Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi MelumatXəzər dənizi

Yer kürəsinin ən böyük gölü - Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhədində, geniş materik depressiyasında yerləşmişdir. O, həm də, bizim planetin ən böyək qapalı su tutarıdır. Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça "canavarlar ölkəsi" deməkdir) yaranmışdır.

Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Ardı »

Ümumi MelumatAzərbaycanın dövlət rəmzləri

Hələ qədim zamanlardan bütün nüfuzlu dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri-simvol və rəmzləri olmuşdur. Bütün bunlar emblem, bayraq, gerb, orden, medal, pul və s. ibarət olub. Əsrlərdən bəri Azərbaycanda maddi, mənəvi və bədii mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Bunlara misal olaraq folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, əjdaha, qartal, şir, simurq və s. Kimi heyvan və quş, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçək təsvirlərini göstərə bilərik. Həndəsi və nəbati naxışlarla həkk olunmuş bu obrazlar simvolik məna kəsb etmiş, milli təfəkkürün, xalqımızın bədii zövqünü,estetik və Ardı »

Ümumi MelumatNaxçıvan...

Naxçıvan 4500-5000 illik tarixi ilə şərq sivilizasiyasının beşiyi, şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindən biridir. Tarixi mənbələrə görə XVIII əsrdə Naxçıvanda əsasən dəriçilik, papaqçılıq, çəkməçilik, dəmirçilik, miskərlik, toxuculuq, ipəkçilik və sair peşə və sənətkarlıq sahələri mövcud olmuş və inkişaf etmişdir. XIX əsrdə Naxçıvan və Ordubad şəhərləri diyarın ticarət və sənətkarlıq mərkəzləri olmuş, burada iqtisadiyyatın əsas sahələrini pambıqçılıq və ipəkçilik təşkil etmişdir. Istehsal olunan pambıq və bez parçalar Nijni-Novqoroda, Tiflisə, Moskvaya, Türkiyəyə, mədəni üsullarla işlənilən ipək parçalar isə Təbrizə ixrac edilmişdir.

Naxçıvan Muxtar Respublikasının müasir iqtisadiyyatı özünün çoxsahəli strukturu ilə Azərbaycanın digər regionlarının iqtisadiyyatından fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən Ardı »

Ümumi MelumatVətən

Vətən – doğma diyar, ana yurd...
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik Ardı »

Ümumi MelumatMilli süfrə mədəniyyətimiz...

Ulu babalarımızın və nənələrimizin əsrlər, qərinələr boyu öz gündəlik həyat və yaşam tərzində zaman-zaman, qətrə-qətrə yığıb topladıqları təcrübə və vərdişlər maddi- mədəniyyətimizin yaranması və formalaşmasında mühüm rol oynayıb. Danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının çoxşaxəli və zəngin mədəniyyəti içərisində süfrə mədəniyyətinin öz yeri, öz gözəllikləri var. Süfrə mədəniyyəti tarixən xalqımızın həyat tərzini, məişətini, davranışını, zövqünü, estetikasını, dünyagörüşünü formalaşdıran əsas amil olmuşdur. Təsadüfi deyil ki, tarixi eramızdan çox-çox əvvələrə gedib çıxan antik mənbələrdə, o cümlədən qədim ədəbi abidələrimizdən olan “Qabusnamə”də, “Kitabi-Dədə Qorqud”da, nağıl və dastanlarımızda, əcnəbi səyyahların səyahətnamələrində, habelə digər saysız-hesabsız tarixi mənbələrdə və qaynaqlarda xalqımızın süfrə mədəniyyəti, yemək qaydaları, qonaq qarşılaması Ardı »

Ümumi MelumatAzərbaycanda baş vermiş ən böyük 10 zəlzələ

Azərbaycanda baş vermiş maqnitudasına görə ən böyük 10 zəlzələni diqqətinizə çatdırırıq:
zəlzələ1. Şamaxı zəlzələsi ― 1667-cil il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhətli zəlzələ kimi qeyd edilir.

2. Şamaxı zəlzələsi ― 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub.

3. Bakı zəlzələsi ― 2000-ci il 6.8 bal gücündə. Zəlzələ nəticəsində 30 nəfər dünyasını dəyişib.

4. Gəncə Ardı »

Ümumi MelumatMəhkəmə hakimiyyəti

Azərbaycan Respublikasının Məhkəmə sistemi Azərbaycan konstitusiyasına uyğun olaraq, Respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid vəzifələri, təşkilati və fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin məcmusundan ibarətdir. Azərbaycan Respublikası məhkəmə sisteminin quruluşu "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Yaşı 30-dan Ardı »

Ümumi MelumatBakı şəhərinin tarixi mədəniyyət abidələri barədə məlumat

Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır.


Bakı şəhərinin mərkəzində sahəsi 22 ha. olan "İçəri Şəhər" yerləşir. "İçəri Şəhər"də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanmış abidələrə Şirvanşahlar Sarayını, Qız Qalasını, Sınıq Qalanı misal göstərmək olar.


Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınmış, buraya kompleks, saray, divanxana, şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış "Şərq" divanxanası abidələri daxildir. Kompleksin ilk tikililəri 1441-ci ilə, son "Şərq" divanxananın tikintisi isə 1558-ci ilə memar Ardı »