Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Şamaxı, Ağsu, İsmayıllının işğalı

Bolşeviklərin üçüncü qolu da Bakının şimalından hərəkət etdi. Bakı-Gəncə yolu boyunca şimal-qərb istiqamətində irəliləyərək Mərəzə və Şamaxıya daxil oldular. Bico kəndində kənd əhalisinin 400 nəfərlik erməni hərbçilərini darmadağın edərək Bico dərəsində qırması on illər boyu yaddaşlardan silinmədi.[5] Bicoda Pirəmsaq döyüşündə gözləmədikləri halda aldıqları bu ağır zərbədən hiddətlənən erməni-bolşevik birləşmələri Biconun üzərinə daha böyük qüvvə ilə gəldi.[6] Bundan xəbər tutan kənd əhalisi Ağsu, sonra da Göyçay istiqamətinə köçməyə məcbur oldu. Biconu yandırdıqdan sonra Ağsu qəsəbəsini işğal etdilər. Daha irəlidə olan Qaraməryəm və qərbdəki Bığır kəndi və ətrafını işğal və talan etməyə başladılar. Qafqaz Qızıl Ordu qüvvələrinin 1-ci və 3-cü diviziyaları Qaraməryəmin şimalında Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qafqaz İslam Ordusunun ikinci həmləsi

Nuru paşa bu məğlubiyyətdən sonra Azərbaycanlı türklərdən ibarət hərbi qüvvələrin komandanı general Əliağa Şıxlinski və 5-ci Qafqaz piyada diviziyası qərargah rəisi Rüştü bəy ilə birlikdə 18 iyun 1918-ci ildə Gəncədən cəbhəyə hərəkət edərək Müsüslü stansiyasına çatdılar. Orada Qafqaz İslam Ordusu qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu tabor komandirindən Qaraməryəm savaşı haqqında bilgi aldılar. Nuru paşa və yanındakılar Müsüslüdən Göyçaya keçdilər. Burada 10-cu Qafqaz alayı komandiri yarbay Osman bəy ilə apardıqları görüşmədə savaşın gedişi haqqında vəziyyəti dəyərləndirdilər. Türk kurmay heyəti 200 şəhid və 156 yaralı ilə 2 topun itkisini ciddi bir hadisə olaraq dəyərləndirdi. Nuru paşa və yanındakılar cəbhə xəttini və Ardı »

"Azərbaycan Demokratik Respublikası"Dərbəndin azad edilməsi

Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Dağıstanın ələ keçirilməsi üçün 15-ci piyada diviziyası komandanı yarbay Süleyman İzzət bəyə 20 sentyabr 1918-ci il tarixində bir əmr göndərdi. Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 61 Qafqaz İslam Ordusunun Şimali Qafqazdakı hərbi hərəkat planı belə idi: Dağıstan hərbi hərəkatı ilə təlimatlandırılan 15-ci piyada diviziyası sürətlə Xaçmaz istiqamətində hərəkət edəcək və Dərbənd qısa bir müddətdə ələ keçiriləcəkdi. Hərbi birliklər şəhərin 5 kilometrliyinə qədər irəliləyəcək və burada mövqe tutacaqdı. Əldə edilən mövqe, bəzi hərbi qüvvələrlə gücləndiriləcək 107-ci Qafqaz alayından ibarət Dərbənd dəstəsinə təhvil verildikdən sonra 15-ci piyada Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qafqaz İslam Ordusunun irəliləməsi

Gəncədə yerləşən Qafqaz İslam Ordusu Qərargahı, bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlıqlarındakı düşmən qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, strateji əhəmiyyətə malik idi.

