Texnologiyanın həyatımıza gətirdiyi bir çox xəstəlik və psixoloji problemlərə bir yenisi daha əlavə olundu:Nomofobiya!
Nomofobiya nədir?
Qadınlar.Biz təqdim edir.
Nomofobiya-cib telefonundan məhrum qalma qorxusudur. Bu qorxu xüsusilə gənc nəsilə təsir etmişdir.”no mobile phobia” deyə də adlandırılan bu fobiya gündən günə artmaqdadır.
Həyatlarında imtina edilməz bir parça olaraq gördükləri bu cihazdan bir saniyə belə ayrıla bilməyən kəslər, ünsiyyət qopuqluğu yaşamaqdan narahatlıq duyurlar.. Lift, təyyarə, yüksəklik, ilan, siçan, təklik, qaranlıq kimi qorxuların yanına nomofobiya qorxusu əlavə olunmuşdur. Məktəb çağındakı gəncləri hədəfləyən bu qorxu, həm ictimai həyatdan uzaqlaşdırır, həm də psixoloji problemlərə dəvətnamə çıxardır. Həyata mənfi təsir edən bu vəziyyət gənclərimizin texnologiyaya olan asılılığını bir daha gündəmə gətirir.. İngiltərədə 1200 insan arasında edilən araşdırmalar nəticəsində ortaya çıxan bu mənfi vəziyyət, cib telefonu istifadə edən kəslərin çox acı vəziyyətini ortaya çıxarmışdır. Davamlı "sms” atanların da nomofobiya problemi yaşadığını ortaya qoyan ekspertlər bu cür kəsləri "baş barmaq” nəsili olaraq adlandırmışlar.
Onu da qeyd edək ki, nomofobiya qadınlara nisbətən kişilərə daha çox təsir etmişdir. Şarjı bitən, konturu qurtaran, telefonunu itirən və ya telefondan uzaq qalan kəslərin yaşadıqları bu fobiya insanın həyat keyfiyyətinə mənfi təsir edir. Və bu cür cihazlara daha çox bağlanmalarına və həyatdan qopduqları gerçəyini ortaya çıxardır. Narkotik kimi adamı asılı edən nomofobiya çata bilməmə qorxusunu, ünsiyyət qopuqluğu və internetə girə bilməmə qorxusu yaşayan kəslərin ortaq adıdır. Ağıllı telefonların satışa çıxarılması ilə daha çox artan bu fobiya, çaxnaşma, hücum, depresiya kimi mənfi vəziyyətləri də özü ilə gətirməkdədir. Nomofobiya problemi yaşayan kəslər, baş gicəllənməsi, ani duyğu dəyişməsi, bulantı, qusma, titrəmə, sinə ağrısı, nəfəs darlığı, həyəcanlanma, ürək atışında sürətlənmə kimi reaksiyalara məruz qalmaqdadır. Bu cür kəslər əsla telefonlarını bağlaya bilməzlər, yanlarından yatarkən belə ayıra bilməzlər, yola çıxdıqlarında ilk baxacaqları telefonlarının var olub-olmadığıdır. Statistikalara görə cib telefonu istifadə edən kəslərin %53 nomofobiyadan əziyət çəkir.
Nomofobiyanın əlamətləri.
1. Telefonunuz yanınızda olsa da, tez-tez ona nəzarət edirsinizsə,
2. Ttelefonun yoxluğu sizdə fiziki reaksiyalara gətirib çıxarırsa,
3. Ssiqnal olmadığında, ya da şarj bitdiyində həddindən artıq hirslənirsinizsə,
4. Yarım saatlığına belə olsa telefonunuzu bağlaya bilmirsinizsə,
5. Telefonsuz özünüzü tənha hiss edirsinizsə,
6.Telefondan ayrı qaldığınızda həyatdan qopursunuzsa,
7. Telefonunuz etibarlı yerdə olsa da daim onu itirmə narahatçılığı yaşayırsınızsa,
Bu əlamətləri siz də özünüzdə hiss edirsinizsə , deməli, siz də nomofobiyadan əziyyət çəkirsiniz.
Tarix: 27.04.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 368 Bölmə: Ümumi Psixologiya