Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Mustafa Mahmudov

Həyatı[redaktə]
Mustafa Hacı Musa oğlu 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuşdu. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmişdi.Bakı şəhərindəki 1-ci rus-tatar məktəbində əvvəlcə müəllim, sonra direktor işləmişdi. 1907-ci ildə 2-ci çağırış Rusiya Dövlət Dumasına Azərbaycandan Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Z.Zeynalovla yanaşı o da seçilmişdi.

M.Mahmudov Azərbaycan Demokratik Respublikasının Parlamentinin üzvü idi. Sovet dövründə 132 saylı məktəbdə müəllim işləmişdi. O, 23 noyabr 1937-ci ildə tutulmuşdu. 20 dekabr 1937-ci ildə güllələndi.

Mustafa müəllimin Səfurə xanım adlı qızı vardı. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qafqaz İslam Ordusu

Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin Ardı »

"Azərbaycan Demokratik Respublikası"Vicdan azadlığı

Azərbaycan Demokratik Respublikası rəhbəri Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı.

Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa bəy Rəfiyevin sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bakının təslim edilməsi

Bakıdan gələn heyətə, şəhərdə yaşayan insanlara heç bir zərər verməyəcəyinə dair Türk Qafqaz İslam Ordusu Komandanlığında hazırlanan bildirişlər verilərək, bunu xalq arasında yaymaq göstərişi verildi. Beləliklə də, küçə döyüşləri tezliklə dayandırılaraq, daha çox şəhid və yaralı verilməsinin qarşısı alınmış oldu.

Hacıqabulda yerləşən Cənub Qrupu Komandanı Cəmil Cahid (Toydəmir) bəy Bakı Mövqe Komandiri vəzifəsinə təyin olundu və axşama doğru şəhərə girdi.

Şəhərdə asayişi bərpa və mühafizə etmək minbaşı Fəhmi bəyin başçılığı altında iki batareya ilə 56-cı alaya həvalə olundu. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 213 Şəhərin şərq hissəsindəki Qaraşəhər bölgəsini isə bir batareya ilə 38-ci piyada alayının qoruyacağı qərara alındı. Düşmən gəmilərinin Bakını Ardı »

"Azərbaycan Demokratik Respublikası"General-kvartirmeyster idarəsi

General-kvartirmeyster idarəsi - Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş ərkani hərbinin (qərargah) tərkibində mövcud olan idarələrdən biri.

Əsası 1918-ci il noyabrın 15-də qoyulmuşdur. Hərbi nazirin həmin tarixli əmrinə əsasən, əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində, 1919-cu il martın sonlarında isə Baş ərkani hərbin tərkibində fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrinin komplektləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat və əks-kəşfiyyat işlərinin aparılması idi.General-kvartirmeyster idarəsinin strukturu müntəzəm surətdə təkmilləşdirilmişdir. Onun ilkin strukturundakı səfərbərlik bölməsi hərbi mükəlləfiyyət haqqında sənədlərin hazırlanması, hərbi qeydiyyatın aparılması, səfərbərlik planlarının və cədvəllərinin tərtib edilməsi, hərbi strukturlarda və mülki təşkilatlarda səfərbərlik hazırlığının yoxlanması, könüllü, partizan, həmçinin digər dəstələrin qeydiyyatının aparılması, qoşun hissələrinin təşkili, Ardı »

"Azərbaycan Demokratik Respublikası"Nəriman bəy Nərimanbəyli

Həyatı[redaktə]
Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdur. Burada "Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti"nin rəhbərliyinə seçilmiş, inqilabi fəaliyyət göstərmişdir. Onun iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. N. Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtmış, vəkil işləməklə yanaşı, "Müsəlman xeyriyyə cəmiyyətinin" rəhbərlərindən biri olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra "Müsavat" partiyasına daxil olmuş, Qafqaz müsəlmanlarının Bakı qurultayında, "Müsavat" partiyasının birinci qurultayında iştirak etmişdir.

N. Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya seyminin üzvü seçilmiş, Ardı »

"Azərbaycan Demokratik Respublikası"Xosrov bəy Sultanov

Həyatı[redaktə]
Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.

Hazırda Bakı Metropolitenində baş mühəndis işləyən Soltan bəyin nəvəsi Elbrus Muradovun verdiyi müsahibədə Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini Ardı »

"Azərbaycan Demokratik Respublikası"Əhməd Həmdi Qaraağazadə

QARAAĞAZADƏ Əhməd Həmdi bəy (? - ?)- Azərbaycan istiqlal hərəkatının iştirakçısı. Azərbaycan Milli Şurasının üzvü. Milli ġurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun "una (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinin tərkibinə daxil olunmuĢdu. "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi. Ardı »