Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ginekoloq Meslehetleri Uşaqlıqdaxili spiralin qadın orqanizminə yan təsirləri

Ən məşhur olaraq istifadə edilən doğum idarəsi üsullarından olan "Spiral qoydurmaq" bəzi qadınlarda müxtəlif şikayətlərə səbəb ola bilər. Spiral taxdırmaq istəyənlər də bu şikayətləri eşitdiklərində narahatlığa qapıla bilirlər. İstənməyən hamiləliklərin qarşısının alınması baxımından, istifadə edilən spiral seçim edənlər yan təsirlərinin olub olmadığını təbii ki, maraq edirlər.

Görəsən spiralin yan təsirləri varmı?

Təsirli bir doğum idarə üsullarından biri olan spiralin yan təsirləri nələrdir, spiral istifadə edərkən nələrə diqqət etməlidir? Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Prof. Dr. Bülent Təraş bu sualları belə cavablayır.

Spiral ya da digər bir adı ilə "uşaqlıqdaxili vasitə" təsirli doğum idarə üsulları arasında iştirak edir. Dünya Sağlamlıq Təşkilatı, "Amerikan Ginekoloq" Ardı »

Ginekoloq MeslehetleriHamiləlik və infeksiyalar

Hamiləlik zamanı xəstələndikdə, bu nəinki hamilə qadın üçün, həm də onun gələcək övladı üçün arzuolunmaz haldır. Əgər xəstəlik infeksion mənşəli olarsa, bu hamilə qadın üçün daha təhlükəlidir. İnfeksiyanın dölə necə təsir etməsi hamiləliyin trimestrindən, ananın immun sistemindən və xəstəlik törədən mikroorqanizmin xarakterindən asılıdır.
Əgər hamiləliyin birinci trimestrində (5-6 həftə) baş veribsə, embrionun ölməsi, təbii abortla müşahidə oluna bilər. Əgər hamiləlik davam etsə, döldə orqanların çoxlu sayda inkişaf anomaliyaları meydana çıxacaq. Hamiləliyin ikinci trimestrində (2 həftədən başlayaraq) dölün orqanları formalaşdığından, infeksiya orqanlara ciddi təsir edə bilməsə də, plasentanın infeksiyalaşmasına gətirib çıxarır. Bu da vaxtından qabaq doğuşa səbəb olur. Bu zaman nə baş verir? Ardı »

Ginekoloq MeslehetleriKeysər əməliyyatı)

Keysər kəsiyi ümumi narkoz altında qarın divarı və uşaqlıqda kəsik aparılaraq dölün çıxarılmasına yönəldilən cərrahiyyə əməliyyatıdır.

Bu müdaxiləyə yalnız ananın və körpənin həyatı üçün ciddi təhlükə yaradan amillər üzündən təbii doğuşun qeyri-mümkün olduğu zaman əl atılır:

— təbii doğuşun qeyri-mümkünlüyü (dölün başı və qadının çanaq ölçülərinin uyğunsuzluğu, doğuş yollarında maneələr, şişlər, dölün alın, üz, köndələn gəlişi);

— ananı və ya körpəni xilas etmək üçün doğuşu tez bitirmək zərurəti (qanaxma, uşaqlığın cırılma təhlükəsi, dölün kəskin bətndaxili hipoksiyası (oksigen çatışmazlığı);

— hamiləliyin davamı ana və ya körpə üçün təhlükəlidirsə, onun məcburi dayandırılması (ağır nefropatiya, ciftin qanaxma ilə qismən qopması);

— qadının bəzi somatik xəstəlikləri.

Cərrahiyyə əməliyyatından qabaq gigiyenik duş Ardı »

Ginekoloq MeslehetleriMenstruasiya haqqında bilinən səhvlər

Menstruasiya dövrü ilə əlaqədar ağızdan-ağıza yayılan məlumatlar zamanla doğru kimi qəbul edilir. Lakin menstruasiya dövrləri fərqli xüsusiyyətlər daşıyan dövrdür. Menstruasiya dövrüylə əlaqədar bir çox mif vardır.

Menstruasiya dövründə idman etmək olarmı?

Menstruasiya dövründə hər cür idmanla məşğul ola bilərsiniz. Menstruasiya dövründə edilən fiziki məşqlər ağrını sakitləşdirə bilir, hətta bəzən idman uşaqlığın ağrılı sıxılmalarını belə rahatlaşdırır. Bu səbəblə menstruasiya dövründə idman etmək təhlükəli deyil.

Menstruasiya sancıları doğumdan sonra keçə bilərmi?

