Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıCаvаnşir еli хаnlıq dönəmində

Nadir şah Qırхlı-Аvşаrın sаrаyındа еşiкаğаsı, bаşqа bir qаynаğа görə cаrçı vəzifəsində хidmət еdən Fəzləli bəy Sаrıcаlı-Cаvаnşir şahın zаvаlınа gəldi. Bir sаrаy münаqişəsi nədəniylə еdаm оlundu. Vəzifəsini qаrdаşı Pənahəli bəyə vеrdilər. Pənahəli bəy şahın qоrхunc bахışlаrındаn hiss еtdi кi, gеc-tеz оnun dа sоnu gələcəк. Hаrаy bəri bаşdаn,-dеyib qаçdı. Qаçıb dоğmа yurdu Qаrаbаğdа gizləndi. Sürgündən yаyınıb yurddа qаlаn еldаşlаrını bаşınа yığıb, Nаdir şahın ölümünədəк, 1747-ci ilə qədər Qаrаbаğdа, Şirvаndа qаçаqlıq еtdi. Şahın ölümünü еşidib, Хоrаsаnа, Kabilə, Qəznə yörəsində sаldıqlаrı Qarabağ şəhərinə hаy vurub еldаşlаrını dоğmа yurdа çаğırdı. Ахın-ахın Cаvаnşir, Оtuziкi və Кəbirli еlləri dоğmа yurdа qаyıtdılаr. . Tаriхçi Mirzə Аdıgözəl bəy yаzır: "Hicri-qəməri Ardı »

Azərbaycan xanlıqlarıSəfəvilərə müqavimət göstərməsi və "Gələsən-Görəsən" qalası yaxınlığında baş verən döyüşdə həlak olm

1551-ci ilin yazında Şah Təhmasib Şəkiyə yürüşə başladı və böyük bir ordu ilə gəlib Ərəşə düşdü. Burada Kaxetiya hakimi Levan da oz dəstəsi ilə qızılbaşlara qoşuldu. İlk toqquşma çox güman ki Şəki ölkəsinin sərhədində baş verdi və Bədr xan ilə Şahqulu sultan Ustaclının başçılıq etdiyi qızılbaş dəstələri "Dərvişməhəmməd xanın qarovullarını" məğlub edərək "Əmir Yusif", yaxud "Əmir Cövşən" adlı Şəki sərkərdəsini əsir götürdülər və onu Şah Təhmasibin yanına göndərdilər.

Dərvişməhəmməd xan Kiş qalasının mühafizəsini əsir düşmüş Şəki sərkərdəsinin qardaşı Mahmud bəyə tapşırıb özü "Gələsən-Görəsən" qalasına sığındı. Şəki əhalisinin bir qismi isə bir dağın başında – "Sığnaq" deyilən yerdə, qərar tutdu.

Sunduk bəy Qorçibaşı, Bədr Ardı »

Azərbaycan xanlıqlarıİrəvan qalası Tarixi

Çuxursəəd ərazisində üç qala olmuşdur. Onlardan biri 1583-cü ildə Çuxursəəd vilayətinin müvəqqəti olaraq Osmanlı imperiyası tərkibində olduğu zaman Fərhad Paşa tərəfindən Zəngi çayının sahilində inşa etdirilmişdir. Bu qala eyni zamanda Fərhad Paşa qalası da adlanmışdır.

İkinci bir qala Fərhad Paşa qalasının yaxınlığında yerləşib. İsgəndər Münşinin verdiyi məlumata görə bu qalanın əsası 1605-ci ildə Naxçıvan hakimi Molla Abdulbagi tərəfindən qoyulmuşdu.

Üçüncü və əsas qalanın inşası isə Azərbaycan və İran şahənşahı Şah İsmayıl Xətainin sifarişi ilə vəziri Rəvanqulu xan tərəfindən 1504 - cü ildə başlamış və inşa işləri 1511-ci ildə tamamlanmışdır.

Türk səyyah və tarixçisi Övliya Çələbi İrəvan qalasının inşası haqqında yazır:

"Hicri 915 - ci ildə Ardı »

Azərbaycan xanlıqlarıRudbar mahalı

Tarixi[redaktə]
Sabirabad, Saatlı, Neftçala və Hacıqabul rayonlarının ərazisində mövcud olmuşdur.

Mahalın naibi Darğa Məmmədxan idi.

Əhalisi[redaktə]
1821-ci ildə 19 kənddə (Cavad, Dabbaqlar, Bəlvan, Qaralı, Yenikənd, Qazılı, Əhmədbəyli, Quruzmanlı, Abdulyan, Yenicə, Mustafalı, Axtaçı, Meynimən, Kovratlı, Surra Atamoğlan, Surra Ağabədəl, Surra Məmməd, Surra Abdulla bəy, Əlimədətli) 422 ailə yaşayırdı.

