Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarRəşid bəy Əfəndiyev

Həyatı

R.Əfəndiyev hələ XIX əsrin 80-ci illərində Qori darül müəllimində (seminariyada) oxuyarkən dram ilə maraqlanmış, ilk "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.

O, M.F.Axundovdan sonra ilk dram yazanlardan sayılır. İlk əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq Bədii yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə müəllimlik etdiyi, 8 il Tiflis idarəyiruhaniyyəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori darülmüəlliminində müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə təlimtərbiyəyə aid səhnə əsərləri yazmağa səy etmişdir. Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun "Uşaq bağçası" adlı Ardı »

Şairlər və YazıçılarMaarif Teymur

Teymurov Maarif Abı oğlu (Maarif Teymur) – ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994).Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Həmçinin bax

[redaktə]
Həyatı

Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964-1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965-1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972-1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969-1974), şöbə rəisi (1974-1983), elmi işlər üzrə Ardı »

Şairlər və YazıçılarMəmməd Rahim

Hüseynov Məmmad Abbas oğlu (Məmməd Rahim) – şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan xalq şairi (1957), Azərbaycanın Əmkdar incəsənət xadimi (1940), Ermənistanın Əməkdar mədəniyyət xadimi (1970), Dövlət mükafatı laureatı (1949).
[redaktə]
Həyatı

Məmməd Rahim – 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır (1931-1935). 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı – "Arzular" çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış Ardı »

Şairlər və YazıçılarBalasadıq

Ssenari müəllifi

Aslanov Balasadıq Sadıq oğlu - şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


Həyatı

Balasadıq 1929-cu il oktyabrın 21-də Bakının Mərdəkan qəsəbəsində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1936-1946). Ailə vəziyyətinə görə təhsilini davam etdirə bilməmişdir. Əmək fəaliyyətinə Əzizbəyovneftdə çilingər kimi başlamış (1946-1952), sonra Bakı Radio zavodunda elektrik qaynaqçısı (1952-1969), "Azərbaycanfılm" kinostudiyasında aktyor şöbəsinin rəisi (1969-1988), həmin studiyanın dublyaj qrupunda rejissor assistenti-redaktor, "Oğuz eli" qəzeti redaksiyasında poeziya və nəsr şöbəsinin müdiri vəzifələrində işləmişdir (1990-2003). Azərbaycan klassik və müasir ədəbiyyatını, eləcə də dünya xalqları əbədiyyatını mütaliə yolu ilə dərindən öyrənmişdir. Ədəbi aləmə 1963-cü ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə gəlmişdir. İlk mətbu Ardı »

Şairlər və YazıçılarRəhman Əlizadə

[color=#4866e7]Rəhman Balarza oğlu Əlizadə - əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının baş rejissoru.
[redaktə]
Həyatı

Rəhman Balarza oğlu Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub. 237 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakultəsini bitirib (1972).

1968-ci ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrında rejissor işləyib. İşlədiyi müddət ərzində «Xırs quldurbasan», «Müsyö Jordan və dərviş Məstəlişah» (M.F.Axundov), «Ölülər» (C.Məmmədquluzadə), «Jorj Danden», «Zorən Nigah» (J.B.Molyer), «Əvvəlinci şərabçı» (L.Tolstoy), «Pəri Cadu» (Ə.Haqverdiyev) və s. tamaşalar hazırlayıb.

1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq tək özünün qələmə aldığı «Sindibadın xoşbəxtlik adasına səyahəti», «Tıq-tıq xanım», Ardı »

Şairlər və YazıçılarBoris Pasternak

Boris Leonidoviç Pasternak (rus. Борис Леонидович Пастернак, təxminən 1920-ci ilə qədər Boris İsaakoviç Pasternak[1][2]; 10 fevral 1890, Moskva, Rusiya İmperiyası — 30 may 1960, Peredelkino, Moskva vilayəti, SSRİ) — rus şair, yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958).Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
2.1 Şeirlər
3 İstinadlar
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Boris Leonidoviç Pasternak yəhudi əsilli rus sovet şairi və yazıçı, sovet ədəbiyyatının Nobel mükafatı alan ilk nümayəndəsidir. Moskvada, ziyalı ailəsində doğulmuşdu. Atası Leonid Pasternak Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbinin professoru və tanınmış portretçi-rəssam, anası Poza Kaufman isə uşaqlarının tərbiyəsi üçün musiqi karyerasından imtina etmiş məşhur pianoçu idi. Ailənin mütəvazi güzəranına baхmayaraq, Pasternakların evi Moskva Ardı »

Şairlər və YazıçılarSəyavuş Məmmədzadə

Məmmədzadə Səyavuş İmran oğlu-şair, nasir, tərcüməçi, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Yaradıcılığı
4 Həmçinin Bax

[redaktə]
Həyatı

1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1953-1958). Ədəbi fəaliyyətə tələbəlik illərindən başlamışdır. "Sınaq" adlı ilk şeiri və A.Əlizadənin şeirinin rus dilinə tərcüməsi 1956-cı ildə universitetin çoxtirajlı "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan "Molodyoj Azerbaydjana" qəzetində mütərcim, sonralar ədəbi işçi işləmişdir. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutur. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirmişdir (1959-1966). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Literaturnıy Azerbaydjan" jurnalında Ardı »

Şairlər və YazıçılarSeyran Səxavət

Xanlarov Seyran Əsgər oğlu (Seyran Səxavət) — şair, nasir, tərçüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüMündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Ardı »