Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və Yazıçılarİsmayıl Katib

İsmayıl Katib — şair, 1934-cü ildən AYB-nın üzvü.


[redaktə]
Həyatı

İsmayıl Novruz oğlu 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922-1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarlda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş Qəza partiya komitəsinin birinci katibi (1932-1934), Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934-1937) vəzifələrində çalışmışdır.

1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.


[redaktə]
Əsərləri

"Talış elləri" (1929), "Şura qızı" (1934), "Şeirlər və poemalar" (1960) kitablarının müəllifi olmuşdur.
Ardı »

Şairlər və YazıçılarHeydər Hüseynov

[color=#4866e7]Hüseynov Heydər Nəcəf oğlu (3 aprel 1908 - 15 avqust 1950) — görkəmli Azərbaycan sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmələri doktoru (1944), professor (1944), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945). İki dəfə Stalin mükafatı laureatı (1948, 1950).

Həyatı

Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda (indi - Yerevan) tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra atası vəfat edir. Böyük qardaçı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər.[1] Böyük qardaşı və anasının himayəsi altında böyümüşdür.

Heydər Hüseynov yalnız on Ardı »

Şairlər və YazıçılarSüleyman Vəliyev

Vəliyev Suleyman Vəli oğlu – nasir, 1939-cu ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan Əməkdar mədəniyyət işçisi (1977), əmək veteranı (1976), Əməkdar incəsənət xadimi (1987), Müharibə veteranı (1981).Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Filmoqrafiya
5 Xarici keçidlər

[redaktə]
Həyatı

Süleyman Vəliyev 1916-ci il dekabrın 21-də Bakı yaxınlığındakı Ramana qəsəbəsində anadan olmuşdur. Ramana və Sabunçu qəsəbə məktəblərində orta təhsil aldıqdan sonra neft mədənlərində fəhləlik etmişdir. Lökbatanda çoxtirajlı "Neft uğrunda" qəzetinin, "Kommunist", "Azərbaycan gəncləri" qəzetlərinin, "İnqlab və mədəniyyət" jurnalının redaksiyalarında ədəbi işçi olmuşdur. Sonra Azərbaycan Yazıçılar Birliyində ölkə müdafiə ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləmişdir. İkinci dünya müharıbəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada Müqavimət hərəkatında iştirak etmişdir.

1946-1949-cu illərdə M.F. Ardı »

Şairlər və YazıçılarXaqani Şirvani

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.


Xaqani 1126-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair Ardı »

Şairlər və YazıçılarVaqif Əlixanlı

Əlixanov Vaqif Ənvər oğlu (Vaqif Əlixanlı) – nasir, dramaturq, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1973).
[redaktə]
Həyatı

Vaqif Əlixanlı 1943-cü il oktyabrın 13-də Azərbaycanın keçmiş Qonaqkənd rayonunun Erfi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta təhsil almış (1949-1959), sonra iki il kolxozda çalışmışdır. ADU-nun kitabxanaçılıq fakültəsində təhsilini davam etdirmişdir (1961-1964). Hərbi xidməti borcunu yerinə yetirdikdən sonra (1964-1967) universitetdə təhsilini başa vurmuşdur.

Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin incəsənət şöbəsində redaktor (1968-1971), böyük redaktor (1971-1976), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor əvəzi (1976-1979), ssenari-redaksiya heyətinin üzvü (1979), Azərbaycan SSR Mədəniyyət Nazirliyi teatr və musiqi Ardı »

Şairlər və YazıçılarPaşa Qəlbinur

[color=#4866e7]Musayev Paşa İsmayıl oğlu – şair, okulist (göz həkimi), oftalmoloq. 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı (1983), tibb elmləri doktoru (1987), professor (1988), Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü (1994), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri (2008).
[redaktə]
Həyatı

Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant Ardı »

Şairlər və YazıçılarRafiq Şamiloğlu

[color=#f82e00]Rafiq Şamiloğlu — dövlət qulluqçusu, yazıçı
[redaktə]
Həyatı

Rafiq Şamiloğlu 1959-cu ildə Yevlax şəhər orta məktəbini, 1965-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu Alman, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.

Ömrünün 40 ilini dövlət qulluğunda - müxtəlif vəzifələrdə işləmişdir.

1970-ci illərin əvvəllərindən ədəbiyyata gəlmişdir. Həmin illərdən onun dövrü mətbuatda - müxtəlif qəzet və jurnallarda povest və hekayələri çap olunmağa başlamışdır.

R.Şamiloğlu ədəbiyyata satirik yazıçı kimi gəlmiş və onun bu janrda yazdığı hekayələr, müxtəlif illərdə işıq üzü görmüş "Mavilik", "O dünyada nələr olur", "Ayrı cür canlarıq" adlı kitablarında toplanmışdır.

Sonrakı illərdə yazıçının "İtirilmiş məhəbbət" adlı povest və hekayələr kitabı, "İztirab" (2005) və "Xəyanət" (2007) romanları nəşr olunmuşdur.


Hər Ardı »

Şairlər və YazıçılarSöhrab Tahir

Söhrab Tahir – Azərbaycanın xalq şairi, nasir, publisist.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Haqqında olan ədəbiyyat
5 Xarici Keçidlər
6 Həmçinin Bax

[redaktə]
Həyatı

Tahiri Şöhrab Əbülfəz oğlu (Söhrab Tahir) 1926-ci il avqustun 6-da Cənubi Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946- cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filalogiya fakultəsində təhsil almışdır. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ardı »