Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıBuğurt qalasında mühasirədə olan Şirvanşah Şahruxa köməyə getməsi (1538)

Şah Təhmasibin 1538-ci ilin baharında başlatdığı Şirvana yürüşü zamanı qızılbaşlar Şirvanşah Şahruxun sığındığı Buğurt qalasını mühasirə edərkən,

"o əsnada Şəki hakimi Dərvişməhəmməd xan dağlıq yerlərin ləşgərini toplayıb Şahruxun köməyinə gəldi ki, qalanın yanında (qızılbaş) əmirlərin ordugahına şəbxun yetirsin. Bu məqsədlə ordunun yaxınlığına gəlib; nağara döyəcləndi və surlar çalındı. Məhəmməd bəy Şirbəxt oğlu Talış və bəzi qorçilər o "yolunu azmışın" dəfinə rəvan oldular və onları (şəkililəri) məğlub edib, onun (Dərvişməhəmməd xanın) əksər adamlarının həyat paltarından lüt-üryan etdilər. Elə ki şirvanlılar Dərvişməhəmməd xanın imdadından məyus oldular"[5], təslim olmaq qərarına gəldilər.

3 sentyabrda Şirvanşahların sonuncu müqavimət ocağı – Gülüstan qalası da müqaviməti dayandırdı və bununla da Ardı »

Azərbaycan xanlıqlarıCəfərqulu xan Dünbili

Cəfərqulu xan Dünbili, Cəfərqulu xan Xoyski, Cəfərqulu xan Xoylu - Xoy xanı, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski familiyasını daşımış ilk şəxslərdən biridir.
Atasının adı ilə bağlı mübahisələr[redaktə]
Mayor Lisaneviç tərəfindən 1804-cü ildə tərtib edilmiş "Qarabağ xanlarının nəsil şəcərəsi"ndə İbrahim xanın nəvələrindən bəhs edilərkən qeyd edilmişdir ki, İbrahim xanın nəvələrindən birinin − Böyük xanın, anası xoylu Əhməd xanın qızı və Cəfərqulu xanın bacısıdır. Buradan isə belə çıxırdı ki, Cəfərqulu xanın atası Əhməd xandır?! Lakin son tədqiqatlara əsasən və bu tədqiqatlar əsasında tərtib olunmuş xoyskilərin mükəmməl nəsil şəcərəsinə görə Əhməd xan heç də Cəfərqulu xanın atası yox, Ardı »

Azərbaycan xanlıqlarıArşaq mahalının hakimləri

ХIХ yüzilin sоnlarında Arşaq mahalı Lənkəran хanı Sеyfülmülk Sultan Əhməd хanın idarəsi altında idi və о, bunun müqabilində həmin mahalın dövlət vеrgisinin bir qismini özünə götürürdü. Lakin hökümət хandan narazı оlduqda mahalın idarəsinin alıb başqasına tapşırmış və bir nеçə müddətdəq sоnra yеnidən оnun özünə qaytarmışdı. (Baх: Оqranоviç, səh.7). Sultan Əhməd хan Arşaq mahalının dövlət vеrgisinin məhsulla vеrilən hissəsinin (160 хalvar) alırdı. Sеyfülmülk Sultan Əhməd хanın Arşaq mahallarına qоnşu Ucarud, Vilkic və Astara mahallarında tоrpağı vardı. Ardı »

Azərbaycan xanlıqlarıMəhəmmədhüseyn xan Müştaq

Həyatı[redaktə]
1759-cu ildə Qazıqumuq hakimi Məhəmməd xan Şəkiyə hücum edib Ağakişi xanı öldürdü. Özü xanlıq etməyə başladı. Hacı Çələbi xanın nəvəsi, Həsən ağanın oğlu Hüseyn xan Məhəmməd xana qarşı üsyan qaldırıb, Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşiri köməyə çağırdı. Pənahəli xan Hüseyn xanın xahişinə müsbət cavab verərək qoşunla Şəkiyə daxil oldu. Məhəmməd xan ilk toqquşmada məğlub olub Dağıstana qaçdı.

Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hakimiyyətinin ilk illərində Məhəmmədhüseyn xanla dostluğu vardı. Onun qızı Tubu bəyimi almışdı. Baş vəziri Molla Pənah Vaqif onun şairliyindən istifadə edib yazışırdı. Hətta ondan tüfəng də istəmişdi. Saray ərkanı olan şair Rəfe-Kəleybəri-Qaradağlını Məhəmmədhüseyn xanın sarayına göndərmişdi.

M.P. Vaqif Şəki xanına xitabən Ardı »

Azərbaycan xanlıqlarıAzərbaycan xanlıqları (film)

Azərbaycan xanlıqları-I film (film) — sənədli film (Space TV)
Azərbaycan xanlıqları-II film (film) — sənədli film (Space TV)
Azərbaycan xanlıqları-III film (film) — sənədli film (Space TV)
Azərbaycan xanlıqları. Dərbənd, Quba və Bakı xanlığı yaxud Sisianovun son yürüşü. 4-cü film (film) — sənədli film (Space TV)
Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003) — sənədli film (Space TV) Ardı »

Azərbaycan xanlıqlarıQasım xan Xançobanlı

Həyatı[redaktə]
Məhəmmədsəid xanın 5-ci оğlu Qasım xan da ömrünün bir hissəsini qardaşı Əsgər xan və əmisi оğlu Mustafa xanla qaçqınlıqda keçirmiş və 1786-1789-cu illərdə xanlıq kürsüsündə böyük qardaşı Əsgər xanı əvəz etmişdir. 1792-ci ilin əvəllərindən etibarən Şirvan əyanlarının ona incikliyi başladı. O təbəələr arasında fərq qoymur, şirvanlılara arxalanmaq yerinə Məhəmməd şamxalın oğlu Şahbaz bəyi bir dəstə ləzgi ilə gətirdərək xalqa məsləhət verirdi. 1792-ci ildə Şirvan əyanları Hovuz mahalının naibi Yüzbaşı bəy və Sərdərin mahalının naibi Ömər sultanın təklifi ilə Mustafa bəyi Əlvənddən Ağsuya dəvət etdilər. Mustafa xan Şirvan xanı oldu. Qasım xan tərəfdarları ilə Qəbələyə, oradan Quba xanlığına getdi. Ardı »

Azərbaycan xanlıqlarıŞirvan xanlığı inzibati qurluşu

Xançoban mahalı
Hövz mahalı
Sədənrud mahalı
Elat mahalı
Qoşun mahalı
Qarasubasar mahalı
Qəssan mahalı
Əkərət mahalı
Qəbristan mahalı
Lahıc mahalı
Rudbar mahalı
Navahı mahalı
Qarabağlar mahalı
Bölükət mahalı
Xazarud mahalı
Salyan mahalı
Muğan mahalı Ardı »