Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıİctimai–iqtisadi vəziyyəti

Salnamələrdəki məlumatdan elə qənaətə gəlmək olar ki, Qarabağ xanlığı inzibati cəhətdən 22 mahala bölünürdü. Mahallar isə bir neçə kənddən ibarət idi. Mahalları naiblər idarə edirdilər. Hər bir naibə darğalar, yüzbüşılar, kəndxudalar və s. başqa vəzifəli şəxslər tabe idilər. Darğa vəzifəsi çəhərdə də vardı. Onlar şəhərdə bir növ polis vəzifəsini icra edirdilər, kəndlrdə isə onlar əsasən vergi yığırdılar. Yüzbaşılar və kəndxudalar eyni zamanda kənd ağsaqqalı hesab olunurdular.

Başqa xanlıqlarda olduğu kimi Qarabağ xanlığında da mülki və cinayət işlərinə əsasən şəriət qanunları, adət və ənənələri əsasında baxılırdı. Məhkəmələrdə müftəlif cəzalarla yanaşı ağır işgəncələrə də yol verilirdi. Ən böyük hakim kimi ölüm hökmünü xanın özü Ardı »

Azərbaycan xanlıqlarıDəşt mahalı

Tarixi[redaktə]
Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX yüzilliklərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər. Ardı »

Azərbaycan xanlıqlarıİsmayıl xan Xoyski

Həyatı[redaktə]
Atası Cəfərqulu xanın ölümündən sonra Şəkidə hakimiyyətə başladı və Çar Aleksandrın 22 may (Yuli təqvimi ilə: 10 may) 1815-ci il tarixli fərmanı ilə rəsmi şəkildə Şəki xanı kimi təsdiqləndi. Lakin o, Rus hakimiyyət dairələrinin ümidlərini doğrultmamışdı. Yüksək çinli Rus məmurlarının öz aralarındakı raportlarında İsmayıl xanı hətta "великий дурак" da adlandırmışdılar. Nəhayət, İsmayıl xan xəstələndi və bir həftəlik yataq vəziyyətindən sonra 5 avqust (Yuli təqvimi ilə: 24 iyul) 1819-cu ildə öldü. Belə bir fürsət gözləyən ruslar isə onun oğul varisinin olmamasını bəhanə edərək Şəki xanlığının ləğv edildiyini və yerində Şəki əyalətinin yaradıldığını elan etdilər. Şamaxı xanı Mustafa xan o vaxt iddia etmişdir Ardı »

Azərbaycan xanlıqlarıAğası xan Xançobanlı Ailəsi

Ağası xanın 4 həyat yoldaşı və onlardan 12 övladı olmuşdur:

Bibixanım xanım - 1756cı ildə evlənmişdi. Bibixanım xanımdan olan övladları:
Mustafa xan - Şirvanın son xanı
İsmail bəy Sərkər (1760-1848) - Mərzili obasının sahibi. Mustafa xan ilə eyni yerdə öldü, Baba Səməd qəbirstanlığında basdırılmışdır.
Kafiyə xanım - 1766-cı ildə anadan olmuşdu, Qasım xan Xançobanlı ilə evlənmişdi.
Balaş xanım - 1769-cu ildə anadan olmuşdu.
Xədicə xanım - 1776-cı ildə anadan olmuşdu.
Xədicəxanım xanım Məmmədəli xan qızı- 1760cı ildə evlənmişdi. 1774-cü ildə vəfat etdi. Övladları:
Xeyrünnisa xanım - 1761-ci ildə anadan olmuşdu.
Xədicəxanım xanım Məlik Məmməd xann qızı - 1771ci ildə evlənmişdi, 1783-cü ildə vəfat etdi, Baba Səməd qəbirstanlığında basdırıldı. Övladları:
Haşim xan Ardı »

Azərbaycan xanlıqlarıİrəvan xanları

Mir Mehdi xan Ziyadlı-Qacar
Xəlil xan Ziyadlı-Qacar (1752-1755);
Həsənəli xan Ziyadlı-Qacar ( 1755-1762-ci illər);
Hüseynəli xan Ziyadlı-Qacar ( Həsənəli xanın qardaşı- 1762-1783-cü illər);
Qulaməli xan Ziyadlı-Qacar (Hüseynəli xanın oğlu – 1783-1784-cü illər);
Məhəmməd xan Ziyadlı-Qacar, hakimiyyət illəri 1784-1805
Mehdiqulu xan Dəvəli-Qacar, hakimiyyət illəri 1805-1806
Əhməd xan Müqəddəm, hakimiyyət illəri 1806-1807
Hüseynqulu xan Qovanlı-Qacar, hakimiyyət illəri 1807-1827 Ardı »

Azərbaycan xanlıqları1823-cü ildə Çiləbörd mahalı

1.Kisapet kəndi-Kənddə xəzinəyə vergi ödəyən 53 tüstü var. Ödəməyənlər:Mirzə Gülüm oğlu, Asek Obrez oğlu, 2 tüstü keşişlər, Ohanezin rəncbərləri 2 tüstü, nökərlər, qatırçılar, bağbanar, çobanlar və mahal mirzəsi 27 tüstü, dullar 2 tüstü, Naxçıvandan gəlmiş musiqiçilər 2 tüstü.
2.Malyatağ kəndi- Kənddə xəzinəyə vergi ödəyən 10 tüstü var. Ödəməyənlər:Məlik Rüstəm-Qazının oğluna bağlı 4 tüstü.
3.Kiçik Qarabəy kəndi- Kənddə xəzinəyə vergi ödəyən 10 tüstü var. Ödəməyənlər:Məaflar 2 tüstü, keşiş 1 tüstü.
4.Ulu Qarabəy kəndi- Kənddə xəzinəyə vergi ödəyən 7 tüstü var. Ödəməyənlər: Məaflar 3 tüstü, keşiş 1 tüstü.
5.Maqavuz kəndi- Kənddə xəzinəyə vergi ödəyən 14 tüstü var.
6.Həsənriz kəndi- Kənddə xəzinəyə vergi ödəyən 16 tüstü var. Ödəməyənlər: Məaflar Ardı »

Azərbaycan xanlıqlarıQəbristan mahalı

Tarixi[redaktə]
Qobustan, Şamaxı, Hacıqabul, Göyçay və Ağsu rayonlarının ərazisindəki obaları əhatə etmişdir.

Mahalın naibi Məlik Baxış idi. Ardı »