Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ginekoloq MeslehetleriSidikqaçırma

Menopauza zamanı hər 3 qadından biri,sonrakı dönəmdə isə hər 2 qadından biri bu vəziyyətdən əziyyət çəkir.Bu şikayətlə həkimə müraciət etmə sayı isə olduqca azdır.Bu qadınların həyat keyfiyyətini aşağı salmaqla bərabər onların gündəlik həyatında da özlərini sağlam və gümrah hiss etmələrinin qarşısını alır. Dünyanın aparıcı qadın xəstəlikləri üzrə mütəxəssis həkimləri bu halın 2 yaşdan aşağı və 85 yaşdan yuxarı bir halda sırf fizioloji bir prosesin (uşaqlıq dönəmi və yaşlılıq dönəmi halları) nəticəsi olduğundan buna yumşaq davranılmasını təklif etsələr də bu yaş aralıqlarında mütləq həkimə müraciət edilməli olduğunu bildirirlər,çünki bu bir xəstəlik olduğu üçün müalicəyə tabe edilməli və qarşısı mütləq alınmalıdır.Xəstəliyin stress Ardı »

Ginekoloq MeslehetleriSonsuzluq.

Əsrlər boyu insanlar nəsil artırmaq məqsədi ilə ailə qurublar. Ailədə varisin olmaması isə həmişə böyük bədbəxtlik kimi qəbul edilib. Qəribədir ki, min illər boyu sonsuzluqda yalnız qadın günahlandırılıb və zərif cinsin nümayəndələri həmişə sonsuzluğun əsas səbəbkarı kimi cəzalandırılıb. Əfsuslar olsun ki, indi də çoxları sonsuzluğa görə günahı yalnız qadında görürlər. Son dövrün statistikasına görə, sonsuzluqda ər və arvadın hər birinin payı təqribən 40-45% təşkil edir. Qalan 10-15%-i isə onların hər ikisinin vəziyyəti və xəstəliyi nəticəsində olur.

Hansı nikah sonsuz hesab olunur və ümumiyyətlə, buna tez-tezmi təsadüf edilir? Statistikaya görə, hazırda bütün nikahların 15%-ni sonsuzlar təşkil edir. Evləndikdən sonra hamiləliyə qarşı vasitə tətbiq Ardı »

Ginekoloq MeslehetleriSonsuzluq haqqında miflər

Statistikaya inansaq dünya əhalisinin 20%-ə yaxını bu və ya digər səbəblərə görə sonsuzluqdan əziyyət çəkirlər. Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əssasız boşanmalara və qalmaqallara rəvac verir. Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar?

1-ci mif. Sonsuzluq qadınlara xas xəstəlikdir.
Ta qədimdən formalaşmış bu fikir təəsüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz cütlüklərin ayrılamsından sonra “sonsuz” qadınların dünyaya uşaq gətirmələrinə və “problemsiz” ərlərin təkrar nikahdan belə uşağının Ardı »

Ginekoloq MeslehetleriMenopauza keçirən qadınlar, banan yeyin!!!

Bananın menopauza dövründə qadınlarda təzyiqlə bağlı yaşanan iflic riskini azaldır. Bu, Amerikada keçirilmiş araşdırma zamanı müəyyənləşib.

Qadın.az xarici mətbuata istinadən xəbərinə görə, amerikalı elm adamları 11 il ərzində 59-70 yaş arası menopauzaya girmiş 90 min 137 qadının sağlamlıq göstəricilərini araşdırıb. İştirakçıların nə qədər potasium qəbul etdiyi də incələnib.

Araşdırma zamanı banan kimi potasiumla zəngin qida yeyən qadınlarda menopauza dövründə yaşana biləcək iflic riskinin yüzdə 25 azaldığı ortaya çıxıb. Ardı »

