Tat etnonimi türk mənşəli olub, oturaq qeyri türk xalqlarına verilən addır. Tatların əsas hissəsi İran dağlarının şimal-qərb hissəsində (300 min nəfər), dağınıq şəkildə Tehran, Qəzvin şəhəri və dağlıq Tirikan rayonlarında və Zöhrə düzənliyində məskunlaşmışdılar. Tatların 20 min nəfəri Rusiyada, 10 min nəfəri Azərbaycanda yaşayır.
Dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir. Dini baxımdan tatlar müsəlmanlara, erməni qriqoryaqlara, dağ yəhudisi adlanan yəhudilərə bölünürlər. Müsəlman tatlar Abşeron yarımadasında. Quba və Dəvəçi rayonlarında məskunlaşmışdılar. Erməni qriqoryanlar isə Şamaxı rayonun Mədrəsə, Dəvəçi rayonunun Gilvar kəndində yaşayırlar. Yəhudi tatlar isə Quba rayonunun Qırmızı qəsəbə, Oğuz rayonunun Vartaşen kəndində, Bakı şəhərində və habelə Dağıstanda yaşayırlar. Müsəlman tatların maddi və mənəvi mədəniyyətləri azərbaycanlılarla eyniyyət təşkil edir.
Tatlar — Azərbaycanın əsasən Quba və Xaçmaz rayonlarında yaşayan azsaylı xalqdır. Bəzi tədqiqatcıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya kocurulmuş qədim iranlıların qalıqlarıdır və onlar, hec şubhəsiz, Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir.Qədim mədəniyyətə sahib olan bu xalq Qubanın və ətraf rayonların inkişafında çox mühüm rol oynamışdır. Tatların yaşadığı ərazilər Azərbaycanın ən mühüm hərbi-strateji əhəmiyyətə malik yerləridir.
Tarixi məlumata görə bu qədim xalq təqribən 1500 il bundan qabaq Sasani işğalları zamanı Azərbaycan ərazisinə köçürülmüşdür. Buna görə də bu xalq əhali arasında «tat», yəni «yad» kimi adlandırılmışdır. 7-ci əsrdə ərəblərin Azərbaycanı tutmasından sonra tatlar tədricən islam dinini qəbul ediblər. Tatların əcdadları indiki İran İslam Respublikasında yaşamış siyasicit tayfası olmuşdur. Bundan başqa talışlar, lahıclar, dağ yəhudiləri və s. xalqlar da bu qədim xalqın — ari tayfalarının davamçılarıdır.
Tatların qədim nəsilləri eramızın 5-ci 6- cı əsrlərində Sasanilər dövründə şimal tayfalarının hücumunun qarşısını almaq üçün, Daryal dərəsinə Dərbənd tərəfə köçürülüblər. Onlar İrandan köçürülmədilər. Mən tədqiqatlarımda da göstərmişəm ki, tatlar təkcə köçürmə deyil, elə o dövrdə bu dildə danışan tayfaların biri kimi Qafqazda, o cümlədən Dərbənd ətrafında da, Azərbaycan ərazisində də yaşamışdılar. Buna görə də İrandan gələn və Sasasinlər dövründə köçürülən tayfanın adı “ buyur tat” tayfası kimi məşhur idi. Yəni tat əsilli, nəsilli tayfa mənasında başa düşmək
lazımdır. Onlar özlərinə yaxın bir dildə danışan tayfaya rast gəliblər və qaynayıb qarışıblar. Sasanilər dövründə böyük türk icması ilə birlikdə bu ərazidə həm də irandilli qrupa məxsus olanlar da yaşayıblar. Yəni demək olmaz ki, tatlar yalnız gəlmədirlər.
Azərbaycan ərazisində tatların sayı 10-11min nəfərdir. Əsasən tatlar Bakı ətrafında Xızıda, Siyəzəndə, Dəvəçidə, Qubada, Şamaxının bir neçə kəndində və İsmayıllıda yaşayırlar.
Tarix: 10.12.2014 / 11:14 Müəllif: Aziza Baxılıb: 108 Bölmə: Ümumi Melumat