Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kinkan

Kiçik ölçülü, qeyri-adi dada malik olan bu sitrus meyvəsi çox faydalı xüsusiyyətlərinə malikdir.

Kinkan A, B qrupu, C, E, P vitaminlər, kalsium, kalium, dəmir, fosfor kimi mikroelementlər, pektin maddələr və efir yağları ilə zəngindir.

Bu meyvənin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onu qabıqlı yemək olar. Kinkan qabığı da çox faydalıdır.

Kinkan immun sistemi möhkəmləndirir, orqanizmin infeksiyalara və mikroblara qarşı davamlılığını artırır, göbələk əleyhinə təsirinə malikdir.

Kinkan soyuqdəymə, öskürək, respirator infeksiyalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Kinkan həzm sisteminə də müsbət təsir edir, mübadilə prosesləri normallaşdırır, mədə şirəsinin ifrazını artırır, mədə-bağırsaq sistemində yaşayan zərərli mikroorqanizmləri məhv edir.

Kinkan az kalorili meyvədir. Bundan əlavə kinkan orqanizmə artıq kaloriləri «yandırmağa» kömək edir.

Kinkan sinir sistemi üçün olduqca xeyirlidir. Kinkan depressiyalar, nevrozlar, xroniki yorğunluq sindromu zamanı istifadə oluna bilər. Bu meyvə sinir sisteminə sakitləşdirici təsir edir, gərginliyi azaldır, stresdən çıxmağa kömək edir. Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu meyvəni tez-tez qəbul etməlidir. Belə hesab olunur ki, kinkan əqli fəaliyyəti yaxşılaşdırır.

Kinkanın digər faydalı xüsusiyyəti orqanizmdə pis xolesterinin səviyyəsini azaldmaqdan ibarətdir. Ümumillikdə kinkan insanın ürək-damar sisteminə çox müsbət təsir edir, ürək və damar xəstəliklərin profilaktik vasitəsi sayılır.

Ürək-damar sistemində pozulmalar olan insanlar (və həmçinin sağlam insanlar) bu kimi reseptdən istifadə edə bilərlər: 1 stəkan bal və 1/2 kq blenderlə əzilmiş kinkan meyvəsini qarışdırın və gün ərzində 1 çay qaşığı olmaqla 3 dəfə qəbul edin. Bu vasitə həm də immun sistemi möhkəmləndirir.


Tarix: 10.12.2014 / 17:32 Müəllif: Aziza Baxılıb: 182 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...