Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxiMarşal Toyuq Kotleti

Tərkibi:

Toyuq filesi-300 q
Duru yağ-300 q
Sous üçün
Göbələk-100 q
Soğan-1 ədəd
Qoz -100 q
Qaymaq-50 q
Yumurta-2 ədəd
Suxarı
Duz, istiot

Hazırlanması:

1.Toyuq filesi açılır, döyəclənir, duzlanır, və istiotlanır.
2.Sous hazırlamaq üçün:göbələk, soğan, xırda doğranılıb yağda qovrulur, üzəriə qaymaq, xırdalanmış qoz, duz və istiot vurulub yağa düşənədək yenidən qovrulur.
3.Döyülmüş filenin üzərinə hazır sous əlavə edilib "Kiyev” kotleti kimi bükülür.
4.Yumurta çalınır, kotletlər əvvəlcə yumurtaya sonra suxarıya batırılıb duru yağda qızardılır.
5.Kotletlər süfrəyə tərəvəz salatı, düyü və ya kartofla verilə bilər.

Nuş olsun! Ardı »

Dünya mətbəxiKarri ilə xiyar şorabası

Tərkibi :
1,1-1,2 kq xiyar
4 budaq şüyüd, cəfəri
2 baş soğan
150 ml 9%-li sirkə
2 x.q. iri duz
3 x.q. şəkər tozu
2 ç.q. quru, dənəvər xardal
2 dəfnə yarpağı
1,5 x.q. karri tozu
1,5 l su
Hazırlanması :

Yaxşıca yuyulmuş 2-litrlik bankanın dibinə bir ədəd dörd yerə bölünmüş soğan, 1 ç.q. dənəvər xardal, 1 budaq şüyüd, 1 budaq cəfəri qoyun.Xiyarları yaxşıca yuyun, fal-fal (qalın) doğrayıb bankalara doldurun.Duzlu su: suyu qaynadın, qaynara düşəndə duz, şəkər tozu və karrini əlavə edin. Dəfnə yarpağı əlavə edin, daha 3 dəqiqə qaynadın. Qaynar-qaynar xiyarların üstünə tökün. Bankaların ağzına qapaq qoyub 10 dəqiqə sterilizə edin. Bağlayın, bankaları çevirin, adyala bükün, tam soyuyanadək Ardı »

Dünya mətbəxiBuğda südü

Tərkibi (4 pay):
2 x.q. buğda
2 st. qaynar su
2 x.q. bal
1 banan
1 çimdik darçın

Hazırlanması


Buğdanı həvəngdəstədə döyün. Bir termosa qoyub üzərinə qaynar su tökün. Qapağını bağlayın.
Bir gecə qaldıqdan sonra blenderdən keçirin. Bal və banan əlavə edib yenə xırdalayın.
Stəkanlara süzün, üzərinə darçın səpin.

Nuş olsun! Ardı »

Dünya mətbəxiÇeçil pendir

Hazırlanma qaydası:
Süd arzuya görə ya süd maşınından kecirilərək qaymağı ayrılır ya da bir qabda saxlayıb yüngül turşudulur. Daha sonra südün miqdarına görə pendir mayası qoyulur. Ocağa qoyulur, zəif od üzərində taxta bir qaşıqla qarışdırılır. Mayalanan süd qaşığın ətrafına sarılmağa və tel-tel olmağa başlayınca əlin dayanacağı bir istilikdə ikən iki əllə sıxıla-sıxılıa yoğrulub halqa halına gətirilir. Halqa tel-tel olanda iki əllə sıxılır və çəkilir. Sudan çıxarılaraq bir qab içində saxlanılır. Az sonra dilimlənib duzlanır. Içindəki suyu təmiz süzülür. Duzlu suya qoyularaq saxlanılır. Ardı »

Dünya mətbəxiZeytun yağlı brokoli

Tərkibi:
* Yarım kq brokoli
* 1 ədəd qırmızı bibər
* 1 ədəd sarı bibər
* yarım limon
* 1 ədəd yumurta
* 10-15 ədəd pomidor
* 1 ədəd kök
* 2 ədəd soğan
* Yarım su stəkanı zeytun yağı
* 1,5 litr su
* 1 çay qaşığı şəkər
* duz
* qara bibər

