Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarFüzuli Sabiroğlu

Elyazov Füzuli Sabir oğlu (Füzuli Sabiroğlu) - ssenari müəllifi, rejissor, baş redaktor.
[redaktə]
Həyatı

Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib.

Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur.

1993-1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib.

2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.

50-dən artıq Ardı »

Şairlər və YazıçılarRamiz Rövşən

[color=#173bd3]Rövşən Ramiz Məmmədəli oğlu (d. 15 dekabr 1946-cı il, Əmircan, Bakı, Azərbaycan SSR) — şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat [gizlə]
1 Həyatı
2 Kitabları
3 Tərcümələri
4 Filmoqrafiya
4.1 Haqqında olan televiziya verilişləri
5 Mətnlərinin müəllifi olduğu mahnılar
5.1 Filmlərdə səslənən şeirləri
6 İstinadlar
7 Xarici keçidlər

[redaktə]
Həyatı

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), Ardı »

Şairlər və YazıçılarNemət Bəsir

[color=#fe5e5e]Hacıyev Nemət Məhəmməd oğlu (20 mart 1889-cu il - 1943-cü il) - şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
[redaktə]
Həyatı

Hacıyev Nemət Məhəmməd oğlu - şair, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1889-cu il martın 20-də Azərbaycanın Bakı quberniyasının Balaxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Kiçik yaşlarından bədii ədəbiyyata güclü meyl göstərmişdir.

Mirzə Ələkbər Sabirlə Balaxanı kənd məktəbində işləməsi və dostluq əlaqəsi onda yazıb-yaratmaq həvəsi oyatmışdır. Şerlərini "Dəli Nemət", "Əyyar", "Məşəl", "Köhnə Əyyar" gizli imzalan ilə dərc etdirmişdir. Onun şerlərindən xoşlanan M.Ə.Sabir rəvayətə görə ona "Bəsir" təxəllüsünü vermişdir. İnqilabdan əvvəl dövri mətbuatda müntəzəm çıxış etmiş, bir sıra kitabları nəşr olunmuşdur.

1943-cü ildə Balaxanıda Ardı »

Şairlər və YazıçılarSeyid Ramin

Seyid Ramin (Paşazadə Ramin Ağakərim oğlu) — şair, yazıçı, publisist, jurnalist, "Gənc Ədiblər Məktəbi"nin məzunu, 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, 2011-ci ildən Prezident təqaüdçüsü.Mündəricat [gizlə]
1 Həyatı
2 Kitabları
3 Şeirləri
4 Hekayələri
5 Publisistikası
6 Tərcümələri
7 Müsahibələri
8 E-kitabxanalar
9 Xarici keçidlər
10 Həmçinin bax

[redaktə]
Həyatı

Seyid Ramin 1988-ci il 22 iyulda Bakı şəhərində dünyaya gəlib. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindəndir.

2005-ci ildə orta məktəbi bitirib. 2010-cu ildə Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsinin məzunu olub.

2005-ci ildən bədii ədəbiyyatla məşğul olur. "Salam", "Yazar", "Yeni Xəbər", "Alma" və digər qəzetlərdə müstəqil yazar kimi fəaliyyət göstərib, digər KİV-lərlə əməkdaşlıq edib.

Türk dilindən tərcümələr edir. Həvəskar fotoqrafiya ilə məşğul olur.

2009-cu ildə "Yaşasın ölmək!" Ardı »

Şairlər və YazıçılarQədir Tərtərli

Qədir Tərtərli - şair
[redaktə]
Həyatı

Qədir Hüsü oğlu Allahverdiyev 1936-cı ildə Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Öz doğma kəndlərində ibtidai məktəbi, 1953-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbini bitirib, həmin ili Bakı Dövlət Universitetinə daxil olmuş, 1958-ci ildə jurnalist ixtisası üzrə universiteti bitirmişdir. "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi, Tərtər, Bərdə, Zaqatala rayon qəzetlərində məsul katib, Kəlbəcərdə çıxan "Yenilik" qəzetində redaktor vəzifələrində çalışmışdır.

1971-1973-cü illərdə Moskvada – Sov.İ.K.P MK yanında Ali Partiya Məktəbində təhsil almışdır. 1973-1975-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1975-1983-cü illərdə Tərtər rayon Partiya Komitəsinin ideoloji işlər üzrə katibi, 1983-1991-ci illərdə Tərtər rayon İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. Ardı »

Şairlər və YazıçılarYusif Vəzir Çəmənzəminli

Yusif Vəzir Çəmənzəminli – Azərbaycan dövlət adamı və yazıçısı.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 Tərcümə etdiyi yazıçılar
4 Əsərləri
5 Mənbə
6 İstinadlar
7 Həmçinin bax

[redaktə]
Həyatı

Yusif Vəzir Çəmənzəminli – 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olmuşdur.

Yusif Vəzirin atasi Məşədi Mirbaba Mirabdulla oglu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-ü il aprel ayinin 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmis və ona bu haqda səhadətnamə verilmisdir. Yusif Vəzirin dasidigi Vəzirov soyadi XVIII əsr Qarabağ hökmdari İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutdugu vəzir vəzifəsinə bagli olaraq nəsildən-nəsilə keçmisdir. Ibrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Ardı »

Şairlər və YazıçılarMəhəmməd Füzuli

Məhəmməd Süleyman oğlu Füzuli — görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
2.1 Leyli və Məcnun[1]
2.2 Şikayətnamə [2]
3 Əsərləri
3.1 Məşhur qəzəlləri
3.2 Çap olunan kitabları
4 Xatirə sikkələri
5 İstinadlar
6 Mənbə
7 Xarici keçidlər
8 Həmçinin bax

[redaktə]
Həyatı

Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş Ardı »

Şairlər və YazıçılarRamiz Əkbər

Ramiz Əkbər(Əkbərov Ramiz Fəzail oğlu) - yazıçı-dramaturq.
[redaktə]
Həyatı

Əkbərov Ramiz Fəzail oğlu 11 sentyabr 1956-cı ildə Yardımlı rayonunda anadan olub.

"Povest və hekayələr", "Amerikan qulu", "Pyeslər", "Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri", "Nizami Gəngəvinin fəlsəfi-didaktik görüşləri" və s. kitabların müəllifidir.
[redaktə]
Kitabları
"Povest və hekayələr",
"Amerikan qulu",
"Pyeslər",
"Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri",
"Nizami Gəngəvinin fəlsəfi-didaktik görüşləri"
Ardı »