Şairlər və Yazıçılar → Bəkir Çobanzadə
Çobanzadə Bəkir Vahab oğlu (krımtatarca Bekir Vaap oğlu Çoban-zade) — ədəbiyyatşünas, şair, dilşünas, mətnşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1920), professor (1922).
Həyatı
Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi - "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908-1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin Ardı »