Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiGərni qalası

Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ kənarında Gög dağının ətəyində Ellər (12.10.1961-dən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-dən Qarni) kəndində qədim türk qalası. Qar-qar\Gər-gər\Her-her türk tayfasının adını daşıyan bu qala eramızdan iki min il əvvəl Gögqan tərəfindən tikilmiş, onun adını daşımış, sonrakı adını isə Göganın da mənsub olduğu Qar-qarlardan almışdır. Bəzi mənbələrdə onun e.ə. 2-3-cü əsrlərində inşa olunduğu göstərilir. Uzunluğu 314 m. olan qala divarları qalanın şimal tərəfini və şərq tərəfinin yarısını tutur. Şimal divarında bir-birindən 10-12 m. aralı 10 bürc, şərq divarında isə bir-birindən 25 m. aralı 4 bürc var. Əraziyə ilk ermənilər 1828-1829-cu lllərdə İrandan köçürülüb. Bu məqalənin azərbaycan Ardı »

ÜmumiQanlı Bakı ( film, 1994)

Məzmun[redaktə]
Film 1990-cı ildə Bakı şəhərində baş vermiş qanlı yanvar hadisələrindən bəhs edir. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları qanunsuz olaraq Bakı şəhərinə yeridildi. Şəhərin yüzlərlə dinc əhalisi odlu silahdan, zirehli texnikadan açılan atəşlərə məruz qaldılar. O günlər yüzlərlə günahsız insanlar şəhid oldular. Həmin gün 20 yanvar hadisəsi SSRİ rəhbərlərinin şovinist maskalarını açıb ifşa etməklə yanaşı, Azərbaycan tarixini ən parlaq səhifələrindən biri oldu. 20 yanvar Azərbaycan xalqının azadlığa, müstəqilliyə doğru ən böyük addımlarından biri idi. Nə qədər ki, Azərbaycan dövləti azaddır, müstəqildir, bir o qədər də şəhidlərimizin ruhu şad olacaqdır.
Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
Ssenari müəllifi : Sadıq Elcanlı
Rejissor : Aydın Dadaşov
Operator : Ardı »

ÜmumiXəmsə (Qarabağ)

Xəmsə (erm. Խամսա) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş əksərən erməni məsihi məlikliyin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. Həmin məlikliklər bunlar idi:

Dizaq
Vərəndə
Çiləbörd
Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur)
Xaçın
1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Şəmun İrəvaninin «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir. Ardı »

ÜmumiNardaran qalası

Nardaran qalası — Nardaranın şimal-qərbində orta əsrlərə aid (XIV əsr) ağ daşdan tikilmiş istehkam tipli dəyirmi qala. Memarı Mahmud Səd oğlu olan qalanın hündürlüyü 12,5 metrdir. Qalanın üstündəki kitabədən aydın olur ki o, 1301-ci ildə tikilmişdir Ardı »

ÜmumiTuti (jurnal)

Haqqında[redaktə]
"Tuti" jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. Jurnalın ilk nömrəsi 1914-cü il 27 dekabrda, sonuncu nömrəsi 1917-ci il 29 iyunda (cəmi 112 nömrə) buraxılmışdır. "Tuti" jurnalının redaktoru C.Bünyadzadə, naşiri və sahibi Tağı Nağıyev idi. Jurnalda ictimai-siyasi mövzularda, maarif, ədəbiyyat, incəsənət məsələlərinə dair, əsasən, xırda islahatçılıq, bəzən demokratik ruhda yazılar dərc olunurdu. "Tuti"də mütləqiyyət quruluşuna, müstəmləkə siyasətinə qarşı kəskin çıxışlar da olurdu. Senzuranın təzyiqi bəzən səhifələrin ağ qalması ilə nəticələnirdi. C.Məmmədquluzadə bu jurnalda "Dəmdəməki", "Molla Həsrətalı", "Dərdmənd", "Fəhlə", "Hərdəmxəyal" imzaları ilə yazılar dərc etdirirdi. Jurnalda M.S.Ordubadi, S.Hüseyn, Ə.Şəmsizadə, Ə.Nəzmi, S.Mənsur, Y.V.Çəmənzəminli, C.Cabbarlı və b. fəal iştirak edirdilər. Ardı »

ÜmumiHaram qalası

Qala İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan və təbii cəhətdən son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlər bu qalaya "Qırxotaq" və ya "Qırxqız" qəsri də deyirlər. Kirəc məhlulundan istifadə etməklə tikilən bu abidə olduqca yaxşı mühafizə olunub. Müəyyən hissələrini nəzərə almasaq abidənin divarları bütünlüklə salamat qalıb. Abidə "Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı 40-dan çoxdur. İri dəhliz yerləri aydın görünür. Rəvayətə görə Şirvan xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmış və onların bir – birindən xəbəri olmazmış. Belə fikir yürüdülür ki, "Haram qalası" doğurdan həm də hərəm qalası olub. Qalaya Sulut kəndinə Ardı »

ÜmumiFutbol üzrə Azərbaycan çempionatı 2011/2012

1992-ci ildən bəri fəaliyyətə başlayan (Unibankın sponsorluq etdiyi) Azərbaycan Premyer Liqasının artıq XX mövsümüdür. Neftçi Bakı çempionluğu qorumaqla növbəti dəfə bu uğura sahib oldu. Ardı »

ÜmumiAbdal yurdu

Orta çağda Qarabağda Abdal adlı üç yurd yerı vardı. Bunlardan biri Dizaq nahiyəsinda, indiki Cəbrayıl rayonunun Yuxarı Xələfli kəndinin yerində, ikincisi və üçüncüsü Vərəndə nahiyəsində yerləşirdi. İkinci Abdal yurdu hazırkı Ağdam rayonunun Abdal kəndidir. Ücüncü Abdal yurdu isə Günümüzdəki Füzuli rayonunda yerləşən Qacar kəndinin bir məhəlləsi idi. Maraqlıdır ki, Qacar elinin böyük qollarından biri Abdallı adlanırdı. Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür.

Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır. Abdal tayfasının başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və Ardı »