Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixoloji cəhətdən sağlam insan
Psixoloji cəhətdən sağlam insan

Ruhən sağlam insanı necə müəyyən etmək olar? İnsanın psixi sağlamlığı haqqında marağımıza səbəb olanlar:

1. İnsanın öz- özü ilə barışmış olması;
İnsan nədirsə onu ortaya qoyar, heç bir çıxar düşünməz. İnsan çətinliyə də düşsə, özü kimi davranar, davranışları tutarlı olar.

2. İnsan yaxın və uzaq ətrafı ilə münasibətlər qurmalı, ən əsası bu münasibətləri davam etdirməyi bacarmalıdır.

3. Sevgi və hörmətə əsaslanan bağlar qura bilməlidir.

4. Özünə güvəni olmalıdır.

5. Özünü görə bilməlidir. Mənfi və müsbət tərəfləri ilə dəyərləndirə bilməlidir.

6. Cəmiyyətdə bir yeri, vəzifəsi olduğu hissini qazanmış olmalıdır. Fərd özünün dəyərli olduğunu hiss etməlidir.

7. Gələcəyə bağlı fikirləri olmalı, fikirlərini həyata keçirmək üçün həqiqi səy göstərməli, sıxıntılara, çətinliklərə səbr etməlidir.

8. İnsan qarşılaşdığı çətin məqamlarda özündə güc tapmağı bacarmalıdır.

9. İnsanın yaşadığı çevrə ilə uyğun olan inandığı dəyərləri və inancları olmaldır.

10. Müstəqil qərarlar qəbul edə bilməlidir.

11. Ruhi sağlamlığı yerində olan bir insanın peşəsindən əlavə, maraqlandığı sahələr, onu sakitləşdirən, əyləndirən maraqları olmalıdır.

A. Maslova görə:
Gerçəkliyi lazımi ölçüdə qarşılaya bilmək, gerçəklərlə rahat şəkildə münasibət qurmaq;
təbiəti, insanları, özünü olduğu kimi qəbul etmək;
içindən gəldiyi kimi davrana bilmək;
daha dərin insanlararası münasibətlər qura bilmək; yalnız qala bilmək və təkbaşına qərarlar qəbul edə bilmə gücünə sahib olmaq;
insanlara qarşı simpatiya və hörmət hissi yaşaya bilmək;
məqsəd və vasitələri ayırd edə bilmək;
qırıcı olmayan bir insanlığa sahib olmaq;
düşüncə və duyğularında axıcı bir rahatlığa sahib olmaq;
yaradıcı olmaq;

Rogersə görə:
Tam gücü ilə çalışan, özünü inkişaf etdirən bir fərddir;
Daxili yaşantıları ilə görüntüsü bir-birinə uyan insandır;
Özünə hörmət edən, özünü ifadə edə bilən insandır;
dəyərləndirmə ölçüsünü, öz üzərində formalaşdırmaq, sağlam insanın xüsusiyyətləridir;


Tarix: 27.04.2015 / 12:07 Müəllif: Aziza Baxılıb: 209 Bölmə: Ümumi Psixologiya
loading...