"Azərbaycan Demokratik Respublikası" → Bakı cəbhəsində döyüşlər
Qafqaz İslam Ordusunun şimal qrupu orduları, çox çətin şərtlər altında etdikləri yürüşü 30 iyul günü də davam etdirərək, Atbatan həndəvərinə çatdı. Burda Qızıl Ordu birliklərinin Bakı yaxınlığındakı birinci mövqeyi ilə qarşılaşdı. Şamaxı-Bakı yolunun hər iki tərəfini tutan düşmən ordusunun əlində iki batalyondan artıq piyada, 200 süvari, iki top və üç zirehli maşın vardı. Türk Ordusunun həmləsinə tab gətirməyərək Bakının şimal-qərbindəki Qobu kəndinə tərəf çəkildilər. Düşmənin gözünü açmasına macal verməyən Türk ordusu Qobu və yaxınlıqdakı təpələri qısa bir vaxt içərisində ələ keçirdi. Bakının şimalındakı Sumqayıt istiqamətində geri çəkilən düşmən qüvvələri yenə də arasıkəsilməz təqibə məruz qalmışdı. Bolşevik qüvvələrindən bir qismi Sumqayıta, bir Ardı »