Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıƏlqas mirzə ilə birlikdə Şah Təhmasibin yanına getməsi (1541)

Şirvanşahlar dövlətinin süqutundan sonra Şah Təhmasib Şirvanın idarə edilməsi işini öz qardaşı Əlqas mirzəyə tapşırmışdı. Hadisələrin gedişatını izləyərkən bu qənaətə gəlirik ki, Dərvişməhəmməd xan Əlqas mirzənin Şirvan valiliyinin ilk illərindən, ta son gününədək, yəni 1547-ci ilə qədər onunla olduqca yaxşı münasibətlərə malik imiş. O cümlədən, 1541-ci ildə Şah Təhmasib Ucan və Səhənd yaylaqlarında olarkən, Dərvişməhəmməd xan məhz Əlqas mirzə ilə birlikdə şahın yanına getmişdi və şah tərəfindən

"nəvaziş qazanaraq, öz vilayətlərinə qayıtmaq icazəsi aldılar" Ardı »

Azərbaycan xanlıqlarıDizaq mahalı

1.Arış kəndi-bəy rəiyyəti 12 tüstü, 26 kişi
2.Hоğa kəndi-bəy rəiyyəti 5 tüstü, 7 kişi
3.Rəfəddinli kəndi-bəy 2 tüstü, 5 kişi, dövlət kəndlisi 14 tüstü, 48 kişi
4.Cuvarlı kəndi-dövlət kəndlisi 8 tüstü, 25 kişi
5.Xələfşəli kəndi-dövlət kəndlisi 13 tüstü, 26 kişi
6.Gavşatlı kəndi-bəy rəiyyəti 10 tüstü, 27 kişi
7.Şıxımlı kəndi-bəy 4 tüstü, 14 kişi, dövlət kənlisi 1 tüstü, 25 kişi
Dizaq mahalı 1840-cı ildə ləğv edildi. Mahalın ərazisi yeni yaranan Şuşa qəzasının Vərəndə sahəsinə bağlandı. Ardı »

Azərbaycan xanlıqlarıMuğan mahalı

Tarixi[redaktə]
Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olmuşdur.

Mahalın naibi Həsən xan Muğanlı idi.

Əhalisi[redaktə]
1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.

İqtisadiyyatı[redaktə]
Muğan mahalının sakinləri əkinçilik, maldarlıq və pambıqçılıqla məşğul olurdular. Ardı »

Azərbaycan xanlıqlarıCavad xan

Cavad xan,Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar 1748, Gəncə — 1804, Gəncə yaxınlığı) — Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.

Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan Ardı »

Azərbaycan xanlıqlarıÜzümdil mahalı

Tarixi[redaktə]
Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Üzümdil mahalıdır. Mahalın inzibati mərkəzi Toxumdil kəndidir. 25 kəndi vardı. Üzümdil mahalının tarixi qədimdir. Burdan, Vərziqan qəsəbəsinin 5 km şərqində, Səkindil kəndinin yaxınlığında, Zaği dağının yamacında tapılmış daş kitabə Urartu hökmdarı II Sardurinin (b.e.ə.780-730) Manna dövlətinə yürüşündən bəhs edir. Kitabə mixi xətti ilə yazılıb. Mətndə deyilir: "Xalidi Allah öz silahı ilə (?) yürüşə çıxdı6 , dağlıq Puluadi ölkəsinin1 hökmdarı Kadiauya (?) qalib gəldi…. Argiştinin oğlu Sarduri yürüşə çıxdı. Saduri deyir: Mən 21 qala fəth etdim. 45 və yaxud 44 şəhəri mən bir gün ərzində fəth etdim. Möhkəmləndirilmiş hökmdar şəhəri Libliu [ni] şəhərini döyüşlə aldım". [1]. Üzümdil Ardı »

Azərbaycan xanlıqlarıƏkərət mahalı

Tarixi[redaktə]
Göyçay, İsmayıllı və Saatlı rayonlarının ərazisində ərazisində mövcud olmuşdur.

Mahalın naibi Məlik Kərim idi.

Əhalisi[redaktə]
1821-ci ildə 7 kənddə (İncə, Kürdmaşı, Yekəxana, Qaraməryəmli, Qarabaqqal Qaraman, Saatlı Seyidlər) 160 ailə yaşayırdı.

İqtisadiyyatı[redaktə]
Əkərət mahalının sakinləri əkinçilik, bağçılıq, pambıqçılıq, məşğul olurdular. Ardı »

Azərbaycan xanlıqlarıDərvişməhəmməd xan

Dərvişməhəmməd xan və ya Dərviş Məhəmməd xan — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi[2].

Dərvişməhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi.

1549-cu ildən etibarən isə Dərvişməhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu Ardı »

Azərbaycan xanlıqlarıTəbriz xanlığı

Təbriz xanlığı – mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan xanlıqlarından biridir.

Ən görkəmli xanlarından biri Əmiraslan xan Araşlı-Avşar olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir. Ardı »