Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıCəfərqulu xan Sarıcalı-Cavanşir (kitab)

Cəfərqulu xan Sarıcalı-Cavanşir—Ənvər Çingizoğlunun bu kitabı Qarabağ xanlığının hakimiyyətinə iddiaçısı haqqındadır.

Kitabda İbrahimxəlil xanın nəvəsi, məşhur Azərbaycan sərkərdəsi, general-mayor, şair Cəfərqulu xan Nəvanın yaşam salnaməsi əks olunub. Onun tarix səhnəsinə çıxmasının tarixi zəmini və əsas məqamları kitabda izlənmiş, şəxsiyyəti barədə ətraflı məlumat verilmişdir. Qarabağ xanlığı uğrunda göstərdiyi çaba-çalışmalar təfərrüatı ilə təsvir edilmişdir. Ardı »

Azərbaycan xanlıqlarıGəncə xanlığı

Tarixi[redaktə]
Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi Azərbaycanda müstəqillik uğrundakı mübarizəni daha da gücləndirdi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlarına – xanlıqlara parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan biri də Gəncə xanlığı idi. Şahverdi xan Ziyadoğlu-Qacar Gəncənin xanı (1740-1756) oldu. Xanlığın mərkəzi Gəncə şəhəri oldu. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın (1785-1804) dövründə Gəncə xanlığı xeyli möhkəmləndi.

Gəncənin xüsusilə əlverişli mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun Ardı »

Azərbaycan xanlıqlarıSərdar Hüseyn xanın bayrağı

İrəvan sərdarına məxsus bayrağın qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində Şiri-Xurşid təsvirləri tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur. Şir quyruğunu belinə qatlanmış, sağ qabaq pəncəsini qaldırılmışdır. Şirin gözləri qara və sarı, dişləri, dili və caynaqları Sarı sapla tikilmişdir. Şirin arxasından yarımdairə formasında çıxan insan sifətli günəş sarı mahud parçadan quranmışdır. Günəşin burnu və qaşları qara, gözləri isə qara və sarı saplardan tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilmişdir. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir Ardı »

Azərbaycan xanlıqlarıMaku xanlığı

Maku xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq. (XVIII əsrin 40-cı illəri - 1922-ci il). Mərkəzi Maku şəhəri. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı. Ardı »

Azərbaycan xanlıqlarıElat mahalı

Tarixi[redaktə]
Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisindəki kəndlərdə məskunlaşmışlar.

Əhalisi[redaktə]
Burada 1821-ci ildə 20 obada (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) 1016 ailə yaşayırdı.

İqtisadiyyatı[redaktə]
Elat mahalının sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular. Ardı »

Azərbaycan xanlıqlarıMəşədi Məmməd

Məşədi Məmməd; İsgəndər xan; İsgəndər bəy — sonuncu Şəki xanı Hüseyn xanın oğludur. İranda yaşayırdı. 1837-ci ildə xəlvəti Nuxaya gəlmişdi və Rüsiya əleyhinə üsyan hazırlamaq məqsədiylə başına adam toplayırdı. Çox keçmədən Nuxada ruslar tərəfindən həbs edilir və hərbi məhkəmənin mühakiməsinə verilir. Lakin 20 avqust[1] tarixində özü kimi iki başqa azərbaycanlı dustaq və iki sabiq əsgərlə birlikdə türmədən qaça bilir və Quba mahallarının dağlarında gizlənir. 1838-ci ilin iyun ayında isə rutullu Ağa bəylə Acınohur gölü ətrafına gəlir, burada başına çoxlu adam toplayır. O, əyalət əhalisinə xəbər göndərir ki, şəkililəri özü ilə həmməzhəb və özünə dost hesab edir, onlara heç bir pislik etmək Ardı »

Azərbaycan xanlıqlarıOrta əsrlərdə memarlığın inkişafı

Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX-X yüzillərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron).

Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Arran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII yüzil) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı Ardı »