Azərbaycanın müharibələri → Yevgeni Karlov
Həyatı[redaktə]
1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y.Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır. Öz peşəsinin vurğunu olan Yevgeni Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxt burada xidmət etməyi qərara almışdır. O, əvvəlcə Səngəçalda, sonra isə Bakıdakı "N" saylı hərbi hissədə təlimatçı pilot işləmişdir
Döyüşlərdə iştirakı
Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. Ardı »