Hazırlanması:
Dərin bir qazanın yarısından çoxunu su ilə doldurun. Yarım kilo brokolini suyun içərisinə ataraq 15 dəqiqə qaynadın. Qaynadılmış olan brokolini bir qaba əlıavə edin. Bu vaxt başqa bir qazanda yarım su stəkanı zeytun yağı və kub-kub doğranmış soğanları qovurun.
Üzərinə kökü incə dilimlər halında doğrayın və soğanlar ilə qovurun. Sarı və qırmızı bibərləri də incə dilimlər halında doğrayaraq qazana atın və bir Ardı »

Dünya mətbəxiYalançı dolma resepti

Yağlı qoyun əti ilə hazırlanmış yeməklər adətən təzyiqdən, mədə problemlərindən əziyyət çəkən şəxslər üçün kabusdur. Həkim-terapevt Jalə Şıxəliyevanın sözlərinə gorə, təzyiq, mədə xorası, həzm sistemindəki pozğunluqlardan əziyyət çəkən şəxslər maksimum dərəcədə bu yemək növündən uzaq durmalıdır. Eyni zamanda od kisəsində daş olanlar da ehtiyatı əldən verməməlidirlər. "Lakin yeməyin tərkibini dəyişib, süfrəyə qatıqla birgə təqdim etdikdə həmin insanlar da dada bilərlər. Burada vacib məqam xəstəliyin hansı səviyyədə və hansı ağırlıq dərəcəsində olmasıdır. Yeməyin tərkibini dəyişmək dedikdə isə qoyun ətinin mal əti ilə əvəzlənməsi və ya tamamilə istifadə olunmaması nəzərdə tutulur. Amma ümumilikdə, yemək təzyiqə təsir göstərməkdən daha çox həzm problemləri olan insanlarda Ardı »

Dünya mətbəxiLobya paştetindən rulet

Tərkibi :

400 q lobya
200 q qoz
3-4 diş sarımsaq
duz
üyüdülmüş keşniş toxumu
qara və qırmızı istiot
150 q yumşaq kərə yağı

Hazırlanması :

Lobyanı artlayıb yuyun, bir gecə soyuq suda saxlayın.

Sabahı gün suyu süzün, yeni su əlavə edib orta itilikdə ocaqda hazır olanadək bişirin, soyudun.

Lobyanın qaynadığı suyun 1 stəkanını saxlayın, qalanını atın.

Bişmiş lobyanı, qozu, sarımsağı, duzu, qara və qırmızı istiotu, keşniş toxumunu blenderdə xırdalayın. Quru alınsa, tədricən ayırdığınız lobya suyundan əlavə edin (təxminən 0,5 st. lazım olacaq).

Masanın üstünə qida plyonkası çəkin, üzərinə lobya püresini 1 sm qalınlıqda döşəyin. Üzərinə yumşaldılmış yağ çəkin, qida plyonkasının köməyilə rulet kimi bükün, elə həmin Ardı »

Dünya mətbəxiQatıqlı təzə lobya

Vəsaitlər
1 kq. təzə lobya
1 böyük boy soğan
1 yemək qaşığı tomat
1 ədəd pomidor
Zeytunyağı
Duz
Qatıq
Sarımsaq

Hazırlanıması
1. Lobyalar yuyulur təxminən 2 sm. olacaq şəkildə kiçik kiçik doğranılır.
2. Doğranmış soğanı bir miqdar zeytun yağında soğanlar ölənə qədər qovurun. Qabığı soyulmuş doğranmış və ya rəndələnmiş pomidorları əlavə edib suyu bir az buxarlaşana qədər qovurun. Sonra tomat pastası da əlavə edib çiy qoxusu gedənə qədər qovurun.
3. Üzərinə lobyaları əlavə edib lobyaların rəngi dəyişənə qədər qovurun. Üzərinə bir az qaynar su və duz əlavə edin, batıq atəşdə pişənə qədər qaynadın.
4. Xidmət edərkən qaba qoyduğunuz lobyaların üzərinə 2 - 3 yemək qaşığı sarımsaqlı qatıq əlavə edin. Ardı »