Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düşüncə perspektivi

Gözəl bir söz var: “Güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət etmək əvəzinə,tikanlar arasında gülü yaratdığı üçün Allaha şükür etmək lazımdır”.Deməli,bir-birindən gözəl,rəngarəng gülləri olan bir bağçada şikayət etmək mümkün olduğu kimi,şükür etmək də mümkündür.Ətrafımızdakı şeylərə baxıb məyus olmaq da,sevinmək də öz əlimizdədir.Necə deyərlər,əsas məsələ hara baxmaq yox,necə baxmaqdır.Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək,zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik.Çünki hər şey ya birbaşa,ya da nəticə etibarı ilə gözəldir.Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır.
düşünün və şükür edinSəbir də,uzaqgörəmlik də,nikbinlik də bu xüsusiyyələrdəndir.Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər boşdur” demək mümkün olduğu kimi, “yarısına qədər doludur” demək də mümkündür.Deməli,əsas məsələ əşya və hadisələrə necə yanaşmaqdır.Uca Allah kainatda heç bir şeyi boş yerə yaratmamışdır.Elə isə əşya və hadisələrə ibrətlə baxa bilsək,onların Uca Allahın isimlərini tərənnüm etdiyini görərik.


Əgər ətrafımızdakı gözəllikləri görə bilmiriksə,müəyyən şablomlar daxilində düşünməkdən əl çəkməli,əşya və hadisələrə baxış bucağımızı dəyişməliyik.O vaxt güllərin arasındakı tikanları yox,tikanların arasındakı gülləri görə,həyatımızda kəşf edilmiş nə qədər gözəlliklələ qarşılaşarıq.Çünki, “gözəl görən gözəl düşünər,gözəl düşünən həyatından ləzzət alar”...


Tarix: 05.12.2014 / 15:36 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Ümumi Psixologiya
loading...