5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz alayı Qarakilsə – Dilican yolunu yeriyərək keçmiş və Qazax yaxınlığındakı Ağstafaya daxil olmuşdu. Bakıdan çıxıb şimaldan irəliləyən bolşevik qüvvələrinə qarşı qoymaq üçün bölgəyə yeni gələn 10-cu Qafqaz alayı uzun bir yol gələrək Azərbaycan torpaqlarına yeni Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan hökumətinin tərkibi - III kabinə: 26.12.1918 -14.03.1919

Nazirlər Şurasının sədri və xarici xarici işlər naziri – F.Xoyski (bitərəf).
Daxili işlər naziri – X.Xasməmmədov (müsavat)
Maliyyə naziri Ġ.Protasov (Slavyan-Rus Cəmiyyəti)
Yollar naziri – X.Məlikaslanov (bitərəf)
Ədliyyə naziri – T.Makinski (?)
Maarif və dini etiqad naziri – N.Yusifbəyli (müsavat)
Poçt-teleqraf və əmək naziri – A.Səfikürdski (sosialist)
Hərbi nazir – S.Mehmandarov (bitərəf)
Sosial təminat naziri – R.Xoyski (bitərəf)
Xalq səhiyyəsi naziri – Y.Gindes (Slavyan-Rus cəmiyyəti)
Ticarət və sənaye naziri – M.Əsədullayev (bitərəf)
Dövlət müfəttişi – M.H.Hacınski (16.01.1919 tarixindən – Ə.Həsənov)
Ərzaq naziri – K.Lizqar (Slavyan-Rus cəmiyyəti)
Əkinçilik naziri – X.Sultanov (müsavat) Ardı »

"Azərbaycan Demokratik Respublikası"Rəyasət Heyəti

Məhəmməd Əmin Rəsulzadə
Həsən bəy Ağayev
Məmməd Həsən Hacınski
Nəsib bəy Yusifbəyli
Xəlil bəy Xasməmmədov
Məmməd Yusif Cəfərov
Xudadat bəy Məlik Aslanov
Camo bəy Hacınski
Əkbər ağa Şeyxülislamov
Xosrov Paşa bəy Sultanov Ardı »

"Azərbaycan Demokratik Respublikası"Aslan bəy Səfikürdski

Aslan bəy Ağalar bəy oğlu Səfikürdski-(30 sentyabr 1881, Gəncə-20 sentyabr 1937, Bakı ), Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Milli Şurasının üzvü idi. Aslan bəy Ağalar bəy oğlu 30 sentyabr 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İbtiai təhsil alandan sonra klassik gimnaziyada oxumuşdu. 1901-ci ildə gimnaziyanı bitirib Xarkov Universtitetinin huquq fakultəsinə qəbul olmuşdu. Lakin öz xahişi ilə 1902-ci ildə Peterburq Universtitetinə keçmiş və 1907 cu ildə univestiteti tamamlamışdı. 1907-1911-ci illərdə ədliyyə orqanlarında müvəkkil köməkçisi, 1911-1917-ci illərdə isə Şuşa qəzasıında öncə şəhər dumasında iclasçı, sonra andlı müvəkkil vəzifəsində işləmişdi. AXC-nin dönəmində Parlamentinə deputat seçilmişdi. Səfikürdski AXC-nin 3 və 4-cü hökumətində təmsil edilmişdi.O rabitə Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bolşevik-daşnak qüvvələrinin Türk ordusuna qarşı hərəkətə keçməsi

Türk hərbi qüvvələri və Nuru paşanın 25 mayda Gəncəyə çatması, üç gün sonra da Azərbaycan Cümhuriyyətinin elan edilməsi, Gəncənin də müvəqqəti paytaxt olması Bakıdakı Şaumyan idarəsini təlaşlandırdı. Nuru paşa Cümhuriyyətin elan edilməsindən dərhal sonra Azərbaycanın bir çox bölgəsinə hərbi kadrlar göndərərək, əyalətlərdəki mülki və hərbi təşkilatlanmanı gözdən keçirdi, mövcud olanların da Gəncə idarəsinə bağlanmasını təmin etdi. Türk ordusu paytaxt Gəncədə hakimiyyəti təsis etmiş, erməniləri itaət altına almışdı.

Azərbaycan Cümhuriyyəti və Milli Məclisi ilə Nuru paşa, bir dövlətin hakimiyyət və hökmranlığı nəyi lazım bilirsə, onları bir-bir gerçəkləşdirdi. Geriyə Qafqazda yaşayan türklərin milli ordusunun qurulması və vətən torpaqlarının işğalçılardan təmizlənməsi vəzifəsi qalmışdı.

Gəncədəki bu irəliləyişlər Ardı »