Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Heybətqulu Məmmədbəyli

Heybətqulu Həbibulla oğlu Məmmədbəyli 1888-ci ildə Bakının Şağan kəndində anadan olub. İttihad fraksiyasının rəhbərlərindən biri olub. Bakı realnı məktəbini və texniki sənaye texnikumunu bitirib. Fevral inqilabından sonra siyasi fəaliyyətə başlayıb. Zaqafqaziya Seymi Müsəlman fraksiyasının tərkibinə daxil olub. ADR V hökumət kabinetinində dövlət naziri olub. Aprel işğalından sonra müxtəlif idarələrdə işləyib. Sonra təqiblərə məruz qalaraq həbs edilib. 1937-ci ildə ölüb. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Cəlil bəy Sultanov

Azərbaycan Milli ġurasmın "Azərbaycan Məclisi-Məbusanına seçkilər haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Parlamentə seçilmiĢdir. Əvvəlcə "Bitərəflər" fraksiyasına daxil olmuĢ, 1919 ildə bu fraksiyanın parçalanmasından sonra 8 nəfərdən ibarət böyük əksəriyyətlə birlikdə "Müsavat" fraksiyasına keçmiĢdi. "Bitərəflər"in "Müsavat" fraksiyası ilə birləĢməsin-dən sonra Parlamentdə həlledici səsə malik "Müsavat və bitərəflər fraksiyası" yaranmışdı.

Cəlil bəy Sultanov Azərbaycan Demokratik Respublikası parlamentinin Zəngəzur qəzasından olan millət vəkili idi Ardı »

"Azərbaycan Demokratik Respublikası"Zeynal bəy Əlizadə

Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Par­la­men­ti­nin xü­su­si qə­ra­rı­na əsa­sən, döv­lət he­sa­bı­na ali təh­sil al­maq üçün xa­ri­cə gön­də­ril­miş tə­lə­bə­lər­dən bi­ri. Par­la­men­tin 1919 il 1 sent­yabr ta­rix­li qə­ra­rı­na əsa­sən, təh­si­li­ni me­mar­lıq sa­hə­sin­də da­vam et­dir­mək üçün Ro­ma Kral Rəs­sam­lıq Aka­de­mi­ya­sı­na (İta­li­ya) gön­də­ril­miş­di. Son­ra­kı ta­le­yi ba­rə­də mə­lu­mat aş­kar olun­ma­mış­dır".



"Əli­za­də Zey­nal (? – ?) – Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti döv­rün­də mil­li mə­də­niy­yə­tin tə­rəq­qi­sin­də ya­xın­dan iş­ti­rak et­miş mə­də­niy­yət xa­di­mi. Əli­za­də Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Hö­ku­mə­ti­nin 1919-cu il 23 mart və 1920-ci il 30 yan­var ta­rix­li qə­rar­la­rı ilə döv­lət ger­bi­nin, hər­bi or­den-me­dal­la­rın və döv­lət mö­hü­rü­nün la­yi­hə­lə­ri­nin ha­zır­lan­ma­sı məq­sə­di­lə elan olun­muş mü­sa­bi­qə­də fə­al iş­ti­rak et­miş­dir. Onun la­yi­hə­si əsa­sın­da bu­ra­xıl­mış döş ni­şan­la­rı və xa­ti­rə Ardı »

"Azərbaycan Demokratik Respublikası"Vladimir Ollonqren

İlk illəri
19 aprel 1867-ci ildə Kolomna şəhərində hərbçi ailəsində doğulmuşdur. 5 yaşında atasını itirən Vladimir 1875-ci ilin may ayında II Aleksandrın həyat yoldaşı imperatriça Mariya Aleksandrovna tərəfindən Qış sarayına anası ilə birlikdə köçdü. Şahzadə Aleksandrın (gələcək çar III Aleksandr) həyat yoldaşı Mariya Fyodorovnanın ayda 2000 rubl maaşlı iş təklifini qəbul etdi və Vladimir şahzadə Nikolay (gələcək çar II Nikolay) və qardaşı Georgi Aleksandroviç ilə birlikdə təhsil və tərbiyə almağa başladı.[1] 1876-1879-cu illərdə Aniçkov sarayında yaşayan Vladimir 31 oktyabr 1877-ci ildə əsilzadə elan olunmuşdu. Pskov kadet korpusunda ilk təhsilini alan Vladimir 1884-cü ildə Varşava kadet korpuslarında təhsilinə davam etmişdi. 1896-cı ildə artıq Ardı »

"Azərbaycan Demokratik Respublikası"Ağa Aşurov

Ağa Aşurov 1880-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Bakı gimnaziyasını bitirmişdir. Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. Bakıya Şollar su kəmərinin çəkilməsində geniş fəaliyyət göstərmişdir. Aşurov "Nəşri-maarif‖ cəmiyyətinin rəhbərlərindən biri olmuş, şəhər dumasının üzvü seçilmişdir. Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak etmiş və qurultayın rəyasət heyətinin tərkibinə seçilmişdir. Milli hərəkatın fəal üzv-lərindən olan Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman Milli Şurasının Ardı »

"Azərbaycan Demokratik Respublikası"Parlament və xarici siyasət

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də Ardı »