Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarŞəfiqə Əfəndizadə

Əfəndizadə Şəfiqə Məmmədəmin qızı - yazıçı, publisist, müəllim
[redaktə]
Həyatı

İlk maarifpərvər Azərbaycan qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1882-ci ildə Axalsik rayonunun Azqur kəndində tanınmış pedaqoq Məmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur.

İlk təhsilini evdə öz atasından almışdır. Hələ 1896-cı ildə 14 yaşında ikən o, Nuxa şəhərində şəxsi qadın məktəbində dərs demişdir. 1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı almış və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycan qadın təhsili tarixində ilk dəfə olaraq Bakı şəhərində yenicə yaradılmış rus-müsəlman qadın məktəbində ana dilindən dərs deməyə başlamışdır. Həmin məktəbdə Şəfiqə Əfəndizadə 1910-cu ilə kimi fəaliyyət göstərmişdir. 1910-cu ildən Ardı »

Şairlər və YazıçılarPərvin Etisami

rvin Etisami (farsca: پروین اعتصامی) XX əsrin ən görkəmli İran şairlərindən biri.
[redaktə]
Həyatı

Cəmi 35 il ömür sürən bu Azəri-əsilli şairə qadın 1907-ci ildə vali ailəsində anadan olmuşdur. Təhsilini İranda yerləşən Amerikan Qız Məktəbində almışdır. Ədəbiyyata 9 yaşından gəlmişdir. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Bu dövrdə İranda baş verən siyasi və mədəni dəyişiklər də Etisami yaradıcılığına təsir göstərmişdir. "Sərxoş lakin agah" adlı romantik şerlər məcmuəsi ona böyük şöhrət qazandırmışdır. Etisami təhna və təcrid olunmuş həyat tərzi sürürdü. Olduqca həssas xarakterli qadın olmaqla yanaşı şairə qəddarlığa qarşı çıxan ən güclü ədəbi səsə çevirilir. Ümumiyyətlə, Pərvin Etisaminin yazdığı 210 şerinin Ardı »

Şairlər və YazıçılarVaqif Abbasov

Vaqif Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
[redaktə]
Həyatı

Vaqif Abbasov 1952-ci il oktyabrın 5-də anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib. 1973-1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxuyub. Elmlər namizədi adını alıb. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə professor adını alıb. 1978-1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1981-1984-cü illərdə isə baş elmi işçi olub. 1984-cü ildən Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəridir.
1992-1999-cu illərdə Təhsil Nazirliyində Vahid Elmi-Metodiki Şuranın kimya bölməsinin sədr müavini olub.
Hazırda Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya Ardı »

Şairlər və YazıçılarAğalar Mirzə

Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996).
[redaktə]
Həyatı

Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Şabran şəhərində (keçmiş Dəvəçi şəhərində) fəhlə ailəsində anadan olmuşdur. Burada orta təhsil almışdır. Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1971-1972). Sonra Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri olmuşdur (1972-1974). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1974-1979). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980-1986), televiziyanın ədəbiyyat Ardı »

Şairlər və YazıçılarMəhəmmədhüseyn Şəhriyar

Bu adın digər istifadə formaları üçün, bax: Şəhriyar (dəqiqləşdirmə).Seyid Məhəmmədhüseyn Behcət Təbrizi

Təxəllüsü:Məhəmmədhüseyn Şəhriyar
Doğum tarixi:1906-cı il
Doğum yeri:Xoşginab, Təbriz, İran
Vəfatı:18 sentyabr 1988-ci il (82 yaşında)
Vəfat yeri:Təbriz
Vətəndaşlıq: İran
Milliyyəti:azərbaycanlı
Fəaliyyəti:sair
Karyera:1931-1988
Əsərlərinin dili:Azərbaycan dili
fars dili


Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (1906 – 18 sentyabr 1988) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan – İran şairi. Şeirlərini azərbaycan və fars dillərində yazmışdır.
[redaktə]
Həyatı

Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, qayğıkeş, mehriban müəllimini həmişə böyük hörmətlə yad etmişdir. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırmış, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və Ardı »

Şairlər və YazıçılarHüseyn Cavid

Hüseyn Cavid (tam adı: Hüseyn Abdulla oğlu Rasizadə; 24 oktyabr 1882, Naxçıvan – 5 dekabr 1941, Şevçenko kəndi, Tayşet rayonu, İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq.

Həyatı

Hüseyn Cavid ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898).

1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. Ardı »

Şairlər və YazıçılarÇeslav Miloş

Çeslav Miloş (pol. Czesław Miłosz) (30 iyun.ş 1911 Şeteni, Litva — 14 avqust.ş 2004 Krakov, Polşa) — polyak şair, tərcüməçi, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) ("İnsanın dünyada edilməməsini və münaqişələr nəticəsində parçalanacağını heç bir qorxu olmadan qabaqcadan xəbər verdiyinə görə ").Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
2.1 Polyak dilində
2.2 İngilis dilində
3 Xarici keçidlər

[redaktə]
Həyatı

Çeslav Miloş Litvanın Keydan qəzasının Şeteni kəndində dünyaya gəlib. Vilnüsdəkı Siqizmund Avqust adına gimnaziyanı bitirib (1921—1929). Bunun ardınca Stefan Batori Universitetində əvvəlcə humanitar, sonra isə hüquq və sosial elmlər şöbələrində təhsilini davam etdirib. İlk şerləri 1930-cu ildə "Alma Mater Vilnensis" adlı tələbə jurnalında işıq üzü görüb. "Jaqarlar" Ardı »

Şairlər və YazıçılarHəsən Göyçəli

Kərimov Həsən Səməd oğlu - Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şair.

Həyatı

Kərimov Həsən Səməd oğlu 1937-ci ildə Göyçə mahalının İnəkdağı kəndində anadan olub.
[redaktə]
Yaradacılığı

"Ata yadigarı" Həsən Göyçəlinin sayca dördüncü kitabıdır. Məcmuəyə şairin son illərdə yazdığı poeziya nümunələri daxil edilmişdir.

Şairin istedad damarı kükrəyən selə, çağlayan çaya bənzəyir. Belə anlarda onların dadına qələmlə ağ kağız çatır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, beş kitab müəllifi Həsən Göyçəli də belə şairlərdəndir. Həsən Göyçəlinin (Kərimov Həsən Səməd oğlu) şeirlərində onun zəngin poetik dünyasından, poeziyanın bütün üslub axtarışlarından söhbət açılır. Həsən Göyçəli Göyçə mahalının görkəmli aşıqlarının və el şairlərinin yaradıcılığından bəhrələnərək Aşıq Ələsgər, Aşıq Alı, Növrəs İman poeziyasının işığında həm də Ardı »