Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vikipediyamızı birlikdə yazaq.

Əvvəlcə gəlin görək vikipediya nədir? Vikipediyanı bir sözlə ifadə etsək, bu açıq ensiklopediyadır. Bəs açıq ensiklopediya nədir? Açıq ensiklopediya odur ki, o ensiklopediyanı hamı zənginləşdirə bilər, onun ərsəyə gəlməsində hamının əməyi ola bilər — professorundan tutmuş tələbəsinə, mühəndisindən tutmuş həkiminə, ağ yaxalıqlısından tutmuş göy yaxalıqlısına qədər hamının. Qısaca, onlayn mediaya çıxışı olan, evində interneti mövcud olan hər kəs vikipediya`ya yaza bilər.

Hazırda vikipediya dünyada işlənən dillərin demək olar ki, hamısında, dəqiq desəm, 281 dildə məqalələri özündə birləşdirir. Bəzilərində çox, bəzilərdində isə az olmaqla. Vikipediyadakı azərbaycandilli məqalələr «az» kateqoriyasına daxildirlər. Təbii ki, bu xoşagəlməz haldır. Şəxsən mənim onlayn mediada ən güvəndiyim şəbəkə vikipediya`dır. Nəsə axtaranda ilk olaraq vikipediya`dakı nəticələrə diqqət edirəm. Güvənməyimin sas səbəbi isə, orada bir sıra digər xidmətlərdən fərqli olaraq mənbələr göstərilməsidir.

Bu azlığı nəzərə alıb Azərbaycan dilində vikipediya istifadəçilərinə müracit ünvanlanıb. Həmin müraciətin tam mətnini bu link`dən oxuya bilərsiz. Amma özüm də müraciətin nədən ibarət olduğunu qısaca bildirməyi lazım bilirəm. Müraciətdə diqqət vikipediyada azərbaycandilli informasiyaların az olmasına yönəldilir və təklif olunur ki, azərbaycandilli vikipediyanın zənginləşdirilməsinə, orada məqalə sayının artırılmasına hamı öz töhvəsini versin — təklif olunur ki, vikipediyamızı birlikdə yazaq.

Bəs bunu necə edə bilərik? Əvvəlcə daxil oluruq az.wikipediya.org ünvanına və qeydiyyatdan keçirik. Sonra bir az “gəzinirik”, yəni tanış oluruq – qaydalarla, necə yazmaq lazım olduğu ilə və s. Bundan sonra isə artıq başlayırıq vikipediyada yazmağa.

Burada yeni bir sual yaranır: “nə yazırıq?” sualı. Təbii ki, vikipediyada olmayan, lakin bizə məlum olan müxtəlif məlumatları. Amma təkcə “vikipediyada olmayan” deməklə fəaliyyət sferası mədudlaşır. Qeyd etmək lazımdır ki, biz yeni yazılar yazmaqla yanaşı, həm də köhnə yazıları redaktə edə, onlara əlavə və dəyişikliklər edə bilərik.

Bəs hansı mövzulara aid məlumatların olmadığını necə bilirik? Bunun üçün vikipediyada hesab açdıqdan sonra “Danışıqlarım” bölməsinə daxil oluruq. Orada biz həm qaydalarla tanış ola, həm də yazmaq üçün mövzular istəyə bilərik. Vikipediyada ağıllı sistem vasitsiylə hansı mövzlarda məqalələrə ehtiyyac olduğu bizə bildirilir. Əgər hansı mövzuda biliyimizin olduğunu düşünürüksə, ya da hansı mövzu ilə bağlı digər mənbələrdən və ya hansısa xarici dildən məlumat əldə edə biliriksə ( xarici dildə olanları trcümə edərək), həmin mövzuda da yazıb sayta yerləşdiririk.

Amma “nə yazaq?” sualının tək cavabı bu deyil. Düşünürəm ki, hazırda ölkədə internet istifadəçilərinin əksəriyyəti gənclər və bu əksəriyyətin də əksəriyyəti tələbələrdir. Hər imtahan sessiyası zamanı isə həmin tələbələrə imtahan verəcəkləri fənlərdən suallar təqdim olunur. Demək nə edirik? O sualların cavablarını axtarıb tapırıq (təbii ki, hamı tapır onsuz), sonra yoxlayırıq ki, bu barədə vikipediyada məlumat var, ya yox. Əgər yoxdursa, həmin məlumatları yerləşdiririk vikipediyaya.

Ümumilikdə də kim hansı sahəni yaxşı bilirsə, o sahəyə aid bildiklərini vikipediyaya yerləşdirsə, bəs edər, zənnimcə.


Tarix: 10.12.2014 / 10:52 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Ümumi Melumat
loading...