beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yer hanası

Yer hanası (toxucu dəzgah[1]) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah.[2]

Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur:

1. "Qılınc" adlanan zərbə aləti.
2. Köndələn dolağac (2 ədəd).
3. Dirək (mıxça) (4 ədəd).
4. Vərəngəlan (1 ədəd).
5. Küjü (kücü) ağacı (1 ədəd).
6. "Çatma" adlanan qollar (3 ədəd).
7. Asma iplər (2 ədəd).
8. Ağız çubuğu (1 ədəd).
9. Çarpaz çubuq (1 ədəd).

Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir. Ev toxuculuğunun abu bəsit formasında arğac ipi "qılınc" adlanan zərbə aləti vasitəsilə sıxlaşdırılıb bərkidilirdi. Ona görə də şalın bu növü xalq arasında "qılıncı şal" adı ilə də tanınırdı.[3]


Tarix: 24.03.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Toxuculuq