Ginekoloq MeslehetleriMenopauza tarixdə qalacaq

Mütəxəssislərə görə doğuşla nəticələnən uğurlu yumurtalıq nəqlləri ilə qadınların yaşdan asılı olmayaraq ana ola bilinməsinin mümkünlüyü əldə olunub.Yumurtalıqdan alınan parçaların dondurulub yenidən nəql olunması ilə qadınlarda menapauza illərcə ertələnə bilər. Bu müasir həyatımızda 30 yaşlarında öz karrieralarini quran və “Uşaqmı,karrieramı?” sualı ilə üzbəüz olan qadınların beynində uğurlu bir işıq işarəsi olacağını bildirirlər.Bu eyni zamanda menapauzadan sonra qadınların üzləşdikləri ürək-damar və dayaq-hərəkət aparatı xəstəliklərinin azalacağı ümidlərini versə də,döş və uşaqlıq yolu xərçənginin arta biləcəyi riskini də özündə daşıyır.Ən əsas narahatçılıq isə artan yaş ilə bərabər qadının bu hamiləliyi necə keçirə bilməsi qorxusudur. Ardı »

Ginekoloq MeslehetleriQız uşaqlarının ginekoloji sağlamlığı

Yeni doğulmuş qız uşağında ilk növbədə xarici cinsiyyət üzvlərinin quruluşunun düzgün inkişaf edib-etməməsinə xüsusi diqqət yetirmək lazımdır. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarının üstünü tamamilə örtməli, klitorun ölçüsü böyük olmamalı və xarici müayinə zamanı nəzərə çarpmamalıdır. Böyük cinsiyyət dodaqlarını aralayan zaman sidik kanalı və uşaqlıq yolu dəliyi aydın görünməlidir. Əgər xarici cinsiyyət üzvlərinin quruluşunda hər hansı bir normadan kənar hal olmasına şübhəniz yaranarsa, qızınızı mütləq endokrinoloq və pediatra (daha yaxşı olar ki, pediatr-ginekoloqa) göstərin.

Analar qızlarının ginekoloji sağlamlığına daim diqqət yetirməli, sonralar isə qızların özünü də orqanizmlərinə qarşı diqqətli olmağa alışdırmalıdırlar. Əgər erkən yaşlarda cinsiyyət üzvləri sistemində baş verən hər hansı bir Ardı »

Ginekoloq MeslehetleriƏmizdirmə problemləri: mastit

Əmizdirmə zamanı döşdə süd qurğunluğu yarana bilər.

Bu hal laktostaz adlandırılır. Əgər qadın laktostazdan vaxtında azad olmazsa, onda mastit (döşün iltihabı) inkişaf edə bilər. Xəstəlik bədən hərarətinin 38 C və daha çox yüksəlməsi ilə müşayiət olunur, döşün müəyyən bir sahəsində ağrılı və səthində qızartı olan şişkinlik əmələ gəlir. Bir çox hallarda zədələnmiş sahədə olan ağrı gəzərkən, bədənin vəziyyətini dəyişərkən daha kəskin hiss olunaraq, ananı xeyli dərəcədə narahat edir.

Xəstəliyin müalicəsi gün ərzində xəstə döşün 3 dəfə sağılması və uşağın tez-tez əmizdirilməsindən ibarətdir. Hərarətin yüksəlməsi ana üçün dözülməz olduqda, vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün o, parasetamol (və ya parasetamol tərkibli hər hansı hərarətsalan dərman) Ardı »

Ginekoloq MeslehetleriDölün boynuna göbək ciyəsinin dolanması

Bir çox hamilə qadınlar (həkimlərin müşahidələrinə görə 1/4 hissəsi) növbəti USM zamanı bu qorxulu ifadəni eşidir:

«Dölün boynuna göbək ciyəsi dolanıb». Hamilə qadınların əksəriyyəti bu xəbəbdən təşvişə düşür. Lakin əksər hallarda narahatçılıq üçün səbəb olmur. Nəzərinizə çatdıraq ki, ana bətnində olan uşaq ağciyərlərlə nəfəs almır, oksigen onun orqanizminə qanla daxil olur.

Göbək ciyəsi ana ilə dölü birləşdirən bağdır. O, birləçdirici toxumadan və 3 damardan ibarət olur — damarlardan biri oksigeni və qida maddələrini anadan dölə çatdırır, qalan 2-si isə parçalanma maddələrini döl orqanizmindən çıxardır. Daha sonra isə bu maddələr ananın orqanizmdən xaric olunur.

Hamiləliyin əvvəllərində döl dölyanı mayedə sərbəst üzür və bunun Ardı »