Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıNəcəfqulu xan Qaradağlı (Sərşar)

Həyatı[redaktə]
Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşı Mustafaqulu xanın əvəzinə xanlıq etmişdi. Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olunub Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi. Şahın ətrafında olanlar bu yaxınlığı qəbul edə bilmədilər. Şərləyib şahın nəzərindən saldılar. Ağaməhəmməd şah Nəcəfqulu xanın arvad-uşağıyla bərabər Marağa zindanına salınmasını əmr etdi. Bir müddət də Marağa zindanında yatan Nəcəfqulu xan kor oldu. 1797-ci ildə Ağaməhəmməd şahın öldürülməsindən sonra Marağa zindanından azad edildi. Qaradağa qayıtmayıb Təbrizdə məskunlaşdı. Fətəli Ardı »

Azərbaycan xanlıqlarıİmаmqulu хаn Qаsımlı-Аvşаr

Həyatı[redaktə]
İmamqulu хan Rzaqulu хan oğlu 1758-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1772-ci ildə Urmiyanın hakimi olmuşdu. Avşar elinin və Qasımlı oymağının böyükləri Kərim xan Zəndə məktubla müraciət edib, onun hakimiyyətinin təsdiqlənməsini istədilər. Məktubu Şiraza Mirzə Məhəmmədcəfər Imanlı aparmışdı. Kərim xan Zənd ona başsağlığı verib, хanlığını təsdiqlədi.

Imamqulu хan qurucu bir şəхsiyyət idi. Хanbulağı adlı yerdə imarət tikdirmişdi. Bu imarətin qalıqları hələ də qalır. Bürcşah adlı yurdun sağında "Dilguşə" adlı bağ saldırmışdı.

Imamqulu хan хanlığın əvvəlki əzəmətini bərpa etmək istəyirdi. Bu məqsədlə 4 mindən 12 minə qədər qoşun toplamışdı. Imamqulu хan qorхmaz sərkərdə idi. Bütün savaşlarda qoşunun başında dayanardı.

Imamqulu хan Ardı »

Azərbaycan xanlıqlarıSərab xanlığı

Sərab xanlığı – Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq. (XVIII yüzilin 40-cı illəri – XIX yüzilin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Təbriz, Marağa xanlıqları və İranla hüdudlanırdı. Mərkəzi Sərab şəhəri.

Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tərəfındən qoyulmuşdur. Nadir şahm ölümündən sonra paytaxtdakı qarışıqlıqdan istifadə edən Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, Məhəmmədhəsən xan Qacarla mübarizədə öz müstəqilliyini qoruyub saxlasa da, Kərim xanın nominal hakimiyyətini qəbul etməyə məcbur olmuşdu.

Əli xanın ölümündən sonra hakimiyyətə Sadıq xan Şəqaqi gəlsi. Sadıq xanın hakimiyyəti dövründə Sərab xanlığı yenidən müstəqilliyə nail olmuş, öz sərhədlərini genişləndirməyə cəhd göstənnişdi.

Sadıq xan xanlığın idarə sistemini Ardı »

Azərbaycan xanlıqlarıXanlıqların yaranması

Nadir Şahın öldürülməsilə onun nəhəng imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII yüzilin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən-ələ keçmişdi. Dövlətin paytaxtı altı dəfə dəyişmiş, İsfahandan Qəzvinə, sonra isə Məşhədə, Şiraza, yenidən İsfahana, nəhayət Tehrana köçürülmüşdü.

Xanlıqların yaranması təsadüfi olmayıb Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə qanunauyğun mərhələ idi.

XVII yüzilin gedişində tədricən dövlət müstəqilliyini itirmiş olan Azərbaycanda istiqlal hərəkatı başlandı. Mərkəzi hökumət çıxışları hər dəfə amansızlıqla yatırır, sərt hərbi və inzibati-siyasi tədbirlər həyata keçirirdi. Bütün bunlara Ardı »

Azərbaycan xanlıqlarıXırdapara-Dizaq mahalı

Mahal haqqında qısa bilgi[redaktə]
Sahəsi -
Əhalisi -
Yaranması — 1747-ci il
Paytaxtı— əvvəlcə Pirəhmədli kəndi, sonra Saracıq kəndi
Sərhədləri —Qərbdən Dizаq-Cəbrayılllı mahalı, şimaldan Dizaq mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Qaradağ xanlığı. Ardı »

Azərbaycan xanlıqlarıBorçalı xanlığı

Cavad xanlığı — bir çox Azərbaycan xanlıqları kimi İran şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Səlyan sultanlığının arasında yerləşirdi.

Cavad xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Cavad şəhəri idi.

1768-ci ildə Cavad xanlığı Quba xanlığının tərkibinə daxil edilir. [1][2]

1781-ci ildə Həsən xanın qoşunu Azərbaycan xanlarının (Quba xanı, Dərbənd xanı, Bakı xanı, Şamaxı xanı, Cavad xanı, Şəki xanı, Qarabağ xanı, Lənkəran xanı Və Ərdəbil xanı) o zaman İranın taxt-tacına namizədlərdən biri olan Ağa Məhəmməd şah Qacara qarşı birgə yürüşündə iştirak etdi. Ardı »