Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Malavi mahalları

Mərkəz bölgəsinin mahalları:

1 Dedza mahalı
2 Dowa mahalı
3 Kasungu mahalı
4 Lilongwe mahalı
5 Mchinji mahalı
6 Nkhotakota mahalı
7 Ntcheu mahalı
8 Ntchisi mahalı
9 Salima mahalı
Şimal bölgəsinin mahalları:

10 Chitipa mahalı
11 Karonga mahalı
12 Likoma mahalı
13 Mzimba mahalı
14 Nkhata Bay mahalı
15 Rumphi mahalı
Cənub bölgəsinin mahalları:

16 Balaka mahalı
17 Blantyre mahalı
18 Chikwawa mahalı
19 Chiradzulu mahalı
20 Machinga mahalı
21 Mangochi mahalı
22 Mulanje mahalı
23 Mwanza mahalı
24 Nsanje mahalı
25 Thyolo mahalı
26 Phalombe mahalı
27 Zomba mahalı
28 Neno mahalı Ardı »

Ümumi → Xəlvətilik və Səfəvilik təriqətləri arasında münasibətlər

Şeyx İbrahim Gilanidən sonra onun davamçıları tərəfindən xəlvətilik və səfəvilik təriqətləri kimi tanınan Azərbaycan mənşəli iki böyük təsəvvüf məktəbi qurulmuşdur. Səfəvilik təriqəti Azərbaycandan sonra ən geniş şəkildə Anadoluda yayılmışdır. XV əsrdə Anadoluda səfəvilikdən bayramilik, bayramilikdən şəmsilik, məlamilik və daha sonra cəlvətilik təriqətləri çıxmışdır.

Səfəviliklə eyni silsilə və əsaslara sahib olan xəlvətilik təriqətinin Şirvanşahlar dövləti və cəmiyyəti tərəfindən rəğbətlə qarşılanmasının səbəbləri öz-özünə ortaya çıxır. Şeyx Cüneydin şəxsində siyasi bir şəxsiyyətə qovuşan səfəvilik Şirvanşahlar dövləti üçün təhlükə olmağa başlayan kimi ,eyni motivləri daşıyan xəlvətilik təriqəti əhəmiyyət qazanmış oldu. Yəni, o dövrdə şiəliyə meylli fəaliyyətlərin önünə keçmənin yənə onların metodu ilə ola biləcəyi düşünülməyə başlandı. Ardı »

Ümumi → Yasavul

Yasavul- mənşəcə monqol "yasa" – "qanun-qayda" sözündəndir.[Mənbə göstərin] Yasavullar şahın olduğu yerdə qayda yaradırdılar. Yasavullar "yalnız möhtərəm əmirlərin oğlanlarından ola bilərdi və köhnə vaxtlarda onların sayı 8, yaxud 9-dan çox deyildi. Şah Yığıncaqlarında (məclis-i xass) onlar eşikağasıbaşının yerinə xidmət edirdilər. Açıq yığıncaqlarda isə şahın qarşısında dayanırdılar. Halbuki məclisə eşikağasıbaşı xidmət edirdi. Yasavullar onların məvacibini və qulluq yerini təsdiq edən yüksək divanın eşikağasıbaşısının tabeliyində idilər".

Yasavul-Rusiyada Kazak alayında hərbi rütbə idi. Ardı »

Ümumi → Məhəmmədalı bəy Qazılı

Həyatı[redaktə]
Məhəmmədalı bəy Qazılı 1828-ci ildə Seyidli oymağında anadan olmuşdur. O, Seyidli oymağının Qazılılar nəslindəndir. Atasının adı Hüseyn bəydir. Hüseyn bəy zəmanəsinin hörmətli, müdrik bəylərindən sayılmış, 1842-ci ildə Seyidli oymağında vəfat etmişdir. Ailənin kiçik övladı olan Məhəmmədalı bəyin özündən yaşca böyük Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy adlı üç qardaşı olmuşdur.