İqtisadiyyat[redaktə]
Rudbar mahalının sakinləri əkinçilik və baramaçılıqla məşğul olurdular. Ardı »

Azərbaycan xanlıqlarıHüseyn xanın Şəki xanı olması (mənbələrdən iqtibaslar)

Gürcüstanın Rusiyaya birləşdirilməsinin 100 illiyi münasibəti ilə tərtib edilmiş "Qafqazda Rus hakimiyyətinin bərqərar olması" ( rus. Утверждение русского владычества на Кавказе ) adlı kitabda qeyd edilir ki,

"9 avqust[q 1] tarixdə iranlılar bizim (– ruslar) tərəfdən boşaldılmış Yelisavetpola (– Gəncəyə) girdilər və qalanı tutdular. İran bayrağı yenə də köhnə qalanın başında göründü... Elisavetpolun tutulması ilə eyni vaxtda, çoxdan ölmüş Səlim xanın oğlu Hüseyn xan Nuxada, Mustafa xan Şirvanda, Şeyxəli xanın oğu Qubada, Hüseynqulu xan (Sisianovun qatili) Bakıda, Mirhəsən xan isə Talışda peyda oldu. Hətta Gürcü şahzadəsi Aleksandr da Kaxetiyaya daxil olmaq istədi, qazıqumuxlu Surxay xan isə öz oğlanları və 15 nökəri ilə Ardı »

Azərbaycan xanlıqlarıSadıq xan Şəqaqi

Həyatı[redaktə]
Sadıq xan Səqaqi Kərim xan Zəndin 1400 nəfərlik tufəngçilərinin rəislərindən biri olan Əli xanın oğludur. O, 1790-cı ildə Sarab böyuklərindən idi və həmin il Ağaməhəmməd sah Qacarın ordusuna qarşı ağır döyuşlər aparmışdır. Lakin Ağaməhəmməd xanın muqabilində məğlub olmuş, Qarabağa çəkilmişdir. Burada İbrahimxəlil xan Cavanşirə pənah apardıqda, onun iltiması ilə Ağaməhəmməd xan tərəfindən bağışlanaraq cərimələrdən azad edilmişdir.

Ağaməhəmməd şah yenidən Azərbaycana qoşun çəkdiyi zaman Sadıq xan onun dəstəsinə daxil olmuş, tədricən etimad qazanmış və hətta onun bacarıqlı komandirlərindən biri olmuşdur. 1795-ci ildə kor Şahrux Ağaməhəmməd sah tərəfindən hakimiyyətdən salındıqdan sonra Xorasan ələ keçirildi və Ağaməhəmməd xan İranın digər ərazilərini birləşdirmək məqsədilə əfqanıstan və Ardı »

Azərbaycan xanlıqlarıTarixi mənbələrdə 1384-cü ildən 1396-cı ilin payız mövsümünədək — Seyid Əli Orlatın adının ilk dəfə

Əmir Teymurun İran yürüşlərinə başlaması və bir məktubunda 1384-cü il hadisələrindən bəhs edərkən "Şəki əmiri" ifadəsini işlətməsi[redaktə]
XIV əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur, ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cı ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir[1]. Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İran yürüşünə başlayır. Onun təxminən 1386-cı ilin 2-ci yarısında Mazandaran hakimi Seyid Əli Kiyaya göndərdiyi məktubunun əvvəlində hər iki yürüşün bəzi təfərrüatı xatırlanır və buna əsasən də məlum olur ki Əmir Teymur Ardı »

Azərbaycan xanlıqlarıXırdapara-Dizaq mahalı Tarixi

Qədim-qayım Qarabağın mahallarından biri də Xırdapara-Dizaqdır. Mahalın sərhəd-sınırı güneydə Araz çayı, quzeydə Dizaq mahalı, günbatanda Dizaq-Cəbrayıllı mahalı və gündоğanda Cavanşir-Dizaq mahalı ilə çevrələnirdi. Xırdapara-Dizaq mahalı əski Dizaq nahiyəsinin və Arazbar qəzasının əraziləri əsasında yaranmışdı. Pənahəli xan Sarıcalı-Cavanşir bu mahalı Dizaq mahalından, bir az da Arazbar qəzasından kəsib ayırmışdı. Mahal ərazisində qeyri-müsəlman yaşamırdı. Xırdapara-Dizaq mahalının bizə bəlli оlan ilk naibi Məlik Namazəli bəy Şəmil bəy оğludur. Məlik Namazəli bəy mahalın başkəndi Pirəhmədli şenliyində əyləşirdi. Məlik Namazəli bəydən sоnra mahalın başçısı Məlik Həsən bəy Saracıği оldu. Məlik Həsən bəy Saracıq kəndində əyləşirdi. Məlik Həsən bəydən sоnra mahala оğlu Məlik Həmzə bəy başçılıq etdi. Ardı »