Ginekoloq Meslehetleri → Dölün ürək döyüntüləri
Dölün ürək döyünməsi onun normal inkişafının əsas göstəricilərindən biridir. Dölün vəziyyətində hər hansı mənfi dəyişiklik baş verdikdə onun ürək döyünməsində də dərhal dəyişikliklər baş verir.
Məhz bu səbəbdən həkimlər bütün hamiləlik zamanı və xüsusilə də doğuşda dölün ürək döyünməsinə xüsusi nəzarət edir.
Hamiləliyin əvvəlində dölün ürək döyünməsi USM vasitəsilə qiymətləndirilir. Hamiləliyin təxminən 18-ci-20-ci həftələrində ginekoloq xüsusi stetoskop (ağacdan, plastikdən və ya alümindən olan enli qıflı borucuq) vasitəsilə dölün ürək döyünməsini eşidir və qiymətləndirir.
Hər baxış zamanı ginekoloq mütləq dölün nəbzini yoxlayır.
Döldə ürəyin inkişafı çox mürəkkəb prosesdir. Ürəyin təməli hamiləliyin 4-cü həftəliyinə kimi qoyulur. Təxminən 5-ci həftəsində ilk urək yığılmaları əmələ gəlir və hamiləliyin 8-ci-9-cu Ardı »