"Azərbaycan Demokratik Respublikası" → Bakı ətrafının düşməndən təmizlənməsi
Birinci Bakı hücumunun uğursuzluqla başa çatması nəticəsində Türk ordusu 5 avqustda geri çəkilmişdi. Bakını müdafiə edən birləşmiş qüvvələr 6 avqustda Türk ordusuna özünə gəlməyə imkan verməmək məqsədilə əks-hücuma keçmişdi. Türk ordusu bu hücumu dəf etmiş, üstəlik bir az da sursat ələ keçirmişdi. Birləşmiş qüvvələr o tarixdən etibarən kiçik çaplı çarpışmalara keçdilər. Ancaq yenə də əsasən müdafiədə qalmağa üstünlük verirdilər. İngilislərin də türklərə qarşı ediləcək hücumda uğur qazanmayacaqları aydın idi. Buna görə də Bakıda olan rus, erməni və ingilis birləşmiş orduları bütün qüvvələrini şəhərin müdafiəsinə yönəltmişdilər. Türklər ikinci bir həmlə edəcəkləri halda, bu həmlənin qarşısı alındıqdan sonra, əks-hücuma keçilməsi və türk qüvvələrinin Ardı »