General-kvartirmeyster idarəsi - Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş ərkani hərbinin (qərargah) tərkibində mövcud olan idarələrdən biri.
Əsası 1918-ci il noyabrın 15-də qoyulmuşdur. Hərbi nazirin həmin tarixli əmrinə əsasən, əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində, 1919-cu il martın sonlarında isə Baş ərkani hərbin tərkibində fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrinin komplektləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat və əks-kəşfiyyat işlərinin aparılması idi.General-kvartirmeyster idarəsinin strukturu müntəzəm surətdə təkmilləşdirilmişdir. Onun ilkin strukturundakı səfərbərlik bölməsi hərbi mükəlləfiyyət haqqında sənədlərin hazırlanması, hərbi qeydiyyatın aparılması, səfərbərlik planlarının və cədvəllərinin tərtib edilməsi, hərbi strukturlarda və mülki təşkilatlarda səfərbərlik hazırlığının yoxlanması, könüllü, partizan, həmçinin digər dəstələrin qeydiyyatının aparılması, qoşun hissələrinin təşkili, Ardı »