quba xanı, Dərbənd xanı, Bakı xanı, Şamaxı xanı, Cavad xanı, Şəki xanı, Qarabağ xanı, Lənkəran xanı Və Ərdəbil xanı) o zaman İranın taxt-tacına namizədlərdən biri olan Ağa Məhəmməd şah Qacara qarşı birgə yürüşündə iştirak etdi. Ardı »

Azərbaycan xanlıqlarıQarabağlar mahalı

Tarixi[redaktə]
Göyçay rayonu ərazisində mövcud olmuşdur.

Əhalisi[redaktə]
1821-ci ildə 8 kənddə (Yeniarx, Çaracə, Qarabağlar, Kürd, Potu, Rastacı, Şadat, Xoşabad) 102 ailə yaşayırdı.

İqtisadiyyatı[redaktə]
Qarabağlar mahalının sakinləri əkinçilik və baramaçılıqla məşğul olurdular. Ardı »

Azərbaycan xanlıqlarıŞah İsmayılın Şəkiyə təşrif buyurması (1524)

1524-cü ildə Novruz bayramından az sonra Şah İsmayıl böyük bir qoşunla Qarabağdan keçərək ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Salnamələrdə deyilir:

"Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağ adı ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağa pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda Ardı »

Azərbaycan xanlıqlarıÖlümündən sonra

Dərvişməhəmməd xanın öldürülməsindən sonra Şah Təhmasib Şəkidə öz adına sikkə vurdurub[20] xütbə oxutdurdu, Şəki ölkəsi Səfəvilər dövlətinin bir subyekti oldu və buranın idarə edilməsi Toygün bəy Qacara tapşırıldı[21].

19-cu əsrə aid Şəkinin yerli mənbəsinə görə Dərvişməhəmməd xanın öldürülməsindən sonra

"Şəki xəlayiqi də istiman (aman istəmək) edib. Şah əfv eləyib, buyruq veribdir, hər kəsə gəlib məqamında sakin olublar. Dərvişməhəmməd xanın oğlu Baği bəy də şah hüzuruna gəlib, şah öldürməyibsə də, xanlıq hökumətini də Bağı bəyə verməyib"[22].

Şah Təhmasib Sultan Süleymana göndərdiyi bir Fəthnamədə isə bu qələbəsini belə şərh etmişdi:

"Cümlə fəthlərin təzəsi Şəkinin istilasıdır ki o yerin valisi ki... Xeybər qalaları kimi qalalara sığınmış idi, qala Ardı »