Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikolay Qoqol

Nikolay Vasilyeviç Qoqol (rus. Николай Васильевич Гоголь; 20 mart (1 aprel) 1809, Bolşıye Soroçintsı, Poltava quberniyası - 21 fevral (4 mart) 1852, Moskva) — görkəmli yazıçı, dramaturq, şair, tənqidçi, publisist. Rusiya və Ukrayna ədəbiyyatının klassiki hesab edilir.Mündəricat
1 Həyatı
2 Təhsil dövru
3 İş dövru
4 Yaradıcılığı
5 Qaynaq
6 Xarici keçidlər


Həyatı

Nikolay Vasilyeviç Qoqol 1809-cu ilin mart ayının 19-da Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә anadan olmuşdur. Qoqolun atası Malorusiyanın xırda mülkәdarlarından olub xoş xasiyyәt, eyş-işrәt sevәn duzlu bir şәxs imiş ki, vaxtının çoxunu kefdә-damağda keçirirmiş. Anası isә sadәdil bir qadın imiş ki, hәr sözә inanarmış, çox vaxt ibadәtә mәşğul olarmış vә bәzi vaxtları da sәbәbsiz qәm-qüssә vә darıxarmış. Qoqolun tәbiәt vә mәzacında valideynin bu müxtәlif әxlaq vә әtvarı müşahidә olunarmış. Belә ki, Qoqol gah şad vә xürrәm olub, cümlәni şirin vә dadlı söhbәtlәri ilә valeh edәrmiş, gah da adamlardan qaçıb, bir bucağa sonsuz qәm vә әlәmә mübtәla vә xәyalat alәminә müstәğrәq olarmış.

Qoqol on üç yaşına kimi atasının mülkündә dinc vә rahat yaşadı, kәnd әhlinin dolanacağı ilә tanış olmuşdur. Burada Qoqol malorusların eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ənənə vә adәtlәrini, әxlaq vә adablarını bilafasilә müşahidә edib, sonralardan gördüklәrinin bütünlüğünü artıq mәharәtlә yazıb, özünün hәqiqәtyazan bir әdibi-kamil olduğunu aşkar etmişdir.

Təhsil dövru

On üç yaşına yetişәndә Qoqol tәlim üçün Nejin gimnaziyasına qoyulur. Burada Qoqol istək vә rәğbәtini әdәbiyyata salıb, tәlim işlәrinә elədə şövq vә hәvәs göstәrmir; 1828-ci ildә bir növ gimnaziyanı qurtarıb qulluq etmәk şövqünә düşür vә bu qәsdlә Peterburq şәhәrinә azim olur. Amma burada onun işlәri istədiyikimi getmir vә bir müddәt artıq üsrәt ilә dolanıb, ancaq iki ildәn sonra departamentlәrin birisindә özü üçün alçaq bir çinovniklik xidmәti tapır.

İş dövru

Peterburqda Qoqol mәşhur Jukovski ilә tanış olur vә onun vasitә vә kömәyi ilә kәnardan özünә bir iş tapıb, maaş sarıdan işini bir az yüngüllәşdirir. 1831-ci ildә Qoqol Puşkin ilә tanış olur vә bu tanışlıqdan artıq istifadә edir. Puşkinin ona tәsiri çox olur. Onun әvvәlinci әsәrlәrinә diqqәt yetirib tәhsin edir vә gәlәcәkdә Qoqolun böyük vә müqtәdir bir әdib olmağını bildirib, bununla onun tәbinә tab vә qәlәminә qüvvәt verir. Puşkin ilә yaxın olduqdan sonra Qoqola guya tәzә bir hәyat verilir: onun tәbi, istiqamәti-qәlbi nuraniyyәt vә fikri cәladat kәsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirrlәr, pәrdәdә olan çox mәnalar açılıb aydınlığa çıxır.

Yaradıcılığı

Rus әdiblәrinin әn mәşhurlarından birisi Qoqoldur.

Rusların milli әdәbiyyatının binasını qoyan Puşkin vә Qoqol olubdur. Bu iki müqtәdir әdibin qәlәmi sayәsindә rusların әdәbiyyatı tәbii halına vә tәbii rәnginә düşüb, fransızların, ingilislәrin vә almanların әdәbiyyatı tәsirindәn xilas olmağa başlayıbdır.

Qoqol vә Puşkin milli әdәbiyyatlarını mәişәtlәrinin ayinәyi-hәqiqәtnüması edib, özlәrindәn sonra gәlәn üdәba vә şüәraya sağlam bir mәslәk, düz bir yol açıblar. Qoqol hәqiqәtyazan әdiblәrin (realistlәrin) babası vә qabaqcıl örnəyidir.

Qoqol vә Puşkin vә bunlardan sonra Nekrasov, Turgenev, Fyodor Dostoyevski, Qonçarov, Lev Tolstoy, Çexov vә hal-hazırda Maksim Qorki vә Leonid Andreyev әllәrindә mәşәl rusların mәişәtinә daxil olub, onun hәr sәmtinә vә küncünә işıq salıb, millәtin yaralarını, ruhani vә cismani qaranlıqları, qәm vә şadlıqlarını görüb vә gördüklәrinin surәtini vә şәklini mahir nәqqaş kimi eyni ilә çәkib, bütün alәmә göstәrib deyirlәr: "Baxın, görün! Budur bizim millәt; bu sayaqdır onun diriliyi vә dolanacağı; budur onun halı, fikirlәri, hissiyyatı vә xәyalatı!"


Tarix: 20.01.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 613 Bölmə: Şairlər və Yazıçılar
loading...