ANZAK (Australian and New Zealand Army Corps; ANZAC) — Birinci dünya müharibəsində ingilis ordusunda döyüşən, Avstraliyalı və Yeni Zelandiyalı əsgərlərdən ibarət olan birləşmiş ordu hissəsi. Bu ordu birləşməsinin əsgərləri Türkiyədə Anzaklar adlandırılır.
Anzak ifadəsi Australian and New Zealand Army Corps (tərc. Avstraliya və Yeni Zelandiya Ordu Birləşməsi) sözlərinin baş hərflərindən meydana gələn abbreviaturadır. Birinci dünya müharibəsinin başlanğıcında bu iki ölkəyə aid olan birliklərin qatılması ilə yaradılan ordu birləşməsi bu qısaldılmış adla tarixdəki yerini almışdır. Antanta tərəfindən Bosfor və Dardanel boğazlarının və İstanbulun ələ keçirilməsi üçün başladılan "Dardanel əməliyyatı" çərçivəsində 1915-ci il 25 aprel tarixində Arıburnu adlı yerdə baş verən döyüşdə Anzaklar 5 min nəfərdən artıq itki verərək geri çəkilməli olmuşdular. Türklərə qarşı müvəffəqiyyət qazana bilməsələr də, daha sonra Yaxın Şərq və Avropa döyüş meydanlarında əhəmiyyətli xidmətlər göstərmişlər.
Tarix: 27.02.2015 / 18:33 Müəllif: Feriska Baxılıb: 301 Bölmə: Ümumi