Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiAzərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2010)

Seçkilər[redaktə]
Milli Məclisin 4-cü çağırışının seçkiləri 7 noyabr tarixində keçirildi. Seçkilərdən əvvəl Milli Məclisin 3-cü çağırışının 25 deputatı yeni seçkilərdə iştirak etməyəcəklərini bildirmişdilər. Seçkilər xarici nəzarətçilər tərəfindən nəzarət edilirdi. Seçkilərin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası səsvermədə üstünlük qazanaraq 125 mandatdan 72-sini qazandı. Qalan mandatlardan 41-ini partiyasız namizədlər, 3-ünü Vətəndaş Həmrəyliyi Partiyası, 2-sini isə Ana Vətən Partiyası qazandı. Daha 7 partiya isə hərəyə 1 mandatla qazandı. Ardı »

ÜmumiMannada Metalişləmə

Qədim sənətkarlar əsasən, təbii ehtiyatların onlara verdiyi imkanlardan faydalanmışlar. Puluadi əyaləti ilə yaxın qonşuluqda yerləşən Mərlik tapıntıları onların metal məmulatı istehsalında necə bir sənətkarlıq və məharətə nail olduqlarını göstərir. Aşşur hökmdarları göstərilən ərazilərdən metallarla yanaşı, onlardan hazırlanmış əşyaları da ələ keçirir va ya xərac kimi alırdılar. II Aşşurnasirapal Zamualı Amekanın "çoxlu əşyalar, mis səhənglər, mis kasalar, mis məcməyilər, onun sarayının xəzinəsini, toplanmış varidatını ələ keçirdiyi barədə məlumat verir. III Salmanasar Gilzandan bac kimi gümüş, qızıl, qurğuşun, həmçinin mis qablar alır. V Şamşi-Adad Gizilbundada gümüş qablar, əla qızıl və mis ələ keçirir.

Həsənlu, Mərlik, Ziviyə və Naxçıvan zonasında aparılmış qazıntılar nəticəsində əldə edilən Ardı »

Ümumiİstanbulda təyyarə qəzası (12 avqust 2010)

Bakı-İstanbul reysində uçuşlar həyata keçirən və AZAL-a məxsus olan Airbus A319 tipli 075 səfər sayılı təyyarə 12 avqust 2010-cu ildə 10:38 radələrində Atatürk hava limanında qəzaya uğrayıb. Təyyarə yenidən bərpa edilərək uzadılan 05-23 uçuş-enmə zolağına endikdən sonra zolaqdan çıxmışdır. Qısa olduğu üçün zolaqdan təyyarələrin çıxması ilə məşhur olan bu uçuş-enmə zolağı 2010-cu ilin martında istifadəsi dayandırılaraq 250 m uzadılmışdı. Təyyarədə ikisi körpə 121 sərnişin və ikisi pilot 7 ekipaj üzvü olmuşdur.

Yerə enərkən ön şassilərində problem əmələ gəlib və təyyarə uçuş zolağından çıxaraq torpaq zəminə girib. Torpaq üzərində təxminən 10 metr irəliləyən təyyarənin ön dayaqları qırılınca uçaq burnu üstə yerə dirənib. Bundan Ardı »

ÜmumiƏmir Teymurun Toxtamış xanla müharibəsi

Əmir Teymurun Toxtamış xanla müharibəsi (1380 - 1390) – rus knyazlıqları üzərində monqol təsirinin azaldılmasında mühüm yeri olan XIV əsr hərbi münaqişəsi. Döyüş əməliyatları Mərkəzi Asiya, Qafqaz və Volqaboyunda aparılırdı.
Ön şərtlər[redaktə]
1359-1380 illər ərzində Qızıl Orda taxtı 25 xan dəyişdi, xanlığın bir çox əyaləti mərkəzi hakimiyəti tanımırdı. 1370 ildə Sırdərya ulusundan olan Urus xan yüksəldi. Bu vaxt ərzində Çığatay ulusunda hakimiyətə gəlmiş əmir Teymur Urus xanın güclənməsindən ehtiyat edərək onun rəqibi Toxtamışı dəstəklədi. Urus bir neçə dəfə Toxtamışı məğlub etsə də, Toxtamış hər dəfə, yenə ona qoşun verərək yola salan Teymurun yanına qaçdı.

