Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması

Rusyadakı inqilabdan sonra yaranan Cənubi Qafqaz Cümhuriyyəti Məclisi Seym, daha çox gürcü və erməni mənafelərini qoruyan bir təşkilat durumundaydı. Seym Məclisində önəmli vəzifələr gürcü və ermənilərə verilmişdi, Azərbaycanlı türklərə isə yalnızca sosial yardım məsələləri ilə əlaqəli sahələr saxlanmışdı. Bundan başqa Birinci dünya müharibəsində türklərin müttəfiqi Almaniya, Qafqaz məsələsində Osmanlı dövləti ilə fərqli bir mənafe toqquşmasına girmişdi. Qafqazın zənginliklərini ələ keçirmək istəyən Almaniya, xüsusilə Bakı neftində söz sahibi olmağı hədəfə alırdı. Bu mülahizələrlə almanların dəstəyini təmin edən gürcülər 26 mayda Cənubi Qafqaz Cümhuriyyətindən ayrılaraq, müstəqilliyini elan etmişdilər.

Osmanlı dövləti Gürcüstan, Ermənistan və Azərbaycan ilə ayrı-ayrı dostluq və əməkdaşlıq müqavilələri imzalamaq üçün çalışırdı. Türkiyə Ardı »

"Azərbaycan Demokratik Respublikası"Məhəmməd Əmin Rəsulzadə İranda

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də Ardı »

"Azərbaycan Demokratik Respublikası"İsmayıl xan Ziyadxanov

Həyatı[redaktə]
İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb.

İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətliamlara məruz qalan azərbaycanlıların acısını dərindən duyaraq siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları Ardı »

"Azərbaycan Demokratik Respublikası"Əsədulla Əhmədov

Həyatı[redaktə]
Əsədulla Əhmədov Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən Cümhuriyyət Parlamentinə seçilmişdi. Bundan əvvəl Bakı şəhər dumasının üzvü olmuş, geniş xeyriyyəçilik işi aparmışdır.

Əsədulla Əhmədov Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk iclasında 11 nəfərdən ibarət idarə heyətinə üzvlərdən biri seçilmişdir. O "Nəşri-maarif" cəmiyyətinin təsisçilərindən biri, Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü idi. Parlamentdə əvvəlcə "bitərəflər" fraksiyasının üzvü olan əsədulla Əhmədov 1919-cu ilin oktyabrında bu fraksiyada baş vermiş parçalanmadan sonra bir neçə bitərəflə birlikdə "Müsavat" fraksiyasına keçmişdir. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Məhəmməd Əmin Rəsulzadə Siyasi fəaliyyəti

"Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar.[1] Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin Ardı »

"Azərbaycan Demokratik Respublikası"Gəncə hərbi məktəbi

Gəncə hərbi məktəbi (Gəncə podpraporşiklər məktəbi) - Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli hərbi kadrlar hazırlayan təhsil müəssisəsi.

1918-ci ilin iyununda Gəncədə fəaliyyətə başlamışdı. Hələ 1918-ci ilin əvvəllərində Müsəlman korpusunun komandanlığı Bakıda hərbi məktəb açmağı planlaşdırmışdı. Korpusun komandiri general Əliağa Şıxlinski və qərargah rəisi polkovnik Menşukov 1918-ci il fevralm 6-da Qafqaz cəbhəsi qoşunlarmm Baş komandanma göndərdikləri raportda 1-ci müsəlman diviziyasının nəzdində Bakıda hərbi məktəbin açılmasına razılıq verilməsini xahiş etmişdilər. Məktəbdə, əsasən, 18-25 yaşlı müsəlmanlar, həmçinin Cənubi Qafqazda yaşayan ruslar təhsil ala bilərdilər. Hərbi məktəb 100 nəfər yunker üçün nəzərdə tutulmuşdu. Məktəbin təşkilati işləri Tiflisdə aparıldıqdan sonra Bakıya köçürülməsi qərara alınmışdı. 1918-ci il martın Ardı »

"Azərbaycan Demokratik Respublikası"Türk ordusunun çəkilməsi

Bakıda olan türk hərbi birləşmələri şəhərin ətrafındakı münasib yerlərdə və sanki şəhəri mühasirəyə almış kimi yerləşmişdi. Bu vəziyyət, ingilisləri şübhələndirdi və türk hərbi birliklərinin geri çəkilməsinin nə üçün gecikdiyini soruşdular. "Yolların dağılması səbəbindən geri çəkilmə işlərinin mümkün olmadığı" cavabını aldılar. Alınan qərara görə, ilk olaraq 106-cı Qafqaz alayı 19 noyabr 1918-ci il tarixində birbaşa Qarsa getmək üçün Biləcəridən qatarla yola çıxacaqdı. 13-cü Qafqaz Alayı isə Puta stansiyasından qatarla Gəncə istiqamətində yola düşəcəkdi.

Bakıda bu hadisələr cərəyan edərkən, zabit, çavuş və sıravilərdən arzu edənlərin Azərbaycan ordusu sıralarında xidmətə keçməsi ilə əlaqədar Hərbiyə Nazirliyinin 27 oktyabr 1918-ci il tarixli qərarı, 23 noyabrda verilən yeni Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan hökumətinin tərkibi - 06.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən sonra

Nazirlər Şurasının sədri – F.Xoyski (bitərəf).
Ticarət, sənaye və daxili işlər naziri – B.CavanĢir (bitərəf).
Xarici işlər naziri – Ə.M.Topcubaşov (bitərəf).
Maliyyə naziri – M.H.Hacınski (müsavat).
Xalq maarifi naziri – N.Yusifbəyli (müsavat).
Yollar naziri – X.Xasməmmədov (bitərəf)
Əkinçilik naziri – X.Sultanov (müsavat).
Xalq səhiyyəsi naziri – X.Rəfibəyli (bitərəf)
Poçt-teleqraf naziri – A.Aşurov (bitərəf)
Sosial təminat və dini etiqad naziri – M.Rəfiyev (müsavat)
Hərbi işlər üzrə müvəkkil – G.Ziyadxan (bitərəf)
Dövlət müfəttişi – Ə.Əmircanov (bitərəf). Ardı »