Bəzi qadınlarda hamiləlik və əmizdirmə əsnasında dəyişən hormonlar ucbatından menstruasiya sancıları hamiləlikdən dərhal sonrakı dövrdə azala bilər. Hamiləlik və uşağın sayı artdıqca menstruasiya sancılarının azalma ehtimalı da artır. Ancaq endometriozla bağlı menstruasiya ağrıları olan xanımlarda Ardı »

Ginekoloq MeslehetleriHamilə qadınların sualları

Çox vaxt hamilə qadınları aşağıdakı suallar narahat edir:

Gələcək uşağın nə dərəcədə sağlam olacağını əvvəlcədən müəyyən etmək olarmı?
Uşağın sağlamlığına təsir edən patologiyalar hansılardır?
Irsiyyətin nəzəri cəhətdən təyin olunması nə qədər həqiqətə uyğundur?
Bütün bu suallara tam cavab almaq üçün tibbi-genetik məsləhətdən keçmək lazımdır. Bu məsləhətin məqsədi – dünyaya yeni insan övladı gətirməyi planlaşdıran ailə üzvlərini əvvəlcədən gələcək körpənin nə dərəcədə sağlam və ya nə dərəcədə xəstə ola biləcəyini aydınlaşdırmaqdır.
Hazırda Mendel qanunları ilə nəsildən – nəslə ötürülən xəstəliklərin sayı bir neçə minə çatır. Hər il də yeni – yeni xəstəliklər kəşf olunur. Bu səbəbdən kiminsə orqanizmində bütün bu xəstəlikləri kodlaşdıran genlərin müəyyənləşdirilməsi hətta nəzəri Ardı »

Ginekoloq MeslehetleriAzərbaycanda bakirəliyin bərpası: harda, necə, neçəyə?

Azərbaycanda “bakirəlik bazarı”nın qaranlıq tərəfləri, ilginc detalları; dövlət tibb müəssisələri qorxur, özəl klinikalarda qiymət “ceyran belində”…
“İnciməyin, amma telefonunuza baxa bilərəm?” Danışığın düz ortasında, üzümə zəndlə baxandan sonra verdi bu sualı. Tez cibimdəki telefonu çıxarıb, masaya qoydum. “Lap yaxşı, elə bildim, səs yazırsız… Bir də görürsüz nazirlik adam göndərir, mediadakı mərdimazarlar gəlir. Ona görə bilmək istədim. Çox sual verdiz axı…”
“Bunu edən həkimi tutub…”
Əslində düz deyirdi. Mövzunu eninə-uzununa öyrənmək üçün “medianın mərdimazarı” kimi bol-bol sual vermişdim və müsahibimin də duyuq düşməsinə azca qalmış müzakirə qapandı. Mövzu isə bir az senzuradan kənar olsa da, Azərbaycanda bakirəliyin (qızlıq pərdəsinin) bərpası proseduru, bazarı və bu bazarın Ardı »

Ginekoloq MeslehetleriHamiləlik zamanı toksoplazmoz

Qadınların bir çox hissəsi hamiləlik zamanı toksoplazmoz kimi xəstəliklə üzləşir.
Toksoplazmoz parazitar xəstəlikdir. İnsan bu xəstəliyə heyvanlardan və həmçinin tam bişməmiş və ya qızarmamış ətdən, pis yuyulmuş və ya yuyulmamış meyvə, giləmeyvə və tərəvəzlərdən, torpaqla işlədikdə və s. yoluxa bilər.
Hamiləliyin planlaşdırılması mərhələsində qadın digər infeksiyalarla yanaşı toksoplazmoza da yoxlanılmalıdır. Bunun üçün qadın qan analizi verməlidir. Qanda bu infeksiyaya qarşı iki cür immunoqlobulinlərin (İgG və İgM) olub-olmaması təyin olunur. Bəzi hallarda analizlərin nəticələri həkimlərdə suallar yaradır və bu halda qadın müəyyən müddətdən sonra təkrar analizə göndərilir.
Təəssüflər olsun ki, qadınların əksəriyyəti infeksiyalara hamiləlikdən əvvəl yox, hamiləlik baş tutduqdan sonra yoxlanılır. Bu zaman hamilə qadın Ardı »

Ginekoloq MeslehetleriSüd vəzisində ağrılar

Döş ağrısı (mastalgiya) dedikdə süd vəzisində ağrı da daxil olmaqla istənilən diskomfort nəzərdə tutulur. Süd vəzisində olan ağrılar iki qrupa bölünür. Birinci qrupa aybaşı tsikli ilə bağlı olan döş ağrıları aid edilir. Adətən aybaşı tsiklinin ikinci hissəsində döşdə gərginlik və ağrı əmələ gəlir və tsiklin başlanğıcına yaxınlaşdıqca artır. İkinci qrup döş ağrılarının aybaşı tsikli ilə əlaqəsi yoxdur. Hər 10 qadından 7-sində həyatlarının müəyyən dövründə döş ağrıları qeyd edilir. Hər 3 haldan 2-si aybaşı tsikli ilə bağlı olur, 1-nin isə tsikllə heç bir əlaqəsi olmur.

Aybaşı tsikli ilə bağlı olan ağrılar adi hal hesab edilir və 30-50 yaş arasında olan qadınlarda daha çox Ardı »