Lakin Urus qəflətən ölür və Kulikovo döyüşündən sonra Teymurun yardımı Ardı »

ÜmumiMinsk metrosunda terror aktı (11 aprel 2011)

Minsk metrosunda terror aktı 11 aprel 2011-ci ildə, axşam saatlarında metronun "Oktyabrskaya" stansiyasında baş verib. Bu terror aktı 12 nəfərin həyatına son qoyub, 160 insan xəsarət alıb. Bu həm də Minsk metropolitenində ilk böyük faciədir. Ardı »

Ümumi1967 Avroviziya Mahnı Müsabiqəsi

1967 Avroviziya Mahnı Müsabiqəsi — 8 aprel 1967 -ci ildə Vyana-Großen Festsaal der Wiener Hofburg'da təşkil olunmuşdur. Bundan əvvəlki il Avstriya təmsilçisi Udo Jürgens qalib gəldiyi üçün müsabiqə Avstriyada keçirilmişdir. Müsabiqədə 17 ölkə iştirak etmişdir. Böyük bir fərqlə müsabiqəni Sandie Shaw Böyük Britaniya adına qalib gəlmişdir. Müsabiqənin aparıcısı Erika Vaal olmuşdur. Ölkələr xallarını verdikləri vaxtda müsabiqənin aparıcısı verilən bir xallardan başı qarışmışdır və axırıncı ölkənin xallarını açıqlamadan Böyük Britaniyanın qalib gəldiyini bildirmişdir.
Amma bunun səsverməyə heç bir təsiri olmamışdır. Çünki onsuz da Böyük Britaniya böyük bir fərqlə qalib gəlmişdir.
İştirak edən ölkələr[redaktə]
Danimarka o il müsabiqədə iştirakdan imtina etmişdir və bir daha 1978-ci ildə Ardı »

ÜmumiAtropatena-Parfiya münasibətləri

Selevkilərlə çoxdan mübarizə aparan parfiyalılar e.ə. II əsrin 50-ci illərinin ortalarına yaxın geniş istila yoluna çıxıb, sanballı siyasi qüvvəyə çevrilirlər. Tezliklə (ehtimal ki, 148-147-ci illərdə) Parfiya çarı I Mitridat Selevkilərin basqınlarından müsibətlər çəkmiş Madanı işğal edir. Madanın işğalı o dərəcədə mühüm bir hadisə idi ki, bundan sonra I Mitridat "Böyük çar" titulunu qəbul etdi.

Madanın işğalı parfiyalıların üzünə Mesopotamiyanın yolunu açdı və e.ə. 141-ci ildə Mesopotamiya fəth edildi. Sonra varlı Elimaida da işğal olundu.

Bəzi tədqiqatçılar belə güman edirlər ki, parfiyalılar Aşağı Madadan sonra Mada-Atropatenanı da işğal etmişdilər, lakin mənbələrdə buna sübut-dəlil yoxdur. Selevkilərə düşmən olan, Hellinizm naminə nə varsa hamısına qarşı, Şərq Ardı »

Ümumi359-cu ildə Azərbaycan - Amid döyüşü

Amid döyüşü
Vikipediya, açıq ensiklopediya
Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Nəticədə Albaniyanın işğal olunmuş Arsak, Marlar ölkəsi (Naxçıvan) və Kaspiana vilayətləri geri alındı. II Şapur 359-cu ildə Romaya yürüş təşkil etdi. 359-cu ildə Amid yaxınlığında döyüş başlandı. Döyüşdə əsl Azərbaycan dövləti olan Albaniya hökmdarı Urnayr döyüşdə Sasanilər tərəfində çıxış edirdi. Sasani qoşunları Ağrıdağ vilayətini tutdular. Amid döyüşü II Şapurun qələbəsi ilə başa çatdı. Sasani şahı II Şapur xristian dininə qarşı təqibi gücləndirdi. Ardı »