Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan Xəzinə Palatası

Azərbaycan Xəzinə Palatası - Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin maliyyə sisteminə daxil olan mühüm dövlət qurumu. Cümhuriyyət Hökumətinin 1918 il 21 oktyabr tarixli qərarı ilə Bakı Xəzinə Palatası Azərbaycan Xəzinə Palatasına çevrilərək, onun fəaliyyət dairəsi həmin il oktyabrın 11-də ləğv edilmiş, Gəncə Xəzinə Palatası da daxil olmaqla bütün Cümhuriyyət ərazisinə şamil edilmişdi. Azərbaycan Xəzinə Palatasının fəaliyyəti dövründə dövlət vergilərini toplamaq üçün Bakı şəhəri və Balaxanı, Sabunçu polismeysterliyi nəzdində vergi pristavları vəzifələri yaradılmışdı. Xəzinə vergiləri üzrə hərraca çıxarılan daşınar və daşınmaz əmlakın siyahıya alınması və satışı qaydaları Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919 il sentyabrın 27-də qəbul etdiyi qanunla tənzimlənirdi. Bu qanunla quberniyalarda daşınar Ardı »

"Azərbaycan Demokratik Respublikası"Yusif Əhmədzadə

ƏHMƏDZADƏ Yusif (?-?)- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, ticarət-sənaye ittifaqından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasını təmsil edirdi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Xudadat bəy Rəfibəyli Fəaliyyəti

Xudadat bəy Rəfibəyli elin təkidi və tələbi ilə Gəncə qubernatoru seçildi. Lakin aradan heç bir il keçməmiş aprel çevrilişi oldu və o, böyük nəzakətlə öz səlahiyyətini üzərindən götürdü. Həmin dövrdə - yəni aprelin 30-da arxadaşlarına müraciəti Xudadat bəyin yüksək daxili mədəniyyətini, təmkinliyini çox aydın göstərir. Müraciətdə deyilir: "Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin məmurları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bağır Rzayev

Rzayev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının (Müsəlman sosialist bloku), Zaqqfqaziya Federasiyasının süqutundan (1918, 26 may ) sonra isə Azərbaycan Milli ġurasının (1918, 27 may) üzvü olmuĢdur. Milli ġuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun "una (1918, 19 noyabr ) əsasən, Cümhuriyyət parlamentinin tərkibinə daxil edilmiĢdi. Parlamentdə "Sosialistlər" fraksiyasını təmsil edi Ardı »

"Azərbaycan Demokratik Respublikası"Birinci Piyada Diviziyası

Birinci Piyada Diviziyası - Azərbaycan ordusunun tərkibində hərbi birləşmə. Əsası 1917-ci ilin sonlarında qoyulmuşdu. Diviziyanın formalaşması onun komandiri general-mayor Xəlil bəy Talışinskinin rəhbərliyi ilə aparılırdı. Birinci diviziyanın strukruru Əlahiddə Azərbaycan korpusunun tərkibində də saxlanmışdı. Lakin Azərbaycan hərbi hissələrinin formalaşması zəruri tələblərə cavab vermədiyindən Qafqaz İslam Ordusu komandanının 1918-ci il 13 avqust tarixli əmri ilə Əlahiddə Azərbaycan korpusunun və piyada diviziyalarının qərargahları ləğv olundu, piyada diviziyalarına daxil olan hərbi hissələr isə birbaşa Qafqaz İslam Ordusu komandanına tabe edildi. Bakının azad olunması uğrunda döyüş (1918, 15 sentyabr) uğurla nəticələndikdən sonra piyada diviziyalarının və Azərbaycan korpusu qərargahlarının bərpasına başlandı. Qafqaz İslam Ordusu komandanının 1918-ci Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan hökumətinin tərkibi - I kabinə: 28.05.1918 – 17.06.1918

Nazirlər Şurasının sədri və daxili işlər naziri – F.Xoyski (bitərəf).
Hərbi nazir – X.SuItanov (müsavat).
Xarici işlər naziri – M.H.Hacınski (müsavat).
Maliyyə və xalq maarifi naziri – N.Yusifbəyli (müsavat).
Ədliyyə naziri – X.Xasməmmədov (müsavat).
Ticarət və sənaye naziri – M.Y.Cəfərov (bitərəf, sonra -müsavat).
Əkinçilik və əmək naziri – Ə.Şeyxülislamzadə (Hümmət).
Yollar, poçt və teleqraf naziri – X.Məlikaslanov (bitərəf).
Dövlət müfəttişi – C.Hacınski (sosialist). Ardı »

"Azərbaycan Demokratik Respublikası"I Müsavat və Bitərəflər fraksiyası

Məhəmməd Əmin Rəsulzadə
Həsən bəy Ağayev
Nəsib bəy Yusifbəyli
Xəlil bəy Xasməmmədov
Məmmədhəsən Hacınski
Abbasqulu Kazımzadə
Musa bəy Rəfiyev
Cavad bəy Məlikyeqanov
Mehdi bəy Hacınski
Mehdi bəy Hacıbababəyov
Rəhim bəy Vəkilov
Şəfi bəy Rüstəmbəyli
Hacı Səlim Axundzadə
Mustafa Mahmudov
Asəf bəy Şıxəlibəyov
Abuzər bəy Rzayev
Əhməd Həmdi Qaraağazadə
Ağa Əminov
Nəriman bəy Nərimanbəyli
Mirzə Sadıq Axundzadə
Müseyib bəy Əxicanov
Mustafa ağa Vəkilov
Məmmədbağır Şeyxzamanlı
Məmmədəli Rəsulzadə
Murtuza Axundov
Rza bəy Axundov
Məmmədrza ağa Vəkilov
Cəlil bəy Sultanov
Əşrəf bəy Tağıyev
Məmməd Yusif Cəfərov
Mirzə Əsədullayev
Yusif Əhmədzadə
Baxış bəy Rüstəmbəyov
Fətəli xan Xoyski
Ağa bəy Səfərəliyev
Əsədulla Əhmədov
Ağa Aşurov
Qulamhüseyn bəy Kazımbəyov Ardı »

"Azərbaycan Demokratik Respublikası"İstiqlal Bəyannaməsi

Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi[1] — Azərbaycan Milli Şurasının qərarına əsasən, Azərbaycanın istiqlaliyyətini rəsmən elan edən sənəd

Bəyannamə Azərbaycan Milli Şurasının 1918 il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən iclasında qəbul olunmuşdur. İclasa Həsən bəy Ağayev sədrlik etmişdir. Altı bənddən ibarət olan bəyanaməni (bu sənədi o dövrdə Əqdnamə və ya Misaqi-milli də adlandırırdılar) Azərbaycan Milli Şurasının aşağıdakı üzvləri imzalamışlar:

Həsən bəy Ağayev
Fətəli xan Xoyski
Nəsib bəy Yusifbəyli
Camo bəy Hacınski
Şəfi bəy Rüstəmbəyli
Nəriman bəy Nərimanbəyov
Cavad Məlik-Yeqanov
Mustafa Mahmudov.
Azərbaycanın istiqlaliyyətinin elan olunması və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə Nazirlər şurasının sədri Fətəli xan Xoyskinin adından mayın 30-da radioteleqrafla dünyanın əksər siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Ardı »