Ümumi → Atropatena-Parfiya münasibətləri
Selevkilərlə çoxdan mübarizə aparan parfiyalılar e.ə. II əsrin 50-ci illərinin ortalarına yaxın geniş istila yoluna çıxıb, sanballı siyasi qüvvəyə çevrilirlər. Tezliklə (ehtimal ki, 148-147-ci illərdə) Parfiya çarı I Mitridat Selevkilərin basqınlarından müsibətlər çəkmiş Madanı işğal edir. Madanın işğalı o dərəcədə mühüm bir hadisə idi ki, bundan sonra I Mitridat "Böyük çar" titulunu qəbul etdi.
Madanın işğalı parfiyalıların üzünə Mesopotamiyanın yolunu açdı və e.ə. 141-ci ildə Mesopotamiya fəth edildi. Sonra varlı Elimaida da işğal olundu.
Bəzi tədqiqatçılar belə güman edirlər ki, parfiyalılar Aşağı Madadan sonra Mada-Atropatenanı da işğal etmişdilər, lakin mənbələrdə buna sübut-dəlil yoxdur. Selevkilərə düşmən olan, Hellinizm naminə nə varsa hamısına qarşı, Şərq Ardı »