Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ginekoloq MeslehetleriMenstruasiya haqqında bildiklərin nə qədər doğrudur?

Bu mövzu qadınların cavablarını bilmək istədikləri ancaq sırf streotiplərin səbəbindən soruşmağa və öyrənməyə çəkindikləri suallarla zəngindir.


İdman etmək olarmı?

Əlbəttə,həkimlər bunun qadınların bu dönəmi olduqca rahat və sağlam bir şəkildə keçirə bilmələri üçün idmanı faydalı məsləhət olaraq bildirirlər.Bu eyni zamanda ağrıların azalmasının təminatıdır.


Üzmək olarmı?

Cəmiyyətdə bu dönəmdə üzmənin kifayət qədər ziyanlı ola biləcəyi haqda şayiələr dolansa belə,tibb aləmi hələ bunun ziyan ola biləcəyi bir əsasın olmadığını iddia edir.Sadəcə bu halda tamponlardan istifadə edilməsi daha rahat olduğundan bu şəkildə özünüzü qorumağınız məsləhətdir.Narahat olmayın,üzmək sizi rahatladacaq,qanınızın pıxtalaşmasına,hər hansı bir əlavə narahatçılığa və ağrıların artmasına səbəb olmayacaq.

Gənc və bakirə qızlar tampon istifadə edə bilərmi?

Şübhəsiz ki bunu həkimə Ardı »

Ginekoloq MeslehetleriHamiləlikdən qorunma üsulları

Insanlar lazım olduqda müxtəlif üsullardan (kontraseptiv) istifadə edərək hamiləliyin qarşısını alırlar. Bunun üçün müxtəlif səbəblər, o cümlədən hamiləliyin qadının sağlamlığına zərər verməsi səbəb ola bilər. Belə məsələləri döllənmənin qarşısını alan vasitələrdən düzgün istifadə etməklə həll etmək olar.. Lakin təcrübə göstərir ki, ailələrin çoxunda (xüsusilə gənc ailələrdə) seçilmiş kontrassptiv üsulları uğurlu hesab etmək olmaz. Bunun əsas səbəbi ər-arvadın müasir kontraseptiv vasitələrin imkanlarını bilməməkləridir.Kontraseptiv vasitələrin hər hansı birinin seçilməsində ən əsas cəhət o vasitənin zərərsiz olmasında və etibarlılığında, arzu olunmayan hamiləlik qorxusunu aradan qaldıra bilməsindədir. Bu da qadının cinsi hissiyyatının artmasına səbəb olur.
Hamiləliyin qarşısını almaq üçün hazırda təbabətdə bir sıra çox Ardı »

Ginekoloq MeslehetleriAzərbaycanda bakirəliyin tibbi yolla bərpası

Bu günlərdə qəzetimizin son səhifəsində Çində bakirə qız problemi barədə bir məlumat yayımlanmışdı. Xəbərə görə, 30-a yaxın çinli iş adamı evlilik agentliyinə müraciət edərək bakirəliyi pozulmamış və ya yenidən bərpa edilməmiş qız axtardıqlarını bildiriblər. Böyük ehtimalla bunu oxuyanlar “bizdən uzaq” deyiblər. Amma təəssüflə qeyd edək ki, bizdən uzaq deyil. Azərbaycanda da bakirəlik problemi yaşanır.

Tibb çarə tapdı

İradəni (ad şərtidir-red.) 3-4 ildir tanıyırdım, bütün gəncliyi boyu istədiyi kimi yaşamışdı, hər gün bir macəra axtarışında bulanması bütün çevrəsinə məlum idi. Həmin xanım 3 il vətəndaş nikahında olduğu kişidən ayrılıb, başqa biri ilə yaşamağa başlayanda da çevrəsinin qınağına tuş gəlmişdi. İradənin davranışlarını normal hesab Ardı »

Ginekoloq MeslehetleriHamiləlik zamanı ağrılar

Hamiləlik zamanı qadınların bir çoxu ağrılarla rastlaşır. Bəzən belə ağrılar hamiləliklə, bəzən isə digər xəstəlik və pozulmalarla bağlı olur.

Adətən qarın nahiyyəsində olan ağrılar qadınları çox narahat edir. Lakin bu heç də o demək deyil ki, hamiləlik təhlükə altındadır. Belə ağrılar mədə-bağırsaq sistemində olan pozulmalarla əlaqəli ola bilər. Ümumillikdə isə hamiləlik mədə-bağırsaq orqanların fəaliyyətinə güclü təsir edir. Böyüməkdə olan uşaqlıq bağırsaqları sıxır. Hamiləliklə bağlı olan proqesteron hormonunun artması da bağırsaqların normal fəaliyyətini pozur. Məhz bu səbəbdən hamilə qadınlar tez-tez qəbizlikdən və digər həzm proseslərin (qıcqırma, meteorizm və s.) pozulmalarından əziyyət çəkir. Qəbizlik ağrılara və ağırlıq hissiyyatının əmələ gəlməsinə səbəb ola bilər. Bu Ardı »

Ginekoloq MeslehetleriDar busqalterlə yatmaq yuxunu pozur

Araşdırmalar, sinə qəfəsini və çiyinləri sıxan dar bustqalterlərin yuxunu böldüyünü təyin edib...

