Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Məmmədhəsən bəy Mirzəcamalov

Həyatı[redaktə]
Məmmədhəsən bəy Məmiş bəy оğlu 1870-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Əslən Hacılı camaatının Gecəgözlü оbasının Səlifbəyli tayfasındandır. Şəhər məktəbini bitirəndən sоnra ali məktəbə daxil оlmuşdu. Məktəblərdə rus dilini tədris edirdi. Məmmədhəsən bəyin aktyоrluq bacarığı da vardı. Cavanlığında Şuşa şəhərində həvəskarlar tərəfindən təşkil оlunmuş teatrda tez-tez çıxış edərdi. Yusif Vəzir Çəmənzəminli xatirələrində qeyd edir ki, Məmmədhəsən bəy Mirzəcamalоv Yaqо rоlunu çоx gözəl оynardı. M.Mirzəcamalov Azərbaycan Demokratik Respublikasının parlamentində çalışmışdı. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan korpusunun yaradılması

1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında xüsusi hərbi hissələrin yaradılması ilə məşğul olan büronun təsis edilməsi haqqında qərar qəbul edildi. Musavat partiyasının 1917-ci ilin oktyabr ayının 26-da keçirilən birinci qurultayında milli ordu yaradılması məsələsi tələb edilirdi. Həmin ilin noyabr ayının 5 də Gəncədə keçirilən Qafqaz müsəlman hərbi qurultayı şəhərə gələn tatar atlı batalyonu bazasında Azərbaycan korpusunun yaradılmasını tövsiyə etdi. Ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq nəzərdə tutulan tədbirlər çox çətinliklə və ləng həyata keçirilirdi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bakı Xalq Komissarları Soveti Tərkibi

BXKS-nin sədri vəzifəsinə S.Şaumyan "seçildi". O, eyni zamanda, xarici işlər komissarı idi. Xalq daxili işlər komissarı P.A.Çaparidze, ədliyyə komissarı A.B.Karinyan, nəqliyyat komissarı Markaryan, fövqəladə komissiyanın sədri Ter-Qabrelyan, Dövlət nəzarəti komissarı A.S.Boqdanov, əmək komissarı Y.D.Zevin seçildilər. BXKS qatı millətçi ermənilərdən və onlarla sıx əməkdaşlıq edən rus bolşeviklərindən ibarət idi. Azərbaycanlı komissarlara, əsasən, təsərrüfatla bağlı sahələr "həvalə" olunmuşdu. Nəriman Nərimanov şəhər təsərrüfatı, Mir Həsən Vəzirov isə torpaq işləri üzrə xalq komissarları idilər. Beləliklə, yerli azərbaycanlı əhalinin nümayəndələri, demək olar ki, hakimiyyətə yaxın buraxılmadı Ardı »

"Azərbaycan Demokratik Respublikası"Almaniya

Osmanlı Dövlətinin müttəfiqi olan Almaniya, Türk Ordusunun Bakıya girməsini heç bir zaman qəbul etməmişdi. Buna mane ola bilmədiyi kimi, türk əsgəri ilə bərabər bu hərəkatda iştirak da edə bilmədi. Bu səbəbdən Berlində böyük bir həyəcan yaşanırdı. Sədrəzəm (baş vəzir) Tələt paşa Almaniyadakı bu həyəcanı yatırmaq üçün Berlinə getdi. Türkiyənin öz gələcəyini təhlükədən qorumaq istədiyini bildirən Tələt paşa, eləcə də, Qafqazdakı türk və müsəlman xalqların yenidən təşkilatlanmasını təmin etməyə çalışdıqlarını bildirdi. Tələt paşa, Türkiyənin, Batum sülh müzakirələrində təsdiq edilən ərazilərdən başqa, hər hansı bir torpaq iddiasında olmadığını bildirdi. Tələt paşa, bu və ya buna bənzər hərəkətləri vaxtı ilə Rusiyanın da etdiyini və Ardı »

"Azərbaycan Demokratik Respublikası"Cavid Məlik Yeqanov

Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə "Müsavat" partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qasım bəy Camalbəyov

Həyatı[redaktə]
Qasım bəy Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Atası onu, 7 yaşında olarkən, təhsil almaq üçün mədrəsəyə verir. 1896-cı ildə Naxçıvanda türk (ana dili), rus və fars dillərində təlim verən Məktəbi-tərbiyə adında nümunəvi məktəb açılır (məktəb 30-cu illərədək fəaliyyət ğöstərir). O, təhsilini bu məktəbdə davam etdirir. Burada türk və fars dilləri üzrə onun müəllimi məşhur şair, əslən Ordubadlı Məhəmməd Tağı Sidqi olur.

Qasım bəy Camalbəyov 1898-ci ildə təhsilini şəhər dördillik məktəbində davam etdirir. O, 1901-ci ildə, məktəbi uğurla bitirdikdən bir il sonra, İrəvanda Müəllimlər Seminariyasında xalq müəllimi rütbəsi alması üçün sinaqlardan uğurla çıxır. Beləliklə, 1901-ci ilin sentyabrından 1912-ci ilin dekabrına qədər o, Ardı »

"Azərbaycan Demokratik Respublikası"Mir Hidayət bəy Seyidov Ailəsi

Mir Hidayət bəyin yaxın qohumlarından olan diplomat alim Ramiz Abutalıbov 2006-cı ildə Moskva şəhərində nəşr etdirdiyi kitabda ("Qodı i vstreçi v Parije") onun da haqqında yazıb. Müəllif bir maraqlı məsələni də oxuculara ilk dəfə çatdırıb: Mir Hidayət bəyin ömür-gün yoldaşının və övladlarının adlarını yazıb. 1920-ci ildən sonra onları həbs edir, sürgünə göndərir və yaşamaq üçün Ordubaddan digər yerlərə köçürürdülər. Ramiz müəllimin babası Məşədi Həmzə də böyük şair Hüseyn Cavidlə birlikdə İrkutsk vilayətinə sürgün edilib. Abutalıbovlar da Qüdsi Vənəndinin ailəsi ilə qohumdurlar. Ramiz müəllimin yazdığından məlum olur ki, onun nənəsi Rübabə xanımın doğma qardaşı Mir Fazil ağa Seyidov uzun illər yazıçı Əziz Ardı »