Ümumi → Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — Dünya azərbaycanlılarının ilk Qurultayıdır.
"Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.
Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.
İştirakçılar[redaktə]
Dünya azərbaycanlılarının I qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir.Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ,Türkiyə,Rusiya,Böyük Britaniya,Kanada,Almaniya Fransa,Gürcüstan,Avstriya,Rumıniya,İsveçrə,Avstraliya,Özbəkistan,Ukrayna,Estoniya,Latviya,Moldova,Qazaxıstan,Danimarka,Hollandiya,Finlandiya,Belarus,İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan,elm,təhsil,mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və Ardı »