Məhəmmədalı bəyin adı Azərbaycanın, o cümlədən Qarabağın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış şəxsiyyətlər sırasındadır. O, xüsusi mədrəsə təhsili almış, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy adı ilə tanınmışdır. Məhəmmədalı bəy yaddaşlarda Qarabağın müdrik, savadlı, səxavətli, qoçaq, qeyrətli bəyi kimi xatırlanır. O, həyatı boyu ağıllı məsləhətləri, xeyirxah əməlləri ilə tanınmış, Ardı »

Ümumi → Yelizavetpol quberniyası - Seçki

Hökumət I Dumanı qovaraq, II Dumaya seçkilər elan etdi. Seçkilər 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Seçkilərdən bir qədər evvəl Partiyasız müsəlman bloku meydana çıxdi. Bakı ərazisində seçkilərin gedişində sosial-demokrat bloku, daşnak və eserçi "Torpaq və azadliq" kedetçilər və partiyasız müsəlman bloku arasında mübarizə gedirdi. Yelizavetpol quberniyasında seçki kampaniyasının gedişini yuxarı sosial təbəqələrin nümayəndələri müəyyənləşdirirdilər. Seçkilər nəticəsində Fətəli İskəndər oglu Xoyski, İsmayil Zeynalabdin oglu Tagiyev, Məhəmməd aga Məhəmmədtagi suıtan oglu Şahtaxtinski, Mustafa Hacı Musa oglu Mahmudov, Mahmudtağı Mahmudov, Zeynal Eynal oglu Zeynalov Azərbaycandan II Dövlət Dumasına deputat seçildilər. Ardı »

Ümumi → Azərbaycanda eneolit dövrü

Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, mis-daş dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos" -yunanca mis deməkdir) də işlədilir. Eneolit, bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsidir. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk Ardı »

Ümumi → Həsənlu

Güney Azərbaycanda, Urmiya gölünün Cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Vadiyə giriş çətindir. Sanki hər tərəfdən əhatələnmişdir; o Qərbdən Zaqroş dağları, Cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq Qərbdən, Kəlyaşin və Rəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür. Ziviyə tapıntıları skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan vermişdir.

1956-cı ildən etibarən burada R.Daysonun rəhbərliyi altında Amerika arxeoloji cəmiyyəti İran arxeoloji idarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənli rayonu e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859-824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni Ardı »

Ümumi → Qarabağ atlı alayının quruluşu 1829

1829-cu ildə:

1-ci yüzlük
Sultan: Fərəculla bəy Uğurlubəyov
Naib: Cəfər bəy Hacıbəyov
Vəkillər: Bəndəli bəy Kərim bəy oğlu, Hüseyn bəy Köçərlinski
Kolanı mahalından-30 nəfər, Dizaq mahalından-50 nəfər, Zərgər-Dilağarda camaatından-20 nəfər.
2-ci yüzlük
Sultan: Əli ağa Adıgözəlov
Naib: Salah bəy Mirzə Məhəmmədqulu bəy oğlu (Salah bəy Salahbəyov)
Vəkillər: Mehrəlii ağa Məhəmməd ağa oğlu, Həşim bəy Teymurxan bəy oğlu (Həşim bəy Teymurxanov)
İyirmidörd mahalından -50 nəfər, Otuziki mahalından-50 nəfər.
3-cü yüzlük
Sultan: Sadıq bəy Cavanşir
Naib: Camalxan bəy Hüseynbəyov
Vəkillər: Fərhad bəy Məlikaslanov, Behbud bəy İsmayıl bəy oğlu
Zəngəzur mahalından 100 nəfər.
4-cü yüzlük
Sultan:Adıgözəl bəy Təklə
Naib: praporşik Ağa bəy Rüstəmbəyov
Vəkillər: Həsənqulu bəy Sultanov, Atakişi bəy Sultanov
Kəbirli mahalından-30 nəfər, Cavanşir-Dizaq mahalından -30 nəfər, Dəmirçihəsənli mahalından -40 nəfər.
5-ci yüzlük
Sultan: podporuçik Manas Ardı »