Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ginekoloq MeslehetleriCinsi yolla yoluxan infeksiyalar — SİYAHI...

Seksuallıq insan kimi malik olduğunuz dərin pərəstişi təlqin edən fiziki qüvvət Nigahda olduqda, məhəbbəti izhar etmək, yeni həyatı qurmaq və nəsli davam etdirmək vasitəsidir. Nigahdan kənarda, məhəbbətə, həyata, uşaq doğuşuna dağıdıcı təsir edir. Düşünülməmiş seksual fəallıq əslində fiziki həyata və reproduksiyaya təhlükə yaradan üsullardan biri kimi cinsi yolla yoluxan infeksiyaların (CYYİ) yayılmasına səbəb olur.
Qırx il bundan əvvəl CYYİ və ya zöhrəvi xəstəliklər az və ən çox yayılmış xəstəliklər sifilis, süzənək idi. Hər iki xəstə fahişələr arasında rast gəlinirdi. İndi isə az məlum olan xəstəliklər təhlükəli hala çevrilmişdir. Faciəli olsa da, əhalinin başqa qruplarına nisbətən yeniyetmələr arasında daha çox yayılıb. Ümumdünya Səhiyyə Ardı »

Ginekoloq MeslehetleriHamiləlik dövründə qadınları maraqlandıran 8 vacib sual

İlk dəfə valideyin olanlar hamiləlik dövründə 8 vacib məsələyə diqqət yetirməlidirlər.Bu sual və məsələlərə ultrasəs müayinəsi uşaq üçün zərərlidirmi, avtomobildə olarkən (avtomobildə uzaq səfərdə olarkən) nələrə diqqət yetirmək lazımdır, hansı qidaları qəbul etmək olar, hamiləlik dövründə hansı narahatlıqlar gözlənilir, çoxlu miqdarda qida qəbul etmək lazımdırmı, çatlar mütləq olmalıdırmı, doğulacaq körpə nə vaxt hərəkət edəcək, doğumun başladığını haradan və necə anlamaq olar və s. suallar aiddir.

Bunları bilməklə hamilə olan xanımlar yalnız bədəninə deyil eyni zamanda gündəlik həyatda baş verən hadisələrə olan münasibətini dəyişəcəklər. Başqa sözlə ifadə etsək bununla birlikdə hamiləlik və doğum ilə əlaqədar onları düşündürən Ardı »

Ginekoloq MeslehetleriSonsuzluq..

Ana olmaq hər bir qadının arzusudur. Təəssüf ki, nikahların ümumi sayında sonsuz nikahların nisbi miqdarının artması ilbəil müşahidə olunur. Bu problemin bir neçə tərkib hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul edilmişdir ki, sonsuzluğun kişilərlə və qadınlarla əlaqədar səbəblərinin nisbəti təxminən eynidir və buna görə də ər və arvadın hər ikisi müayinə olunmalıdır.

Sonsuzluğa gətirib çıxara biləcək amilləri aradan qaldırmağa imkan verən profilaktik tədbirlər çox böyük əhəmiyyət kəsb edir. Sirr deyil ki, hamiləlik prosesinin süni pozulması bu günə qədər doğumun tənzimlənməsinin əsas vasitəsi olaraq qalır. Bu məsələyə məsuliyyətlə yanaşmaq lazımdır.

sonsuzluqBəzən müraciət edilən gün hamiləlik pozulur. Bu zaman tətbiq edilən cərrahi müdaxilə üçün Ardı »

Ginekoloq MeslehetleriKlimaks (menopauza)

Klimakteriya qadınların həyatının çox böyük dövrünü əhatə edir. Qadın həyatının təqribən üçdə bir hissəsini klimakteriya vəziyyətində keçirir. Özü də bu, qadın həyatının ən yaxşı dövrünə düşür. Bu vaxt qadın peşəkar baxımdan formalaşmış, uşaqları artıq böyümüşdür, onlara daimi himayə göstərmək tələb olunmur, bir sıra başqa qayğılar da geridə qalmışdır. Lakin bu dövrdə baş verən klimakterik əlamətlər (tərləmə, nevroz və istilikgəlmə əlamətləri və s.) qadınlarda narahatlıq və diskomfort yaradır. Bəzi qadınlar bu dövrdə onların həyatında baş verən dəyişikliklərə - gecələr tərləmə, yuxunun pozulması, dərinin büzüşüb yığılması kimi əlamətlərə məhəl qoymur, bunları labüd təbii hal kimi qəbul edirlər. Bu hallarda həkimə müraciət etmək və Ardı »

Ginekoloq MeslehetleriHamilələrdə səhər ürək bulanmasının səbəbləri

Səhər ürəkbulanması nədir?