Yapon araşdırmaçıların gəldiyi nəticələrə görə, sinə qəfəsini və çiyinləri sıxan bir büsthalter yuxunuzu bərbad edir. Mütəxəssislər xüsusilə möhkəm paltarlar nəticəsində, artan bədən istiliyi və melatonin səviyyəsinin yuxunun ən pis 2 düşməni olduğunu ifadə edir.

Yuxunu məhv edən bir başqa faktor isə gecə 21.00 -dən sonra işlə əlaqəli edilən e-mailləşmələr və telefon danışıqlarıdır. Miçigan Universitetində edilən araşdırmalara görə, işlə əlaqədar olaraq saat 21.00 -dən sonra telefon istifadə edənlər yaxşı yatmır və ertəsi gün məhsuldar ola bilmir. Araşdırma qrupunun başında olan Russell Johnson şərhində, "Yuxu əvvəli işlə əlaqədar telefon danışıqları edənlər, e-poçt və Ardı »

Ginekoloq Meslehetleri"Xüsusi" günlər haqqında miflər

Ağıllı və oxumuş, məqsədyönlü və şən, dəli-dolu və cəsarətli müasir qızlar bir neçə il əvvəlki həmyaşıdlarının yuxusuna belə girmədiyi çətin işlərin öhdəsindən asanlıqla gəlirlər. Buna baxmayaraq onlara birbaşa aid olan bəzi şeylər haqqında məlumatları azdır. Məsələn, onlar hətta yaxın rəfiqələri ilə də “xüsusi günlər” haqqında danışmaqdan utanaraq menustrasiya haqda miflərə inanırlar. Bəs mütəxəssislər bu miflər haqda nə deyir?

Mif 1. Tamponların gündəlik istifadəsi sağlamlığınız üçün təhlükəsiz deyil

ginekoloqlar o.b. tamponlarını tövsiyə edirƏslində nüfuzlu “Uşaq və yeniyetmə ginekoloqlar birliyi” Regionlararası ictimai təşkilatı o.b tamponlarının laborator ekpertizasını keçirib və tibbi tədqiqatlarının nəticələrini açıqlayaraq təsdiq edib ki, bu müasir və etibarlı gigiyenik vasitələr menstruasiya zamanı Ardı »

Ginekoloq MeslehetleriGələcək analar üçün 7 "olmaz"

Xaricdə istirahət etmək olmaz
Әnənəvi olaraq, hesab edilir ki, hamilə qadın təyyarə ilə uçmamalı və iqlim dəyişməməlidir. Birinci bəndə gələrkən, həqiqətən də ehtiyatlı olmaq lazımdır. Lakin hamiləlik normal keçdikdə, 24‐26 həftəyə qədər təyyarə ilə rahat uçmaq olar.

Hamiləliyin sonuncu müddətlərində aviasəyahətlər artıq məsləhət deyil. Uçuş zamanı atmosfer təzyiqinin kəskin dəyişməsi baş verir. Hamilə qadın aşağı təzyiq zonasına düşərkən, vaxtından əvvəl doğuş riski əmələ gəlir. Sağlamlıq ilə əlaqədar olan əlavə problemlər vəziyyəti bir qədər də ağırlaşdırır.

Bəzi hallarda hamilələr yüksək meteohəssalığa malikdir və hətta adi hava dəyişməsinə reaksiya verir. Hamiləliyin pozulması təhlükəsi olan qadınlar daha çox hava proqnozlarına diqqət yetirməlidir. Sinoptiklər aşağı təzyiq vəd edirsə, Ardı »

Ginekoloq MeslehetleriMastopatiya və onun səbəbləri haqqında hər şey

Mastopatiya - süd vəzisində olan xoşxassəli törəmələrdir. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər olan kiçik düyünlər əmələ gəlir.
Bu düyünlər vaxtaşırı olaraq yaranır, inkişaf edir, kiçilir və yox olurlar. Bir çox hallarda həkim tərəfindən onlara “mastopatiya” diaqnozu qoyulduğunu eşidən qadınlar bu xəstəliyə elə də xüsusi diqqət yetirmirlər. Əksər qadınlar arasında bu xəstəliyə çox təsadüf edildiyindən, onu “adi” xəstəlik hesab edirlər. Bəs həqiqət necədir? Bu zaman narahat olmağa dəyərmi? Əlbəttə, dəyər! Məsələ burasındadır ki, mastopatiya fonunda süd vəzisində həm xoşxassəli, həm də bədxassəli şişlər inkişaf edə bilər. Mastopatiya ilə əsasən dölyaratma yaşında (25-45 yaş) olan qadınlar xəstələnirlər. Çox Ardı »