Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kran

Kran (alm. kranich, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu.

Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir.

Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir:
Yükün tutulması,
Yükün nəqli,
Boş gediş (başlanğıc vəziyyətə qaytarış).

Konstruksiyaları

Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir:
Aparıcı element.
Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna).
Avtomatik və ya qeyri avtomatik tutqac başlığı.

Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur. Hərkətli kranlar özləri bir yerdən başqasına gedə bilirlər.

Təsnifatı

Hərəkətinə görə:
Stasionar kranlar — bünövrəyə tərpənməz bərkidilir, hərkət etmək imkanına malik deyil;
Radial kranlar — ox ətrafında dönə bilir. Radial kranlar anbarlarda tətbiq olunurlar;
Yerdəyişən kranlar — bünövrədə bərkidilir, ancaq maşın vasitəsilə bir yerdən başqa yerı aparıla bilir;
Özüqalxan kran — tikintidə istifadə olunur. Tikilən binaların üzərində qurulur. Tikinti qalxdıqca kran xüsusi elementlərin köməyi ilə yuxarıya hərəkət edir;
Hərəkətli kranlar — özü yerini dəyişə bilir.

Ötürmə üsuluna görə:
Əl ilə hərəkətə gətirilən — yükləri kiçik məsafəyə nəql etmək üçün istifadə olunur;
Elektrik ötürməli — əsas hərəkət elektrik mühərrikləri ilə yaradılır;
Hidravlik ötürməli — kiçik ölçüyə və f.i.ə.-na malikdir. Pilləsiz tənzimləməyə imkan verir;
Pnevmatik ötürməli — yanğın və partlayış təhlükəsi olan yerlərdə istifadə olunur;
Daxili yanma mühərriki ilə işləyən — elektrik enerjisi olmayan yerlərdə tətbiq olunur. Məsələn, avtomobil, qatar, gəmi və s.

Tarixi

Roma kranıPolyspastos rekonstruksiyası, Bonn

Kranların geniş tətbiqi haqqında hələ qədim Roma imperiyası dövründə yaşamış Vitruvinin işlərində xəbər verilir. Onlar ağacdan düzəldilmiş kranların konstruksiyalarını yunanlardan götürərək təkmilləşdirimişlər. Vitruvi öz kitabında bir neçə belə konstruksiyanın təsvirini vermişdir. O yazır: "Qaldırılan yükə uyğun olaraq yuxarıya iki ağac tir qaldırılır, bunların yuxarı ucları bir-biri ilə birləşdirilir. Tirlərin aşağı ucları bir-birindən müəyyən qədər aralanaraq, ayaq üstə qoyulur və kəndirlərin köməyi ilə yuxarı ucundan bağlanaraq dörd istiqamətdə yerlə bərkidilir. Yuxarıdan dördkünc çərçivənin içərisində oxda hərəkətli yerləşən diyircəklər (polipast) asılır. Kəndir ortadakı diyircəyə dolanaraq aşağıdakı diyircəyə keçirilir. Sonra kəndir yuxarıdakı diyircəyə dolanaraq sərbəst ucu tirlər arasından aşağıya dartılır. O biri ucu isə yükü bərkitmək üçün nəzərdə tutulan üzüyə bağlanır. Dördkünclü tirlərin arxa tərəfində ayaqların bir-birindən çox aralı olan yerində sağanaq bərkidilir və bu sağanaqda val oturdulur. Valın üzərində iri diametrli baraban oturdulur və yüklə bağlanmış kəndirlə əlaqələndirilir. Barabanın içərisindəki adam irəliyə hərəkət etdikdə, onun ağırlığının təsirindən baraban fırlanmağa başlayır və nəticədə kəndir vala dolanaraq diyircəklərin köməyi ilə ağır yükü asanlıqla qaldırmağa imkan verir".

XIX əsrdə artıq metal hissələrin geniş yayılması ilə kranların da yeyilən hissələri (ox, val, tutqaclar) metaldan düzəldilməyə başlayır. XIX əsrin 20-ci illərində tam metaldan hazırlanmış kranlar hazırlanıb tətbiq olunur. Kranlar əvvəlcə əl ilə hərəkət etdirilir, sonralar isə getdikcə mexaniki ötümə və elektrik mühərriklərinin tətbiqi ilə mexanikləşdirilirlər.


Tarix: 21.03.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...