Səhər ürəkbulanması və ya hamiləlik ürəkbulanması hamilə qadınların 3/4-də rast gəlinir. Səhər ürəkbulanmasının əlamətləri intensivliyinə görə müxtəlif ola bilər, lakin, adətən ürəkbulanma və qaytarma buna aiddir.

Səhər ürəkbulanmasına nə səbəb olur?

Heç kim bilmir ki, səhər ürəkbulanmasına nə səbəb olur və bu heç də həmişə səhər baş vermir. Mütəxəssislər bir neçə faktor göstərirlər: bədəninizdə dəyişikliklərə səbəb olan oestroqenin yüksək səviyyəsindən stressli emosiyalara kimi. Bəziləri belə düşünür ki, qadınların bir çoxunda ürəkbulanmaya səbəb olan artmış qoxu hissi onların doğulmamış körpələrini təhlükə daşıyan yeməklərdən qorumaq üçün bioloji instikt səbəbindəndir.

Səhər ürəkbulanması körpəmə təsir edəcək?

Səhər ürəkbulanmasının sizi pis etməsinə Ardı »

Ginekoloq MeslehetleriSonsuzluq haqqında

1 il ərzində partnyorların qorunmasız cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmaması halına sonsuzluq (infertility) deyilir.Sonsuzluğa yol aça biləcək bir çox psixoloji ve fiziki səbəblər var.Sonsuzluq problemi olan partnyorların təxminən 85-90% ında hər hansısa bir səbəb ortaya qoyula bilir.Uyğun müalicə ilə daha əvvəl heç hamilə qalmayanlarda 50-60% ında hamiləlik meydana gəlməkdədir.Heç müalicə olunmayanların isə 15-20% ı hamilə qala bilməkdədir.

Sonsuzluq ümumi olaraq iki yerə bölünür:
(1)Birincil Sonsuzluq :daha əvvəl hamilə qalmayamlarda 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin olmaması
(2)İkincil Sonsuzluq: daha hamilə qalanlarda 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin olmaması

Bütün sonsuzluqların təxmini olaraq 30-40% kişilərdən qaynaqlanmaqdadır.Kişi sonsuzluğuna səbəb ola bilən faktorlar: Ardı »

Ginekoloq MeslehetleriUSM zamanı uşağın cinsinin təyin edilməsi

Dölün cinsinin təyin edilməsinin dəqiqliyi hamiləliyin müddətindən və bir çox hallarda USM avadanlığından (daha müasir avadanlığın imkanları, təbii ki, daha çoxdur) və həkimin təcrübəsindən və peşəkarlığından asılıdır.

Hamiləliyin 8-ci həftəsinə kimi embrionun cinsini təyin etmək mümkün deyil. Məsələ burasındadır ki, embrionun xarici cinsiyyət üzvlərinin formalaşması yalnız hamiləliyin 10-cu-12-ci həftəsində qurtarır.

Həkimlərin əksəriyyətinin fikirinə görə, dölün cinsinin təyin edilməsi yalnız hamiləliyin 15-ci həftəsindən sonra mümkün olur. Ən ideal vaxt isə hamiləliyin 21-ci-22-ci həftələri sayılır. Həkim oğlanda xayalıq və cinsiyyət üzvünü, qızlarda isə böyük cinsiyyət dodaqlarını «tapmaqla» dölün cinsini təyin edə bilir.

Bəzi hallarda uşağın cinsi səhvən təyin oluna bilər. Nadir hallarda olsa da bu Ardı »

Ginekoloq MeslehetleriHamiləlik müddətində lazer epilyasiyası zərərlidirmi?

Arzu olunmaz tüklərdən xilas olmanın ən təsirli üsullarından biri olan lazer epilyasiyası, hazırda qadınlar tərəfindən bədənin müxtəlif nahiyələrindəki arzuolunmaz tüklərin təmizlənməsi üçün ən yaxşı və ən təsirli, eyni zamanda təsiri uzun müddət davam edən üsullardan biridir. Hər zaman lazer epilyasiyasiyasının hamilə qadınların sağlamlığına təsiri varmı? Hamiləlik dövründə bu tip epilyasiya qorxuludurmu? kimi suallar yarnır. Məqaləmizdə qeyd olunan fikirlərlə tanış olaraq bu suallarınıza cavab tapa bilərsiniz.

Hamiləlikdə lazer epilyasiyası etdirmək olarmı?

Lazer epilasyasının hamiləlik dövründə etdirilməsi ilə bağlı mütəxəssislər ana namizədlərinə xəbərdarlıqlarda edirlər. Dermatoloq mütəxəssislər, hamiləlikdə lazer epilyasiya etdirməyin təhlükəli ola biləcəyini bildirir. Xüsusilə hamiləliyin ilk üç ayında anaın bu vəziyyətdə narahatlıq yaşaya biləcəyi Ardı »