Şairlər və Yazıçılar → İbrahimxəlil Tamıyev
[color=#f82e00]İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev - Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997)
[redaktə]
Həyatı
İbrahimxəlil (İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev) “80-cilər” ədəbi nəslinin istedadlı nümayəndələrindəndir. Müxtəlif illərdə “Adiloğlu”, “Qanun” və “Universal” (Tbilisi) nəşriyyatlarında işıq üzü görən “Cəllad günü”, “Yar”, “Ucqar havası”, “Durna diasporu” poeziya kitablarının müəllifidir.
1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan prezidentinin təqaüdçüsüdür.
Yazıları "Gənclik", "Ulduz", "Azərbaycan", "Xəzər", "Şans" jurnallarında, "Gürcüstan", "Yeni Azərbaycan", "525-ci qəzet", "Kaspi", "Ədalət", "Ekspress" qəzetlərində, "mediaforum.az" saytında və s. dərc olunmuşdur.
İbrahimxəlilin vaqiflərə ünvanlanan zərif poetik duyğuları, özünəməxsus mövzuları, dağ havası qədər, dəniz havası qədər yaxın olan şair havası-ucqar havası həmişə ruhları və diqqətləri çəkməkdədir.
Ali təhsilini Bakıda almış, ixtisasca filoloq olan İbrahimxəlil uzun illər Ardı »